§65. İnduktiv dipol profilləmə üsulu İDP üsulu yüksək keçiricilkli filliz yataqlarının axtarışında
istifadə olunur. İDP üsulu ilə çöldə iş aparmaq üçün qurğu iki
dipoldan ibarət olur (qidalandıran və qəbul edən). Bu böyük diametrə
malik olmayan çox sarğılı iki çərçivədən ibarətdir. Qidalandırıcı
xəttə generator qoşulur, bunun köməyi ilə elektromaqnit sahəsi
yaradılır. Qəbuledici, dipol ölçən cihazlara birləşdirilir və cəm
maqnit sahəsini (H) ölçməyə imkan verir. Dipolları müxtəlif
müstəvilərdə qoymaq olar. Hamısından çox şaquli qurğulardan
istifadə olunur
(Hər iki dipol horizontal müstəvidə yerləşir), Bunun köməkliyi ilə
maqnit sahəsinin şaquli təşkiledicisini
z
-lə ölcürlər. Nadir hallarda
H
y
komponenti təyin olunur. Dipollar arasındakı məsafə gözlənilən
hədəfin dərinliyindən iki dəfə çox olmalıdır. İş zamanı bu məsafə
sabit (dəyişməz) saxlanılır, qurğunun yeri profil boyu dəyişdirilir.
Şaquli qurğu ilə H
xz
-in amplitudunu, onun fazasını
cz
və horizontal
qurğu ilə H
xz
və
cy
ölçülur. Açıq ərazidə axtarış planalmanı DİP
üsulu ilə 1:25.000 və 1:5.000 miqyasında bir münasib tezlikdə
aparırlar.
Filiz kütlələrinin axtarışında va geoloji xəritəalmada müşahidələr
iki tezlikdə aparılır.
Açıq ərazilərdə dəqiq planalmalar 1:5.000 və 1: 2.000 miqyas-
ında aparılır, bununla anomaliyaların sərhədləri, lap kiçik ölçülu filiz
hədəflərini, filiz kütlələrini izləmək kimi məqsədlər üçün istifadə
olunur. Belə hallarda işi 6-8 hers tezliklərdə aparırlar. İDP quyuların
downloaded from KitabYurdu.org
223
tədqiqində istifadə edilir. Bu üsuldan həmçinin aero elektrik
kəşfiyyatda istifadə edirlər.