225
Şək.
77.
Radiokip üsulu ilə aparılan işlərin nəticələri. 1- gilli qum daşlı
lay; 2- əhəng daşı; 3-keçirici mühit.
Ona görə işçilərin hamısı fərdi qoruyuçu vəsaitlə (rezin əlcək, rezin
çəkmə) təmin olunmalıdır.
2. Qoruyucu vəsaitin yararlı
olduğu müntəzəm olaraq
yoxlanılmalıdır, dielektrik əlcəklər, rezin çəkmələr 6
aydan bir
ayaqaltı rezin həsirlər isə 2 ildə 1 dəfə yoxlamadan keçməlidir.
3. Generatorun gövdəsi, cihazların
gövdəsi və digər yuksək
gərginlikli qurğular yerlə birləşdirilməlidir. Yerlə birləşdirilmiş
elektrodların müqaviməti 10 Om-dan çox olmamalıdır.
4. İş zamanı
batareyadan, akkumulyatordan istifadə olunan
zaman onları rezin həsirlərin üzərinə qoymaq lazımdır.
5. Qidalandırıcı xətlərin uzaq məsafələrə aparılması zamanı yerlə
birləşmə Yerində işci iki nəfərdən az olmamalıdır,
əgər bədbəxt
hadisə baş versə, biri o birinə lazımi köməyi edə bilsin.
6. Elektrik cərəyanı buraxılmazdan
əvvəl operator mütləq
qidalandırıçı xəttin hazır olduğuna əmin olmalıdır, sonra bütün
işciləri xəbərdar etməlidir ki, cərəyan buraxır və cərəyanın qiymətini
deməlidir. Dəstənin işciləri əvvəlcədən təsdiq olunmuş işarəni (səslə,
bayraqla, telefonla və s.) bilməlidirlər.
downloaded from KitabYurdu.org
226
7. Ölçmə zamanı fəhlə elektrodlardan 2-3
metr kənara
çəkilməlidir və xəttə toxunmamalıdır.
8.Marşrut torpaq yolla kəsişdikdə naqilləri yerləşdirmək üçün
yolda dərin olmayan kanal qazılır. Asfalt yolla kəsişdikdə 4 metr
hündurlukdə dirək qaldırılır və naqillər yolun o biri tərəfinə dirəklər
vasitəsilə keçirilir. Böyük gərginlikli elektrik xətlərinin altında və
onun yaxınlığında elektrik axtarışı naqillərinin qaldırılması və
yaxınlaşdırılması qəti qadağandır.
9. Bütün naqillər və bloklar qoşucu ilə birləşdirilməlidir.
10. Çihazlarda nasazlıq aşkar olduqda operator göstəriş verir ki,
generator dayandırılsın. Operatorsuz nasazlığı aradan qaldırmaq
olmaz.
11. Operator həftədə bir dəfədən
az olmayaraq meqaommetrin
köməyilə cərəyan keçirən hissələrin izolyasiyasını yoxlamalıdır.
12. Elektrodları uzaq məsafələrə aparmaq üçün brezent çantalar-
dan istifadə olunmalıdır.
13. Gərginlik altında olan cihazları təmir etmək qadağandır.
14. İşçilərin hamısı qidalandırıcı AB xəttinə və yerlə birləşmənin
izolyasıyasının keyfiyyətinə nəzarət etməli, yerlə birləşmənin etibarlı
olduğuna əmin olmalıdır.
Dostları ilə paylaş: