Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   9   10   11   12   13   14   15   16   ...   168
geofiziki kesfiyyat usullari

 İkielektrodlu üsul.
Bu üsul elektrodlar arasında potensiallar 
fərqi məlum olan nümunədən keçən cərəyan şiddətini ölçməyə 
əsaslanıb. Süxurun müqavimətindən asılı olaraq cərəyan şiddətini 
ölçmək 
üçün 
ampermetrdən, 
milliampermetrdən, 
mikroampermetrdən, qalvanometrdən və elektrometrdən istifadə 
olunur. Nümunələr düzbucaqlı, kub, paralelipiped, silindr formada 
düzəldilir. Ölçmələrin dəqiqliyinə səthi cərəyanlar təsir edə bilər. 
Buna görə də hansı üsuldan istifadə olunmasına baxmayaraq 
mühafizə üzündən (həlqəsindən)istifadə olunmalıdır. Bu həlqə ölçmə 
elektrodundan 2 mm aralıda yerləşməlidir. Mühafizə həlqəsi ya 
polad, ya da mis teldən düzəldilir (Şəkil 1).
Şəkil
1
. Qalvanometrin vasitəsi ilə dielektrikin həcmi 
müqavimətinin ölçülməsi üçün iki elektrodlu üsulun sxemi. C elektrodlar C

mühavizə üzüyü.
Kiçik müqavimətli mineralı şəkildəki sxemdən istifadə edərək 
ölçmək olar. Birinci sxemdə voltmetrin müqaviməti ölsçülən 
nümunənin müqavimətindən böyük olan hal üçün ikinci sxem 
ampermetrin müqaviməti ölçülən nümunənin müqavimətindən kiçik 
olan halda istifadə olunur. 
downloaded from KitabYurdu.org


24 
 Dördelektrodlu üsul.
Bu üsulla müqavimətin ölçülməsi 
süxurun iki nöqtəsi arasındakı potensiallar fərqinin ölçülməsinə 
əsaslanıb, yaxud iki qidalandırıcı elektrod arasındakı ekvipotensial 
sahənin ölçülməsinə əsaslanıb. Bu üsul elektrodla nümunə arasında 
olan polyarizasiyanı nəzərə almır, (elektrodla nümunə arasında 
yüksək gərginlikli polyarizasiyanın qiymətini ölçmür) nümunənin 
həqiqi müqavimətini ölçür. 
Şəkil 2 a,b-də dörd elektrodlu qurğunun iki əsas sxemi 
verilmişdir. A və B elektrodlarının qidalandırıcı MN elektrodları 
vasitəsilə potensiallar fərqi ölçülür. Elektrodlar simdən düzəldilir, 
nümunəni tam əhatə edir və qidalandırıcı elektroddan 10 mm və daha 
çox məsafədə yerləşməlidir. Sxemdə nümunədən axan cərəyanın 
qiymətini bilərək MN elektrodlarında gərginlik düşgüsünü ölçməklə 
xüsusi müqaviməti aşağıdakı formula ilə təyin edirik. 
downloaded from KitabYurdu.org


25 
Şəkil
2 (a,b).Xüsusi elektrik müqavimətini ölçmək üçün dörd elektrodlu 
qurğu

l
S
I
ΔV
ρ

S-nümunənin en kəsiyinin sahəsi, l-ölçmə elektrodları arasında 
məsafədir. İkinci sxem çöldə təcili ölçmə aparmaq üçündür. Burada 
elektrodlar bir xətt üzrə simmetrik yerləşdirilir. Bu halda xüsusi 
elektrik müqaviməti aşağıdakı formula ilə təyin edilir 
l
l
L
4
π
I
ΔV
ρ
2
2


burada L–qidalandırıcı elektrodlar arasında məsafədir, L-MN -
elektrodları arasındakı məsafədir. 
Dörd elektrodlu üsulla böyük müqavimətli süxurları ölçdükdə 
böyük xəta ola bilər, bu səthi keçiriciliyin hesabına olur. Bu 
mühafizə həlqəsinin vasitəsilə aradan götürülür. Süxurların xüsusi 
müqavimətini sabit və dəyişən cərəyanla iki və dörd elektrodlu üsulla 
ölçdükdə xüsusi müqavimətin qiymətində fərqlər əmələ gəlir. Dörd 
elektrodlu üsulla ölçülən müqavimət aralıq vəziyyətdə də olur. Bu 
üsulla ölçdükdə elektrodla nümunə arasında yaranan effekt ölçmədə 
iştirak etmir. Dəyişən cərəyandan istifadə edərək xüsusi 
müqavimətin ölçülməsi zamanı cərəyanın tezliyi artdıqca elektrodla 
nümunə arasında olan effekt və həcmi polyarizasiya azalır, buna görə 
də 

bu halda sabit cərəyana nisbətən kiçikdir. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin