Xələfli A. A


XI Fəsil  QRAVİ KƏŞFİYYAT CİHAZLARI VƏ ÖLÇMƏ ÜSULLARI



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   63   64   65   66   67   68   69   70   ...   168
geofiziki kesfiyyat usullari

XI Fəsil 
QRAVİ KƏŞFİYYAT CİHAZLARI VƏ ÖLÇMƏ ÜSULLARI 
Qravitasiya sahəsini ölçmək üçün qravi kəşfiyyatda üç tip 
cihazdan istifadə olunur. 
1. Rəqqaslı cihazlar. Bunun əsas hissəsi onun rəqqasıdır, şaquli mü-
stəvidə rəqsi hərəkət edir. Bu cihazlarda, əsasən rəqqasın hərəkətini 
müşahidə edirlər və bilavasitə bir rəqsə sərf olunan zamanı təyin 
downloaded from KitabYurdu.org


142 
edilir. Rəqqasın rəqsinin dövrü (periodu) sərbəstdüşmə təcilinin 
qiymətindən asılıdır. 
2. Bu qravimetr yaydan asılmış m qravitasiya kütləsinə malik olan 
cisimdir. Yükün çəkisi sərbəstdüşmə təcilinin qiymətindən asılıdır 
(R=mg). Yayın gərilməsi ilə təcilin nisbi dəyişməsini təyin etmək olur. 
3. Qravitasiya variometrləri və qradientometrlərin sistemləri 
tərəzi kimi təqdim edilir. Bu cihazlarla qravitasiya potensialının 
ikinci törəməsini təyin edirlər. 
 
§45. Sərbəstdüşmə təcilinin rəqqaslı cihazla təyini 
Rəqqaslı cihazın köməyi ilə sərbəstdüşmə təcilinin həm 
mütləq, həm də nisbi qiymətini təyin etmək olar. Rəqqaslı üsulun 
əsas ölçmə prinsipi rəqqasın izoxron rəqsinə əsaslanır. Ən sadə 
rəqqaslı cihaz horizontal ox ətrafında sərbəst rəqsi hərəkət edən bərk. 
cisimdir Şəkil 46. Bəzi hallarda dövr edən rəqqaslardan istifadə 
edirlər . Rəqqasın 1 çubuğuna 2 iki prizma geyindirilib A və V
tilləri üzbəüz istiqamətdə qoyulub, bunlar arasındakı məsafə rəqqasın 
uzunluğuna bərabərdir 1. Rəqqas hər iki prizma üzərində rəqs edə 
bilər, bu mexanizm hər iki prizma üzərində rəqs zamanı rəqsin dövrü 
hər iki hal üçün sabit olur (yəni eyni olür). Belə rəqqaslar 
Sərbəstdüşmə təcilinin qiymətini böyük dəqiqliklə təyin etməyə 
imkan verir. Rəqsin dövrü (periodu) rəqqasın uzunluğundan və 
müşahidə məntəqəsində sərbəstdüşmə təcilindən g asılıdır. 
T=

g
l
Rəqqasın uzunluğunu və rəqsin dövrünu (periodunu) bilərvk 
bu düstürla sərbəstdüşmə təcilinin qiymətini təyin edə bilərik. 
Rəqslərin dövrlərini xüsusi metodika (üsulla) ilə təyin edirlər. Bu 
metodika ilə sərbəstdüşmə təcilinin ölçmə dəqiqliyi xəta ilə birlik 
downloaded from KitabYurdu.org


143 
Şək
.46. 
Dövrü rəqqas. 
də 1mQal-dan çox olmamalıdır, yəni sərbəstdüşmə təcilinin mil-
yonda bir qiyməti dəqiqliyində, rəqqasın uzunluğu və rəqslərin 
dövrünü də həmin dəqiqlik nisbətində təyin etmək vacibdir. Bunun 
üçün müşahidə nöqtələrində ölçülərin sayını artırmaq lazımdır. 
Beləliklə, bir nöqtədə ölçmə üçün 8-13 saatdan çox vaxt tələb olunur. 
Belə az məhsuldar iş indiki dövrdə geofiziki xidmət idarələrini qane 
etmir. Bir tərəfdən rəqqaslı müşahidələr imkan verir ki, 
sərbəstdüşmə təcilinin mütləq qiymətini təyin etsin, ona görə də bu 
cihazlarla istinad (dayaq) məntəqələrində sərbəstduşmə təcilinin 
mütləq qiyməti təyin olunur (Potsdam, Pulkova) və bütün Yer 
kürəsinin hər nöqtəsində təyin olunan qiymətləri burada təyin olunan 
qiymətlərlə əlaqələndirirlər. Müasir rəqqaslı cihazlar vasitəsilə müşa-
hidə aparmağa çox cüzi vaxt tələb olunur və ölçülən qiymət böyük 
dəqiqliyə malik olur (milli Qalın 100-dən biri) və bu cihazların 
qravimetrik axtarış işlərində geniş istifadə olunmasına imkan yaradır. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin