Xələfli A. A


IV Fəsil SÜXURLARIN FİZİKİ MEXANİKİ XASSƏLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   20   21   22   23   24   25   26   27   ...   168
geofiziki kesfiyyat usullari

IV Fəsil
SÜXURLARIN FİZİKİ MEXANİKİ XASSƏLƏRİ 
Geofizikanın, geokimyanın, geologiya elminin və dağ-mədən 
işlərinin problemlərini həll etmək üçün süxurların, xüsusilə 
silikatların laboratoriya şəraitində təcrübi olaraq öyrənilməsi böyük 
əhəmiyyət kəsb edir. Laboratoriya şəraitində təcrübədən alınan 
nəticələr çöl şəraitində alınan geofiziki, geoloji, geokimyəvi 
nəticələri təhlil etdikdə vacib məsələləri həll etməyə imkan verir ki, 
bunu birbaşa çöl şəraitində almaq mümkün deyil. Bunsuz hansı real 
süxurun və mineralın müxtəlif laylarda yerləşdiyini, hansı real cismin 
mantiyada və yerin daha dərin qatlarında hansı vəziyyətdə olduğunu 
öyrənməyə imkan verir. Laboratoriya tədqiqatları bizim planetin 
dərin qatlarında hansı proseslərin baş verdiyini dərindən başa 
düşməyə şərait yaradır. 
Hal-hazırda süxurların fiziki və mexaniki xassələrinin mineral 
tərkibdən təzyiq və temperaturun təsirindən asılı olaraq dəyişməsi 
Yer elmi sahəsində fundamental və tətbiqi məsələlərin həllində geniş 
istifadə edilir. 
Tədqiqatlar göstərir ki, Yer cismlərinin sistematik öyrənilməsi, 
çöl şəraitində aparılan tədqiqatlardan alınan nəticələri təhlil etmək 
üçün çox vacibdir. 
Yer fizikası sahəsində həll olunan problemlər yerin dərin 
qatlarının quruluşu, onun tərkibini, okean və kontinentlərin, Yer 
qabığının üst mantiysıanın inkişafı, həmçinin zəlzələlərin fizikası, 
onun mexanizmini və əvvəlcədən proqnozlaşdırılması əlamətlərinin 
öyrənilməsi ən vacibləri hesab olunur. Süxurların və mineralların 
mexaniki, elektrik maqnit, termik parametrlərin təyini bir sıra başqa 
nəticələrlə birlikdə göstərilən problemin həlli üçün çox vacibdir. Ona 
görə də süxur və mineralların kompleks şəkildə müxtəlif 
termodinamik şəraitdə öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. 
downloaded from KitabYurdu.org


49 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin