Yarımkeçirici xassə aşkar olunmuş lər. Yarımkeçiricilərin
elektrik keçiriciliyi materialın kimyəvi tərkibinin cüzi dəyişməsinə
çox həssasdır. İstər yarımkeçiricilərdə, istərsə də dielektriklərdə aş-
qarlar elektrik cərəyanının daşıyıcılarıdır. Ona görə də bütün
yarımkeçiricilər xüsusi və aşqar keçiriciliyinə ayrılır. Aşqar dedikdə
təkcə başqa maddənin atomunun keçiricilikdə iştirak etməsi ilə yox,
eyni zamanda kristallik qəfəsdə pozulmaların olması kimi başa
düşmək lazımdır.
Yarımkeçiricilərdə elektrik keçiriciliyinin təzyiqdən asılılığı da
böyük əhəmiyyət kəsb edir, bu da cərəyan daşıyıcıların yürüklüyünə,
aktivləşmə enerjisini dəyişdirərək yarımkeçiricinin elektrik
keçiriciliyinin dəyişməsinə səbəb olur. Nəzəri olaraq göstərmək olar
ki, təzyiqin artması atomların yaxınlaşmasına səbəb olur, bu da
aktivləşmə enerjisini bir halda artırır, dəgər halda isə azaldır. Təcrübi
olaraq təsdiq olunub ki, (germani) elemeti 30.000 kq/sm
3
təzyiq
altında özünün elektrik müqavimətini 4,5 dəfə artırır, Si elementi isə
elektrik müqavimətini 2 dəfə azaldır.
Süxurların müqavimətinin ölçmə üsulları. Yarımkeçiricilərin müqavimətinin laboratoriya şəraitində ölçmə
metodikasından süxurların da müqaviməti ölçmək üçün istifadə
oluna bilər. Bu üsulu iki böyük dəstəyə bölmək olar. Bunlardan biri
sabit cərəyandan i digəri isə dəyişən cərəyandan istifadə edir. Sabit
cərəyandan istifadə edən üsullardan ən çox yayılmışı 2 elektrodlu və
4 elektrodlu üsuldur. Bu üsullarda ən vacib tələb süxurla elektrodlar
arasında minimal keçid müqaviməti əldə etməkdir. Bununla əlaqədar
olaraq ölçmə işləri apardıqda elektrodların seçilməsinə ciddi diqqət
downloaded from KitabYurdu.org
23
yetirilməlidir. Şəraitdən və mühitdən asılı olaraq müxtəlif
elektrodlardan (qızıl, platin, civə, qrafit və s.) istifadə olunur.