Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə99/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   95   96   97   98   99   100   101   102   ...   168
geofiziki kesfiyyat usullari

 
 
 
 
 
 
 
 
XVII FƏSİL 
DƏYİŞƏN ELEKTROMAQNİT SAHƏSİ ÜSULU. 
NƏZƏRİ ƏSASLARI. 
Dəyişən cərəyan elektrik kəşfiyyatında sabit olmayan harmonik 
elektromaqnit sahəsi öyrənilir. Dəyişən cərəyan müəyyən dövr 
ərzində həm qiymətini, həm də istiqamətini dəyişir. 
Bu da sabit cərəyan kimi elektrik sahəsi yaradır və dəyişən 
kəmiyyətlərlə (gərginlik E, cərəyanın sıxlığı c, potensiallar fərqi


və s.), həm də dəyişən maqnit sahəsi ilə (maqnit induksiyası B və 
gərginliyi H) təsvir olunur. 
Harmonik sahə dedikdə elə sahə başa düşülür ki, bütün kəmiy-
yətlər zamandan asılı. olaraq kosinus yaxud sinus qanunu ilə dəyişir 
)
cos(
0
e
t
E
E




Burada E sahənin gərginliyinin amplitudasının qiyməti; (

-bucaq 
tezliyi, yaxud dövrlərin sayı 2

s; 

e
, t=0 olanda başlanğıc fazadır t-
zamanın indiki koordinatıdır. 
Elektrik kəşfiyyatında dəyişən maqnit sahəsi sabit cərəyan 
üsulunda olduğu kimi ya qalvanik yaxud induktiv üsulla yaradılır 
(bax §56). Buna baxmayaraq, qalvanik üsulla həyəçanlanma sabit 
cərəyan üsuluna nisbətən əhəmiyyətli dərəcədə fərqlənir. Bu halda 
dəyişən cərəyanın yaratdığı dəyişən maqnit sahəsi yerdə Ab xəttində 
downloaded from KitabYurdu.org


218 
induksiya cərəyanı yaradır, süxur layında mürəkkəb sahə yaranır, bu 
cərəyanlar cəmlənərək yerdə yekün qalvanik və induktiv cərəyan 
yaradır. İnduktiv üsulda qidalandırıcı xətt kimi ya birdolaqlı, ya
çoxdolaqlı çərçivədən istifadə edilir və yaxud da böyuk konturlu 
ilgək Yerin üstünə qoyulur. Buradan buraxılan cərəyan özünun 
dəyişən maqnit sahəsi ilə süxur qatında ikinci induktiv elektrik 
cərəyanı yaradır. Radiodalğalar üsulunda qapalı çərçivələri açıq 
konturlarla əvəz edirlər, buna dalğa buraxmaq antenası deyilir. 
Dəyişən cərəyanın əsas xususiyyəti ondan ibarətdir ki, bu dəyişən 
maqnit sahəsi yaradır, bu da öz növbəsində ikinci (induktiv) elektrik 
sahəsi yaradır. Beləliklə, mürəkkəb elektromaqnit sahəsi yaranır. 
Birinçi və ikinci sahələr eyni zamanda mövcud olurlar, ölçmələr 
zamanı bu iki sahənin həndəsi cəmini ölcüruk. Dəyişən ikinci maqnit 
sahəsi və ikinci induktiv elektrik sahəsi birinci sahədən fazasına görə 
geri qalır. 
Maraqlı haldır ki, dəyişən cərəyan sahəsində keçiriçinin müqa-
viməti cərəyanın tezliyi artdıtça artır, omik müqavimətdən başqa 
induktiv müqavimət də yaranır. Cəryanın tezliyi artdıqca induktiv 
cərəyan keçiricinin səthi ilə yayılmağa başlayır, bu da naqilin en 
kəsiyinin sahəsinin azalması deməkdir və yaxud omik müqavimətin 
artmasına səbəb olur. 
Dəyişən cərəyanın yaratdığı sahənin ikinci xususiyyəti var ki, 
cərəyan mənbəyindən uzaqlaşdıqca sahə zəifləyir. Bu, onunla izah 
olunur ki, keçiriçi mühit elektromaqnit sahənin enerjisinin bir 
hissəsini udur, beləliklə, bu enerji istilik enerjisinə çevrilir. 
Cərəyanın tezliyi və mühitin elektrik kəçiriciliyi artdıqca enerjinin 
udulma əmsalı artır. 
Beləliklə, dəyişən cərəyanın Yerin dərin qatlarına getməsi təkcə 
AB xəttinin uzunluğundan yox, cərəyanın tezliyindən və süxurların 
keçirciliyindən asılıdır. Cərəyanın tezliyi və mühitin elektrik 
keçiriçiliyi nə qədər çox olsa, cərəyanın dərin qatlara keçməsi bir o 
qədər az olaçaqdır. 
downloaded from KitabYurdu.org


219 
Hər bir nöqtədə yaranan elektromaqnit sahəsi burada yaranan 
elektrik sahəsinin gərginliyi, E və maqnit sahəsinin gərginliyi H ilə 
təsvir olunur. 
Elektrik sahəsinin gərginliyini E ölçmək üçün sabit cərəyan 
üsulunda olduğu kimi yeryə çalınmış qəbuledici elektrodlara MN 
mikrovoltmetr birləşdirilir. MN elektrodları arasındakı məsafəyə aid 
olan potensiallar fərqi MN kəsiyinin mərkəzində sahənin gərginliyinə 
yaxın E qiymətini verir. 
Maqnit sahəsinin gərginliyinin H qiymətini induktiv üsulla 
qəbuledici çərçivə ilə ölcürlər. Kütlənin ölçüləri nə qədər böyuk olsa 
və onun elektrik keçiriçilyi yuksək olsa, maqnit sahəsinin gərginliyi
H normal sahənin gərginliyinə nisbətən güclü olaçaq. İnduktiv 
üsulun köməyi ilə yaranan və ölçülən elektromaqnit sahəsi elektrik 
kəşfiyyatında mühüm üstünlüyə malikdir, bu nəinki üsulun istifadə 
sahəsini genişləndirir eyni zamanda burada yerə elektrodlar ça 
lmağa ehtiyac qalmır, həm də üsul qış mövsümündə iş aparan zaman 
böyük əhəmiyyət kəsb edir.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin