Xələfli A. A


Neftli süxurların elektrik müqaviməti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   15   16   17   18   19   20   21   22   ...   168
geofiziki kesfiyyat usullari

Neftli süxurların elektrik müqaviməti.
Əvvəldə qeyd 
edilmişdir ki, məsamələri mineral məhlullarla dolmuş süxurların 
elektrik müqaviməti ilk yaxınlaşmada məsaməliliyin qiyməti ilə təyin 
edilir. Ancaq bütün hallarda süxurların məsamələri (boşluqları) 
keçirici mayelərlə dolu olmur. Torpaq sularından yuxarıda yerləşən 
çökmə süxurlar və qazlı laylarda məsamələrin bir hissəsi adətən 
maye ilə dolur. Neftli laylarda keçirici elektrolitlərlə yanaşı, 
məsamələr neftlə dolur. Süxurun boşluqlarında olan neft-qaz yaxud 
da hava süxurun müqaviməti 100% keçirici maye ilə dolmuş 
süxurların müqavimətindən nəzərə çarpacaq dərəcədə çox olacaqdır. 
Quru süxur, neft və hava demək olar ki, sonsuz müqavimətə 
malikdir. Süxurun boşluğundakı nəmlik neft və hava ilə nə qədər 
zəngin olsa, müqaviməti bir o qədər çox olacaqdır. Ancaq tərkibində 
downloaded from KitabYurdu.org


35 
eyni miqdarda nəm olan süxurlardan hansının tərkibində müxtəlif 
dərəcədə minerallaşma baş verirsə, onda müqavimət də həmin dərəcə 
fərqlənəcəkdir. 
Göstərilən amillərin təsirindən azad olmaq üçün və süxurların, 
xüsusilə də kollektorların qaz və neftlə doyma dərəcəsini müqayisə 
etmək üçün, məsaməlilik parametrlərinə analoji olaraq adsız 
kəmiyyət süxurun boş sahəsinin doyma parametri P
doyma
daxil 
edilmişdir. Bu süxurun məsaməsinin bir hissəsinin neftlə dolması 
zamanı müqavimətinin 

nd
100% su ilə doymuş süxurun müqavimə-
tindən 

sd
nə qədər artdığını göstərir. 
P
n
=
ρsd
ρ
nd
Bu parametrin qiyməti ilə süxurun neft və qazla dolma dərəcəsi 
haqda nəticə çıxarmaq olar. 
Suyun süxurun tərkibində yayılma xüsusiyyəti, süxurun tərkibində 
mineral dənələrin maye ilə islanma şəraitindən asılıdır. Bütün 
hallarda bu mineralların səthi hidrofildir və bağlı sular bu dənələrin 
səthini nazik təbəqə kimi örtür. Əgər kif mineral dənənin üstünü 
nazik təbəqə kimi örtürsə, bu mineralı səthi hidrofil olur. Belə halda 
su dənələri bir-birindən təcrid edir. Bununla əlaqədar olaraq eyni 
şəraitdə doyma parametri bu səbəbdən kollektorların hidrofob 
müqaviməti hidrofil müqavimətindən nəzərə çarpacaq dərəcədə çox 
olur. Bunun təsdiqi şəkildəki qrafikdə göstərilmişdir(Şəkil 6). Eyni 
zamanda 
sulu-neftli 
emulsiyalarla doymuş süxurlar böyük 
müqavimətə malikdir, çünki bunun daxilində olan dispersion sular 
neftlə tam təcrid olunub, praktiki olaraq elektrik keçiriciliyində 
iştirak etmir. Kollektor süxurların elektrik müqaviməti terrigen 
çöküntülərin neftliliyinin təyinində ən vacib amillərdən biridir və 
mədən geofizikasında kütləvi üsul kimi süxurların məhsuldarlığını 
müəyyən etmək üçün çox geniş istifadə olunur. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin