Xələfli A. A


§67. Elektrik kəşfiyyat işləri görülən zaman, təhlükəsizlik



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə95/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   91   92   93   94   95   96   97   98   ...   168
geofiziki kesfiyyat usullari

§67. Elektrik kəşfiyyat işləri görülən zaman, təhlükəsizlik 
texnikasına riayət 
1.
Elektrik kəşfiyyat işlərində elektrik cərəyanı və elektrik 
cihazları ilə işləyən işçilərin zədələnmə təhlükəsi mövcuddur.
downloaded from KitabYurdu.org


204 
 
Şək.
77. Radiokip üsulu ilə aparılan işlərin nəticələri. 1- gilli qum daşlı 
lay; 2- əhəng daşı; 3-keçirici mühit.
Ona görə işçilərin hamısı fərdi qoruyuçu vəsaitlə (rezin əlcək, rezin 
çəkmə) təmin olunmalıdır. 
2. Qoruyucu vəsaitin yararlı olduğu müntəzəm olaraq 
yoxlanılmalıdır, dielektrik əlcəklər, rezin çəkmələr 6 aydan bir
ayaqaltı rezin həsirlər isə 2 ildə 1 dəfə yoxlamadan keçməlidir. 
3. Generatorun gövdəsi, cihazların gövdəsi və digər yuksək 
gərginlikli qurğular yerlə birləşdirilməlidir. Yerlə birləşdirilmiş 
elektrodların müqaviməti 10 Om-dan çox olmamalıdır. 
4. İş zamanı batareyadan, akkumulyatordan istifadə olunan
zaman onları rezin həsirlərin üzərinə qoymaq lazımdır. 
5. Qidalandırıcı xətlərin uzaq məsafələrə aparılması zamanı yerlə 
birləşmə Yerində işci iki nəfərdən az olmamalıdır, əgər bədbəxt 
hadisə baş versə, biri o birinə lazımi köməyi edə bilsin. 
6. Elektrik cərəyanı buraxılmazdan əvvəl operator mütləq 
qidalandırıçı xəttin hazır olduğuna əmin olmalıdır, sonra bütün 
işciləri xəbərdar etməlidir ki, cərəyan buraxır və cərəyanın qiymətini 
deməlidir. Dəstənin işciləri əvvəlcədən təsdiq olunmuş işarəni (səslə, 
bayraqla, telefonla və s.) bilməlidirlər. 
downloaded from KitabYurdu.org


205 
7. Ölçmə zamanı fəhlə elektrodlardan 2-3 metr kənara 
çəkilməlidir və xəttə toxunmamalıdır. 
8.Marşrut torpaq yolla kəsişdikdə naqilləri yerləşdirmək üçün 
yolda dərin olmayan kanal qazılır. Asfalt yolla kəsişdikdə 4 metr 
hündurlukdə dirək qaldırılır və naqillər yolun o biri tərəfinə dirəklər 
vasitəsilə keçirilir. Böyük gərginlikli elektrik xətlərinin altında və 
onun yaxınlığında elektrik axtarışı naqillərinin qaldırılması və 
yaxınlaşdırılması qəti qadağandır. 
9. Bütün naqillər və bloklar qoşucu ilə birləşdirilməlidir. 
10. Çihazlarda nasazlıq aşkar olduqda operator göstəriş verir ki, 
generator dayandırılsın. Operatorsuz nasazlığı aradan qaldırmaq 
olmaz. 
11. Operator həftədə bir dəfədən az olmayaraq meqaommetrin 
köməyilə cərəyan keçirən hissələrin izolyasiyasını yoxlamalıdır.
12. Elektrodları uzaq məsafələrə aparmaq üçün brezent çantalar-
dan istifadə olunmalıdır. 
13. Gərginlik altında olan cihazları təmir etmək qadağandır. 
14. İşçilərin hamısı qidalandırıcı AB xəttinə və yerlə birləşmənin 
izolyasıyasının keyfiyyətinə nəzarət etməli, yerlə birləşmənin etibarlı 
olduğuna əmin olmalıdır. 
rin qatlarını tədqiq edirlər. Qurğunun ölçüləri elektrik kəşfiyyatının 
göstəriş kitabında verilir. Adətən AB/2 bərabər seçilir. 1,5; 3; 4,5;
6; 8; 10; 15; 25;40; 65; 100; 150; 230; 300; 450; 600; 800; 1000 
metr. AB/2 qiymətinin dəyişməsi 1.5-dən 10 m-ə qədər, 15-dən 100 
m-ə və 150-dən 1000 m-ə qədər MN arasında olan məsafə uyğun 
olaraq 1; 10; 100 götürülür; AB və MN xəttini çölə getməmişdən 
qabaq hazırlayırlar (şəkil 64). İkiqatlı üfüqi yatan kəsilişdə 

1
>

2
halında şaquli zondlama əyrisi şəkil 65 a- da göstərilmişdir. Əgər 
kəsilişdə alt layın müqaviməti 




2
, onda şaquli zondlama 
əyrisinin forması 65 b şəklini alır.
downloaded from KitabYurdu.org


206 
Şək
.64. 
Simmetrik şaquli elektrik zondlama qurğusu. K
1
-K
2
qidalandırıcı AO va BO naqillərin dolaqları

Fərz olunan müqavimət kəsilişi geoloji kəsilişin ümumi 
xüsusiyyətlərini öyrənmək üçün istifadə edilir. Kəsiliş qurulduqda 
şaquli olaraq hər məntəqədə AB/2-nin qiymətini loqarifmik 
miqyasda qeyd edirlər (Şəkil 65). AB-nin hər paylanmasında (yəni 
elektrodların bir birindən uzaqlaşdırılması) 


-in qiymətləri Omm-lə 
yazılır və izoxətlərin planı qurulur. Kəsiliş üzrə kəmiyyətcə təhlil 
aparılır. 66-cı
şəkildən görünür ki,12 şaquli zondlama kəsilişin üst hissəsində ano-
maliya olduğunu göstərir, keçiriciliyi isə kiçik müqavimətli süxurun 
əmələ gəldiyi sahəyə uyğundur. Şaquli zondlamada əyrilərin kə 
miyyətcə təhlili daha tam geoloji nəticələr verə bilir, bunun köməyi 
ilə kəsilişdə layların sayının qalınlığını və müqavimətini təyin edə 
bilərik.
Üç üfüqi yatan laylı kəsilişlərdə şaquli zondlamanın əyrisi dörd 
olur. A,K,Q,H (şəkil 67). Çoxlaylı əyrilər bir neçə üç laylı
downloaded from KitabYurdu.org


207 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin