Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə102/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   98   99   100   101   102   103   104   105   ...   168
geofiziki kesfiyyat usullari

§66. Radiokip üsulu 
Radiokip üsulu geniş diapazonlu (10-30 khers) radiostansiyaların 
verdiyi elektromaqnit sahəsinin öyrənilməsi əsasında yaranıb. Bu 
dalğalar bir qədər dərinliklə yayılaraq keçirici hədəflərdə ikinci 
induktiv elektromaqnit sahəsi yaradır. Tədqiq olunan sahə müstəvi 
xüsusiyyətli dalğalardır və radiostansiyadan iş aparılan əraziyə qədər 
olan məsafədən, radiodalğaların yayılma şəraitindən (vaxtdan, 
havanın vəziyyətindən) asılıdır. Kəskin metroloji dəyişiklik zamanı 
sahənin gərginliyi 20-50% dəyişir, ona görə da şimşəkli (ildırımlı) 
günlərdə, güclü küləkli günlərdə, maqnit burulğanlığı olan günlərdə 
və s. işləmək məsləhət görülmür. Təçrübi yolla müəyyən olunub ki, 
radiostansiyadan 150-200 km məsafələrdə, sahəsi bir neçə on kvadrat 
kilometrlik olan ərazidə bircinsli mühitdə sahənin gərginliyi sabit 
olur. 
Fəza dalğalarının yaratdığı maneələrdən qurtarmaq üçün işi orta 
və uzun dalğalarla aparmaq lazımdır (dalğanın uzunluğu 300 m-dən 
çox olmalıdır). İşlər radiokip üsulu ilə demək olar ki, gündüz uzun 
dalğalı verilişlərin yaxşı eşidildiyini nəzərə alaraq bütün rayonlarda 
aparmaq olar. Ən əlverişli vəziyyət radiostansiyanın istiqaməti ilə 
tədqiq olunan hədəfin uzanma istiqamətinin bir-birinə uyğun 
gəlməsidir, belə halda yaranan ikinci sahə xeyli güclu olur. 
Elektromaqnit sahəsinin gərginliyini ölçmək üçun yanda 
gəzdirilən yüngül, çəkisi 2.5 kq olan maqnit antenalı cihaz hazırlanıb
(çöldə sahənin gərginliyini öçən). 
Radiokip üsulu ilə işləri ya marşrutlarda, ya da açıq sahəli 
ərazilərdə aparırlar. Tədqiqat sahəsində nəzarət məntəqəsi yaradılır 
ki, burada cihazları nizamlamağa başlayırlar, radiostansiyaların isti-
qamətini süxurların yayılma istiqaməti ilə uyğunlaşdırırlar. Müşahidə 
məntəqəsinin istiqaməti elə seçilir ki, orada 

, H
z
, H
p
, E
x
, E
y
ən 
böyük qiymətə malik olsun. Bu işlər görüldükdən sonra operator 
downloaded from KitabYurdu.org


224 
profil boyu hər bir məntəqədə ölçmə işləri aparır. Çihazın istiqaməti 
bütün məntəqələrdə sabit saxlanılır, kənara çıxmaya yol verilmir. 
Müşahidələrin nəticələri əyrilər 

, H
z
, H
p
, E
x
, E
y
və yaxud əyrinin 
planı şəklində verilir. Nəticələrin təhlili keyfiyyətcə aparılır: H
z
ən 
böyük qiyməti keçiriciliyi çox olan süxurlara uyğun gəlir
(şəkil 77 a). E
x
və E
y
böyük qiymətləri pis keçirici süxurlara uyğun 
dur. Dikinə düşən keçirici kütlələr uzərində H
p
ən böyük qiymətlə və 
H
z
isə iki müsbət ekstremumla ən kiçik qiymətlə ayrılır (şəkil 74 b). 
Belə kütlənin üst qatının yerləşdiyi dərinlik H
p
anomaliyanın eninin 
1/2-nə bərabərdir, yaxud H
z
ekstremumunun arasındakı məsafənin 
yarısına bərabərdir (şəkil 74 b). 
İki mühitin birləşdiyi yer H
z
-in ən böyük qiymətilə və 
ekstremumlar arasındakı orta nöqtə H
p
ilə qeyd olunur (şəkil 77 b). 
Hədəfin yerləşdiyi dərinliyi aşağıdakı düsturla təyin etmək olar.
4
)
(
)
(
max
max
l
H
H
h
p
z

Burada l- iki H
p
ekstremum arasındakı məsafədir. Radiokip üsulu ilə 
planalma işləri 1:50.000 miqyasında aparılır, bunun köməyi ilə
filiz kütlələrinin yayılma istiqaməti, sərhədlərinin çəkilməsi, tektonik 
pozulmalar, süxurların birləşdiyi ərazilər, kvars damarları, daykalar 
və sərt düşən və meyilli geoloji hədəflər tədqiq edilir. Bu üsulun 
üstünlüyü odur ki, cihaz yüngüldur, istənilən yerdə iş aparmaq olar. 
Nöqsan çəhəti isə çoxlu maneələrin olmasıdır.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin