28
Göstərilən işlər sənaye əhəmiyyətinə malik olan filizlərin mü-
qavimətinin süxurun maddi tərkibindən, struktur və tekstur
xüsusiyyətlərindən asılı olduğunu aşkar etməyə imkan verir.
Böyük müqavimətli süxurlara maqmatik, metamorfik, bir neçə
çökmə süxurları aid etmək olar. Bu
süxurlar əsasən minerallardan,
dielektriklərdən və az miqdarda nəmlikdən ibarət olur. Mineralların
böyük müqavimətə və az nəmliyə malik olması səbəbindən bu süx-
urların müqaviməti filiz və böyük miqdarda nəmliyə malik olan çök-
mə süxurlarındna çoxdur. Bu mineralların elektrik müqaviməti
praktiki olaraq nə mineral tərkibdən, nə də genezisdən asılıdır. Bu
aşağıdakı səbəblərdən irəli gəlir. Süxur əmələ gətirən mineralların
böyük çoxluğu təxminən eyni xüsusi müqavimətə malikdir. Bununla
əlaqədar olaraq çökmə
süxurlar çox hallarda qneys, kvars, diabaz
kimi müqavi mətə malikdir. Cüzi miqdarda nəmliyin olması böyük
müqavimətə malik olan süxurun müqavimətini kəskin azaldır və çox
hallarda süxurları müqavimətinə görə fərqləndirmək çox çətin olur.
Süni yolla nəmliyin azaldılması zamanı müqavimətin azalması
müşahidə olunur (mütləq quru). Bunlar turşdan əsasiyə və
ultraəsasiyə keçməklə fərqlənirlər.
downloaded from KitabYurdu.org