Xələfli A. A


Təzyiqin süxurların elektrik keçiriciliyinə təsiri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   19   20   21   22   23   24   25   26   ...   168
geofiziki kesfiyyat usullari

 Təzyiqin süxurların elektrik keçiriciliyinə təsiri.
Yerin təbii 
elektromaqnit sahəsinin dəyişməsinin müşahidəsindən və təhlilindən 
görürük ki, elektrik müqaviməti dərinlik artdıqca dəyişməyə başlayır. 
Bu halda bir neçə 10 km dərinlikdə elektrik müqavimətinin azalması 
baş verir, nəticədə bu ən kiçik qiyməti 400-500 km dərinlikdə olan 
müqavimətin mütləq qiyməti bir neçə Om sm-ə qədər düşür. 
Aydınlaşdırmaq vacibdir ki, elektrik müqavimətinin azalması nə ilə 
əlaqədardır. Bu azalma Yerin üst mantiyasının maddi tərkibinin 
dəyişməsi ilə yoxsa təzyiq və temperaturun təsiri ilə baş verir. Ona 
görə də Yerin daxilində gedən proseslər haqda təsəvvürümüzü 
artırmaq üçün süxurların fiziki xassələri öyrənildikdə hansı dərinliyi 
modelləşdiririksə tədqiqatlar həmin termodinamik şəraitə yaxın olan 
qurğularda aparılmalıdır. Bu şəraitin öyrənilməsi təkcə böyük 
geofizikanın həll etdiyi problemlər üçün deyil, bu eyni zamanda 
kəşfiyyat geofizikası və mədən geofizikası üçün böyük maraq kəsb 
edir. Hal-hazırda dərin quyuların qazılması ilə əlaqədar olaraq 
karotac diaqramlarının kəmiyyətcə təhlili üçün çökmə süxurların 
elektrik müqavimətinin laboratoriya şəraitində təzyiq və 
temperaturdan asılılığının öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. 
Süxurların müqavimətinə təzyiqin təsirinin öyrənilməsi iki isti-
qamətdə inkişaf etdirilmişdir. Birinci istiqamət mədən geofizikasının 
downloaded from KitabYurdu.org


44 
həll etdiyi məsələlərə, ələlxüsus çökmə və kollektor süxurların 
müqaviməti ilə təzyiqi arasında asılılığı müəyyən etməkdən ibarətdir. 
Bu halda təcrübə zamanı p=1000 kq/sm
2
təzyiqin təsirilə 
kifayətlənmək 
lazımdır. 
İkinci 
istiqamət 
üçün 
süxurun 
müqavimətinin böyük təzyiq altında bir neçə və yüz atmosfer 
təzyiqdə öyrənilməsi tələb olunur. 
Xüsusi müqavimətin və məsaməlilik kəmiyyətinin ölçmələrinin 
nəticələri göstərir ki, xarici təzyiq artdıqca müqavimət və 
məsaməlilik kəmiyyəti P
n
artır 
m
md
n
ρ
ρ
P


md
-məhlulla doymuş süxurun xüsusi müqavimətidir; 

m
-
məhlulun xüsusi müqavimətidir. 
Təcrübələrin 
nəticəsi 
olaraq 
şəkildə 
nisbi 
elektrik 
müqavimətinin təzyiqdən asılılığı verilmişdir. 


verilmiş təzyiqdə 
müqavimətin qiymətinin başlanğıc müqavimətə nisbətini göstərir 
(Şəkil 11). 
Şəkil 11. 
50 atm təzyiq altında doydurulmuş qumdaşlı nümunələrin 
nisbi xüsusi müqavimətinin təzyiqdə asılılığı.1-gilli-karbonatlı sement; 2-
karbonatlı sement.
downloaded from KitabYurdu.org


45 

o
dəyişməsinin intensivliyi təkcə sementin tipindən yox, 
həm də onun miqdarından asılıdır Sementin faizlə miqdarı artdıqca 
təzyiqin artması ilə müqavimətin nisbi artması daha aydın müşahidə 
olunur. Müqavimətin nisbi artımı təzyiqin 1-200 atm hüduduna 
təsadüf edir. Müxtəlif süxurda müxtəlif miqdarda sementin olması
ilə əlaqədar olaraq 

o
nisbətinin artması qumdaşları üçün təzyiqin 
600 atm qiymətində 9-650% hüdudunda artdığı müşahidə olunur. Bu 
halda təzyiqin artması ilə müqavimətin nisbi qiymətinin və 
məsaməlilik əmsalının artması gil sisteminin müəyyən qiymətində 
müşahidə olunur. Belə güman olunur ki, təzyiqin artması sementin 
tipindən asılı olaraq bir halda müqavimətin artması və məsaməlilik 
əmsalının məsamələrin strukturunun dəyişməsi ilə, halda (gilli 
sementli) isə məsaməliliyin azalması ilə əlaqədardır. 
Çökmə komplekslərin böyük miqdarda nəmliklə doymuş 
süxurlarında müqavimətin artması təzyiqin artması ilə səciyyələnir. 
Aparılan tədqiqatlar göstərir ki, süxurun təbii şəraitdə təyin olunan 
məsaməlilik kəmiyyəti ilə laboratoriya şəraitində təyin olunan 
məsaməlilik kəmiyyəti arasında alınan qiymətlər üçün təzyiqə 
düzəliş edilməlidir. 
Qeyd etmək çox Yerinə düşərdi ki, göstərilən işlərdə ən vacib 
parametr olan temperatur nəzərə alınmalıdır. Temperatur süxurun 
müqavimətinin tam qiymətini əhəmiyyətli dərəcədə dəyişdirəcək, ola 
bilsin ki, müqavimətin təzyiqdən asılılığını gücləndirsin. Çökmə 
süxurların müqavimətinin, təzyiq və temperaturun eyni zamanda 
təsiri zamanı dəyişmə asılılığının öyrənilməsi praktiki olaraq çox 
vacibdir. İkinci istiqamət dərində əmələ gələn maqmatik süxurların 
böyük təzyiq altında öyrənilməsi keçmiş Sovetlər ölkəsində 
aparılmağa başlamışdır və indi də həmin məkanda aparılması davam 
edir. 
İkinci istiqamət maqmatik süxurların yüksək təzyiq və 
temperaturda elektrik müqavimətinin öyrənilməsidir. Bir tərəfli 
sıxılma şəraitində 

=f(p) asılılığının öyrənilməsi nümunənin 
dağılmasına lazım olan gərginliyin 50% qədər olan təzyiqdə 
aparılmalıdır. Belə təcrübələrdə nümunələrin üzləri bir-birinə dəqiq 
downloaded from KitabYurdu.org


46 
paralel olmalıdır ki, səthlərdə gərginliyin paylanması simmetrik 
olsun. Həcmi sıxılma şəraitində tədqiqatları aparmaq üçün, böyük 
təzyiq yaratmaq üçün xüsusi kameralar (cihazlar) düzəldirlər. Alınan 
nəticələr göstərir ki, böyük sıxlıqlı, az nəmlikli çökmə süxurları və 
maqmatik süxurlar üçün 1000 kq/sm
2
birtərəfli və hərtərəfli sıxılma 
zamanı elektrik müqavimətinin azalması müşahidə olunur. Bu 
azalma bütün süxurlar üçün eyni deyil. Bəzi süxurlar üçün bu 10-
20%, bəziləri üçün bir neçə faiz təşkil dir. Bütün süxurlar üçün 
nəmliyin miqdarının faizindən asılı olaraq azalması mexaniki sıxılma 
zamanı 10 dan 300 kq/sm
2
gərginliyində baş verir (Şəkil11). Böyük 
mexaniki gərginliklərdə elektrik müqavimətinin dəyişməsi çox azdır. 
Diabazaltar üçün müxtəlif dəyişməyən temperatur və birtərəfli 
sıxılma nəticəsində temperatur artdıqca elektrik keçiriciliyinin 
artması müşahidə olnur (Şəkil 12). 
Şəkil 12. 
Xüsusi müqavimətin nisbi dəyişməsinin 

/

0
, effektiv 
təzyiqdən(p) asılı olaraq təcrübi əyrisi. 1- Mədinə Qumdaşları 100% su ilə 
doymuş; 2-həmin süxur 32% qalıq su ilə doymuş; 2- Torpido qumdaşları 
100% su ilə doymuş% 4- həmin süxur 15% qalıq su ilə doymuş; 5- 
Aliminium oksidindən düzəldilmiş süni 100% su ilə doymuş nümunə. 
downloaded from KitabYurdu.org


47 
Lap böyük təzyiqlərdə 40.000 kq/sm
2
hüdudunda elektrik 
müqavimətində iki müxtəlif tip asılılığı müşahidə olunur. Bunlardan 
biri üçün elektrik müqavimətinin ardıcıl azalması, nəticəsində 
əvvəlcə elektrik müqavimətinin azalması sonra böyük təzyiqlərdə 
artması müşahidə olunur. Üzərində təcrübə aparılan nümunələrin 
şliflərində aparılan petroqrafik tədqiqatlar göstərir ki, təzyiqin 
təsirindən mineralların strukturu dəyişir. Mineral dənələrinin qırılıb 
dağılmasından deformasiya olmasından başqa bəzi mineralların 
(piroksen) dənələrində ikiləşmə prosesi baş verir və serpentləşmiş 
dunitlərin kənarları deformasiya olunur. Müəyyən olunub ki, süxurun 
məsaməliliyindəki təzyiqin su və buxarın 4000 kq/sm 
2
təzyiqlə təsir 
etməyə başladıqda müqavimət kəskin dəyişir. Hələlik böyük təzyiq 
altında dielektriklərin elektrik keçiriciliyinin həm nəzəri, həm də 
təcrübi öyrənilməsi kifayət qədər deyil. Yerin dərin qatlarında 
maddənin halı və fiziki xassələri haqda məlumat almaq üçün geniş 
məfhumda süxurları əmələ gətirən mineralların keçiriciliyi hərtərəfli 
öyrənilməlidir. Çox hallarda filiz mineralları yarımkeçiricilərdir, 
bunların nəzərə çarpacaq miqdarda olması təzyiqdən asılı olaraq 
elektrik müqavimətinin dəyişməsinə təsir edəcəkdir. Məlumdur ki, 
yarımkeçiricilərin bəzilərində təzyiqdən asılı olaraq elektrik 
müqaviməti azalır, bəzilərində isə artır. Yarımkeçiricilərdə 
müqavimətin belə dəyişməsi aktivləşmə enerjisinin müxtəlif cür 
dəyişməsinin xarakterindən və cərəyan yaradan hissəciklərin 
yürüklüyündən asılıdır. Həmin anomaliyanı dielektriklər üçün də 
söyləmək olar. Deformasyia bəzi dielektriklərdə aktivləşmə enerjisini 
artırır, bəzilərində isə azaldır. 
downloaded from KitabYurdu.org


48 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin