XəBƏRLƏr foto qalereya haqqimizda


Ölkənin sosial iqtisadi inkişafında nəqliyyatın rolu



Yüklə 14,75 Kb.
səhifə3/4
tarix01.01.2022
ölçüsü14,75 Kb.
#50433
1   2   3   4
nəqliyyatın-iqtisadiyyatı

Ölkənin sosial iqtisadi inkişafında nəqliyyatın rolu
 
Məlum olduğu kimi, yaşamaq üçün maddi nemətlər istehsal etmək lazımdır. Maddi nemətlər istehsalının sahələrindən biri də nəqliyyatdır.
Nəqliyyat – maddi nemətlər istehsalının ən mühüm zəruri şərtlərindən biridir. İstehsalın başlanması üçün lazım olan xammal, yanacaq, avadanlıqlar, ümumiyyətlə istehsal vasitələri və işçi qüvvəsi nəqliyyat vasitəsi ilə çatdırılır.
İstehsal olunan məhsul istehsalçıdan istehlakçıya nəqliyyat vasitəsilə ötürülür. İstehsal olunmuş hazır məhsul istehsalçıdan istehlakçıya çatdirılması maddi nemətlər istehsalı prosesi tamamlanmamış olar. Bu zaman istehsalda heç bir əhəmiyyət kəsb edir. Beləliklə, nəqliyyat insanın cəmiyyətin zəruri bir tələbatını ödəyir. Yük və sərnişin daşımaları ilə məşğul olur. Nəqliyyatın bütün növləri bir – biri ilə qarşılıqlı əlaqədə daşıma işini yerinə yetirir və inkişaf edir. Hər bir nəqliyyat növünün texniki, iqtisadi xüsusiyyətlərinə görə müvafiq tətbiq sferası vardır.
Nəqliyyat sisteminin qarşısında duran əsas vəzifə – əhalini və xalqı təsərrüfatının daşımaya olan tələbatını vaxtında keyfiyyətlə ən az xərclə və tam ödəməklədən ibarətdir. Bu vəzifənin öhdəsindən gəlmək üçün nəqliyyatın işini elmi əsaslar üzərində qurmaq lazımdır.
İstehsalın başqa sahələri kimi nəqliyyatda texniki, texnoloji və iqtisadi tərəflər ilə xarakterizə olunur.
Nəqliyyatın texniki, texnoloji tərəfini – bu sahənin texniki elmləri ayrı – ayrı nəqliyyat növləri üzrə texniki xassələr nəzəriyyəsi, onun layihə və konstruksiya edilməsi, texniki vasitələrin istehsal və təmiri, yük və sərnişin daşımaları, nəqliyyat müəssisələrinin layihələndirilməsi və s. öyrənir.
Nəqliyyatın iqtisadi tərəfini nəqliyyatın iqtisadiyyatı və menecmenti öyrənir. Bu sahənin kamil mütəxəssisi olmaq üçün bu proseslərin hər iki tərəfini öyrənmək lazımdır.
Beləliklə, istehsalın, o cümlədən, nəqliyyatın iqtisadi – ictimai inkişafının tərəfini öyrənən iqtisadiyyat elmləri, texniki – texnolji öyrənən texniki elimlərin inkişaf istiqamətini müəyyən edir. Bu onunla izah edilir ki, cəmiyyətin iqtisadi mənafeyini müəyyən edən iqtisad elmləridir.
Nəqliyyatın səmərəliliyini müəyyən etmək üçün birinci növbədə onun iqtisadi tərəfinin verdiyi biliklərə əsasən daşımaların və avtotəsərrüfatın digər fəaliyyətlərinin ən əlverişli optimal planlaşdırılması və daha sonra bu planların həyata keçirilməsinə nail olmaq lazımdır. Nəqliyyatın iqtisadi xüsusiyyətləri nəqliyyatın iqtisadiyyatı fənnində öyrənilir. Azərbaycan nəqliyyatı Respublikamızda sosial – iqtisadi məsələlərin həllində zəruri amilə çevrilir. O, 1–ci tərəfdən daxili daşımaları; 2–ci tərəfdən idxal və ixracla əlaqədar olan daşımaları; 3–cü tərəfdən isə Respublikamızın ərazisindən keçən beynəlxalq daşımaları yerinə yetirir.
Azərbaycanda yaranmış nəqliyyat sistemi demək olar ki, qeyd olunan vəzifələrin yerinə yetirilməsini əsasən təmin edir. Ölkənin nəqliyyat sistemi dedikdə – nəqliyyat növlərinin və nəqliyyat prosesinin bütün tərəflərinin qarşılıqlı fəaliyyəti nəzərdə tutulur.
=Nəqliyyat sistemi xalq təsərrüfatında yalnız ümumi istifadədə olan nəqliyyat növlərini əhatə etmir. Nəqliyyat sisteminə həmçinin müəssisələr daşımalarını yerinə yetirən sənaye və kənd təsərrüfatı müəssisələləri, xarici nəqliyyatıda daxildir.=
İnkişaf etmiş ölkələrdə hər bir nəqliyyat növünün xalq təsərrüfatındakı əhəmiyyətinə və roluna, habelə onun inkişaf etdirilməsinə vahid nəqliyyat sisteminin tərkib hissəsi kimi baxılır. Bunun üçün lazimi obyekt şəraiti aşağıdakı kimidir.
1.     Bütün nəqliyyat növlərinin vahid xalq təsərrüfatı planı əsasında qurulması və inkişafı.
2.     Nəqliyyat prosesinin istehsalat texnoloji birliyi. Bu proses bütün nəqliyyat növlərinin qarşısında duran vəzifədən irəli gəlir.
3.     Ölkənin ərazi birliyi və onun iqtisadi rayonlarının qarşılıqlı əlaqəsi. Bu əlaqə həm respublika üzrə ixtisaslaşdırılmanın, həm də iqtisadi rayonların kompleks inkişafının mühüm amili olan nəqliyyatın inkişafının xüsusiyyətlərini müəyyən edir. Buna görə də vahid nəqliyyat sistemi – rayonlararası magistralların və rayon nəqliyyat şəbəkəsinin kompleksini yaradır. Vahid nəqliyyat sisteminin əsasını – magistral yollartəşkil edir. Rayon nəqliyyat şəbəkələri – kompleks inkişafını təyin edən vahid nəqliyyat sisteminin əsas hissəsidir və rayonlararası magistral yolların ayrı – ayrı sahələrini təşkil edir.
4.     Nəqliyyat texnikasının birliyi. Bu birlik nəqliyat növlərinin texniki vasitələrinın inkişafının və onların nəqliyyat prosesində bir – birinə daha yaxşı uyğunlaşmasını və optimal əlaqə fəaliyyətini uzlaşdırır. Bu baxımdan vahid nəqliyyat sistemi yüklərin daşınması prosesində ayrı – ayrı nəqliyyat növlərinin, texniki vasitələrin öz aralarında birgə qarşılıqlı fəaliyyətini tənzimləyir.
 
 
 
 


Yüklə 14,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin