33
Gilli süxurlar
.
Gilli süxurlarda böyük müqavimətli minerallarla
bərabər elektrik keçirən zeolit və gil dəstəsinə aid olan minerallar da
vardır. Bununla əlaqədar olaraq gilli süxurların
elektrik keçiriciliyi
təkcə süxurun tərkibində olan məhlulun müqavimətindən yox, bunun
tərkibində olan mineralların miqdarından, xarakterindən, onun
paylanmasından asılıdır. Gilin hissəcikləri süxurun dənələri arasında
yerləşir, yaxud da boşluğun səthini örtür. Süxurun tərkibində gilin
olması məsaməliliklə müqayisədə nəmliyin artmasına səbəb olur, bu
gil hissəciklərinin məhlulda ilişməsi hesabına baş verir. Süxurun
tərkibində gilin nəzərə çarpacaq dərəcədə olması
özünəməxsus
spesifik xassəyə malik olur. Birinci gil hissəciklərinin miqdarı
artdıqca həcmdə nəmlik artır. İkinci süxurun müqaviməti ilə mineral
məhlul arasındakı düzxətli asılılıq pozulur. Məhlulun tərkibində
mineral duzların zənginliyi gilli süxurlarda xüsusi müqavimətin
artmasına, az zənginlik isə azalmasına səbəb olur.
Bu qanunauyğunluğun fiziki xüsusiyyəti Daxnov tərəfindən aşağı-
dakı kimi şərh edilmişdir. Boşluqdakı məhlulun zənginliyinin artması
ionun bir hissəsinin elektrolitdən ikiqat yaranan elektrik qatına
keçməsidir. İonlar bu qatda böyük elektrostatik cazibə qüvvəsinin
təsiri nəticəsində yürüklüyünü itirir,
bununla da müqavimətin
artmasına səbəb olur. Belə ki, süxurun tərkibində gil materialı nə
qədər çox olsa, bir o qədər də ikiqat təbəqənin səthi çox olur, uyğun
olaraq elektrik müqaviməti artır (Şəkil5). Gilli süxurlarda
elektrolitdə duzun zənginliyinin azalması ilə xüsusi müqavimətin
azalmasına səbəb olur. Bu səthi elektrik keçiriciliyi hadisəsi ilə, gilli
materialların hidrolizi ilə əlaqədardır. Hidroliz məhsulları hesabına
süxur əlavə keçiricilik əldə edir. Gil hissəcikləri
çox olduqca ionlar
da çox olur, bununla əlaqədar olaraq süxurların müqaviməti az olur.
Elektrokinetik hadisənin nəzəriyyəsinə əsasən səthi keçiriciliyi,
iki qat təbəqənin yüksək keçiriciliyi ilə əlaqələndirirlər, təbəqənin
qalınlığı zənginlik artdıqca azalır və onun təsiri praktiki olaraq itir.
Gilli materiallar neftli-qazlı süxurlarda olduqda onun müqavi-
mətini güclü azaldır, nəticədə gilli süxurlar orta yaxud kiçik
müqavimət əldə edir.
downloaded from KitabYurdu.org
34
Şəkil 5
.Duz məhlulu ilə doymuş gilli qum daşları süxurunun
məsaməlilik əmsalının məhlulun duzla zənginliyindən asıllığı.
A-qum
daşları; 1 və 2 gilli; 3 və 4 zəif gilli yaxud alevrilitli; 5 və 6 təmiz; b
müxtəlif gilli alerolitlər; q-argilitlər
Dostları ilə paylaş: