Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə93/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   89   90   91   92   93   94   95   96   ...   168
geofiziki kesfiyyat usullari

 
 
§64. Maqnit tellurik üsul
Günəşdən gələn güclü yüklü zərrəçiklər seli yerin ionosfer 
qatında olan atom və molekulları parçalayır və burulğanlı cərəyan 
yaradır, bunun təsiri ilə Yer qabığında və mantiyada təbii 
elektromaqnit sahəsi yaranır, buna maqnit tellurik sahə deyilir. Bu 
iki sahənin cəmindən ibarətdir: maqnit tərkib hissəsi 


elektrik 
tərkib hissəsi E. Axırıncı tellurik sahə adlanır. Zamandan asılı olaraq 
tellurik sahənin dəyişməsinin xüsusiyyətlərini öyrənməklə məşğul 
olan üsul yarandı. Eyni zamanda maqnit və elektrik sahələrinin tərkib 
hissələrinin öyrənilməsi maqnitetellurik zondlama və maqnittellurik 
profilləmə üsullarının yaranmasına gətirib çıxardı. Maqnit tellurik 
sahə çox kiçik tezliyə malikdir, ona görə də Yerin çox dərin qatlarına 
keçə bilir, bu bir neçə on(10) yüz km dərinliyə qədər çata bilir, (TZ) 
tellurik zondlama məhz bu səbəbdən də ən dərin üsullardan biridir. 
Yerdə tellurik cərəyanın olmasını aşkar etmək üçün ölçü cihazına 
qoşulmuş ikielektrodlu MN qurğusundan istifadə edirlər. Cihazın 
əqrəbinin kənara çıxması TÇ gərginlyinin qiymətinə uyğun gəlir. H 
və E vektorları verilmiş məntəqədə zamandan asılı olaraq nəinki 
downloaded from KitabYurdu.org


199 
qiymətini, eyni zamanda istiqamətini də dəyişir. Maqnittellurik sahənin 
qiymətinin dəyişməsinin zamandan asılılığı çox mürəkkəb xüsusiyyətə 
malikdir. Tellurik cərəyanın zamandan asılı olaraq dəyişməsinə tellurik 
cərəyanın variyasiyası deyilir. Variasiya dövrü, ya da qeyri dövrü növlərə 
bölünür. 
Dövrü variasiya nisbətən sabit dövrlərlə təsvir olunur və uzun, 
orta və kiçik dövrlü variasiyalara ayrılır. Uzun dövrlü variasiya bir 
neçə saat davam edən variasiyadır, özünəməxsus tək impulsa 
malikdir. Bunları Yerin dərin qatlarını tədqiq edəndə öyrənirlər. 
Ortadövrlü variasiya bir neçə saniyədən saniyənin onda biri qədər 
vaxtda baş verir. Qısa dövrlü və ya yüksək tezlikli variasiya onda bir 
saniyədən mində bir saniyə müddətində baş verən variaiyadır.
Dəvamlılıq dərəcəsinə görə variasiya iki növə bölünür: dəvamlı 
(dəyişməz) və qeyri-sabit. Sabit variasiya bir neçə saat (5 saat) 
aramsız davam edir və dövrlərin amplitudasının dəyişməsi heç bir 
qanunauyğunluğa tabe deyil. Ən çox müşahidə olunan dayanıqlı 
variasiyadır, bunun dövrü 15-60 saniyədir, bu səhər və gündüz 
vaxtlarında (saatlarında) baş verir. Qeyri-stabil variasiya bir silsilə 
impulsdur, qısa fasilələrlə (40-60 saniyə) adətən axşam və gecə 
müşahidə olunur. 
Əməli cəhətdən daha çox əhəmiyyət kəsb edən orta dövrlü 
variasiyadır. Bu yerin üst qabığının elektrik xassələrindən asılıdır. 
Orta dövrlü variasiyanın amplitudu özülün (fundamentin) çox 
dərində olmayan hissəsində 3-10 mV/km hüdudunda dəyişir. 
Özülün süxurlarının üstünü örtən qalın keçirici laylar olan sahədə isə 
amplitudu 0.5-1 mV/km hüdudunda dəyişir. 
Əgər sahəsi böyuk olmayan ərazidə süxur horizontal yatırsa və 
onun müqaviməti eynidirsə, onda TÇ sahəsi bu ərazidə həmin anda 
eyni qiymətə və istiqamətə malikdir. Əgər ərazidə elektrik kəsilişi 
dəyişirsə, onda eyni vaxtda müxtəlif məntəqədə TÇ sahəsi müxtəlif 
olacaq. Bu dəyişikliyə TÇ anomaliyası deyilir, cünki bu tədqiq 
olunan sahənin geoloji quruluşundan asılıdır. TÇ sahəsinin 
öyrənilməsi geoloji quruluşun əsas xususiyyətlərinin aşkar 
edilməsinə imkan verir. TÇ sahəsini ölçmək üçün maqnittellurik 
downloaded from KitabYurdu.org


200 
cihazdan istifadə olunur (MTL—71), bütün ləvazimatlar maşında 
yerləşdirilir. 
TÇ sahəsini ölçmək üçün qurğu iki qəbulediçi MN xəttindən 
ibarətdir, hər bir xətt PSMO markalı naqildən, makaradan və iki 
qütbləşməyən mis kuporoslu elektrodlrdan ibarətdir. Makaranın 
açılma şəraiti və qəbuledici elektrodların bir-birinə nisbətən 
yerləşməsinə görə (şəkil 76) qurğuları bir-birindən fərqləndirirlər: 
xaçva 
rı, Q şəkilli, T şəkilli və korbucaqlı qurğular (M
1
N
1
xətti ilə M

N
2
xətti arasındakı bucaq

70°). 
MTP və MTZ üsulları ilə tellurik variasiyadan H və E
x
və E
y
-
dan başqa maqnit sahəsinin variasiyasını H
x
və H
y
təyin edirlər. 
MTP və MTZ üsulları zaman etibarı ilə bir-birinə uyğun gələn
kvazisinusoidal impulslar dəstəsini ayırmağa əsaslanıb. Bu impulsların 
dövrləri 10-15%-dan çox fərqlənməməlidirlər, fazaları isə bir-birindən 
1/15 dövrdən çox olmamalıdır. İmpulsun amplitudu 10 sm-dən az 
olmamalıdır. Hər dəstə impuls üçün orta dövr aşağıdakı formula ilə 
hesablanır. 
Şək.
76. 
Tellurik cərəyan üsulunun ölçmə qurğuları a-Q şəkilli, b-Xaç 
şəkilli. v-T şəkilli, q-Bucaq şəkilli. 
T=1/4(T.

x
+T

u
+T H
x
+T H

)
Ayrılan hər dəstə impuls üçün giriş impedansı Z = Ex / H
u
və 
sonra fərz olunan müqavimət təyin olunur.

f
=0,2T

Z


downloaded from KitabYurdu.org


201 
Burada T- E
x
və H
u
komponentlərin dövrüdur, Z bunlara əsasən 
hesablanır. MTZ üsulundan istifadə etdikdə nə qidalandırıcı xətdən, 
nə də generator qurğularından istifadə olunur, bu da əmək məhsul-
darlığını artırır və çöl işlərinin maya dəyərini azaldır.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin