Xələfli A. A


§2. Yüksək təzyiq və temperaturda süxurların fiziki-mexa-



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   21   22   23   24   25   26   27   28   ...   168
geofiziki kesfiyyat usullari

§2. Yüksək təzyiq və temperaturda süxurların fiziki-mexa-
niki xassələrinə təsir edən amillər.
Süxurların fiziki xassəsi çox 
amillərdən asılıdır, bunlardan ən vacibi yəqin ki, onun mineral 
tərkibidir. Süxurları təşkil edən mineralların xassələri bütövlükdə 
onun (mineralın) xassələrindən asılıdır. Süxurların və mineralların 
məsaməliliyi və strukturu onların fiziki xüsusiyyətlərini dəyişdirir, 
ona görə də onlara əlavə amillər kimi baxmaq lazımdır. Süxurların 
fiziki xassələrinin əsası onun məsamələrini dolduran mayelərdir. 
Neft-qaz və su ilə məsamələri dolmuş süxurların fiziki xassələri, o 
cümlədən elastiklik parametrləri müxtəlif olur. 
Elastiklik parametrlərinə təsir edən ən mühüm faktorlardan 
süxurun əmələ gəlməsi tarixi, yaşı, metamorfikləşmə prosesini 
göstərmək olar. Bu faktorları nəzərə almadan süxurların fiziki 
xassələrinin bir çox xüsusiyyətlərini başa düşmək çətinlik törədir. 
Məlumdur ki, süxurlarda müxtəlif istiqamətlərdə fiziki para-
metrlərdə müxtəliflik müşahidə olunur. Buna anizatropiya deyilir. 
Süxurlarda anizatropiya elektrik, maqnit, istilik, mexaniki həcminin 
elastiklik parametrlərində müşahidə olunur. Süxurların fiziki xassələ-
rindəki anizatropiyanın öyrənilməsinin vacibliyi göz qabağındadır. 
Ona görə ki, bu tektonik hadisələri əks etdirməklə süxurların struktur 
dəyişməsinin göstəricisi kimi baxıla bilər, bunlar yer qabığının bu və 
ya, digər sahəsində tektonik şəraitlə əlaqədardır. 
Real süxurlarda faktorların hər birinin təsirinin ayrılıqda 
öyrənilməsi çox mürəkkəbdir. Çox hallarda bu faktorlar eyni 
zamanda təsir edir. 
 
§3. Mineral tərkibin və strukturun təsiri.
Süxurlar mineral 
tərkiblərinə, strukturasına görə iki dəstəyə ayrılırlar. Bunların fiziki 
xassələrinin müqayisəsi dəstələrin içində və öz aralarında müqayisə 
olunur. 
Çökmə süxurlarda süxur əmələ gətirən minerallar kvars və 
karbonatlardan ibarətdir. Bunlar yüksək statikliyə malikdir. Bunlarla 
yanaşı, çox hallarda gilli maddələrdə olur, bunlarda çökmə süxurun 
elastiklik xüsusiyyətini azaldır. Bu tip süxurlarda məsaməlilik elas-
downloaded from KitabYurdu.org


50 
tiklik xassəsini daha güclü azaldır ki, bu da bu tip süxurların hamı-
sına aiddir. Az məsaməli qum daşları və əhəng daşları tərkibində 
böyük miqdarda aşqara malik olmadığından, çox hallarda özlərini 
monomineral kimi aparırlar. Bu süxurların elastiklik parametrləri də 
yüksək qiymətə mlik olur (şəkil 13). Şəkildən görünür ki, belə əhəng 
daşlarında və qum daşlarında uzununa dalğaların sürəti 4kbar 
təzyiqdə 6,5 km/sanyə çatır, kvars və karbonatlardakı uzununa 
dalğaların sürətinin orta qiymətinə yaxınlaşır. Bu halda karbonat 
sementli qum daşları başqalarına nisbə- 
Şəkil 13
. Xəzər ətrafı qum daşları nümunələrində uzununa dalğanın 
sürətinin təzyiqdən asıllığı.(Volaroviç və Balakişibəyliyə görə)
tən daha böyük sürətə malik olur. V=f(p) qrafiki az məsaməli əhəng 
daşları və qum daşları üçün şəkildə verilmişdir.
Maqmatik və metamorfik süxurları az məsaməliliyə malik 
olduqları üçün bu süxurlar əsasən mineral tərkiblə səciyyələnir. Artıq 
çoxdan məlumdur ki, maqmatik süxurlarda elastiki dalğaların sürəti 
əsasi süxurlarda daha böyük olur (şəkil 14). Şəkildə uzununa 
dalğaların sürətinin təzyiqdən asılılığı göstərir ki, üç tip intruziv 
ultraəsasi, əsasi, turş süxurlarda sürət qanunauyğun olaraq müəyyən 
oblastlarda yerləşir.
downloaded from KitabYurdu.org


51 
Mineral tərkibin elastik dalğaların sürətinə təsirini süxur iki üç 
komponentdən ibarət olduqda asanlıqla müşayiət edə bilərik. 
Süxur əmələ gətirən mineralların təzyiq altında elastiklik 
Şəkil 14. 
Uzununa dalğaların sürətinin təzyiqdən asılılığı. 1-qranit 
262; 2-qabro-diorit 38; 3-olvinli piroksenit 469. 
xüsusiyyətləri haqda məlumat əldə olunduqdan sonra
süxurların elastiklik parametrlərinin hesablanması mümkün oldu. 
Müxtəlif mineralların orta sıxlığını və uzununa dalğaların sürətini 
bilərək süxurların uyğun xüsusiyyətlərini hesablamaq olar, əgər 
süxurun mineral tərkibinin miqdarı məlumdursa, ilk yaxınlaşmada 
bunu aşağıdakı kimi etmək olar. Tutaq ki, x
i
süxurun bu və ya min-
eral tərkibinin nisbətidir, 

i
isə onların sıxlığıdır. 

i
onlarda uzununa 
dalğaların sürətidir. Onda süxurun sıxlığını aşağıdakı formula ilə 
ifadə etmək olar. 


x

Sürəti ifadə etmək üçün tutaq ki, i-ci mineral süxurda uzununa 
dalğaların getdiyi yol onun həcmi ilə mütənasibdir. Lx burada L 
nümunənin uzunluğudur, dalğanın keçməsinə sərf olunan zaman Lx
-
downloaded from KitabYurdu.org


52 
i
/V
i
. Onda L/v=

x
i
/ v
i
. Beləliklə, hesablanan sıxlıq və uzununa 
dalğaların sürəti bəzi süxurlarda təcrübədən alınan qiymətlərlə 
müqayisə olunmuşdur. Təcrübələr göstərdi ki, hesablanılan sürət və 
sıxlıq təcrübi qiymətlərdən bir qədər çoxdur. Bunun belə olmasının 
məsaməliliklə əlaqədar olması güman olunur. Atmosfer təzyiqində 
sürətin təcrübədən alınan qiyməti hesablanılandan azdır, yüksək 
təzyiqlərdə isə əksinə təcrübi qiymət hesablanılandan çoxdur. 
Kiçik məsaməli süxurlarda sürətin hesablanılan və ölçülən qiy-
mətləri arasında fərq çox azdır, yüksək təzyiqlərdə bu fərq daha kiçik 
olur. Süxurlarda uzununa dalğaların və parametrlərini hesabladıqda 
süxurun mineral tərkibi faizlə dəqiq məlum olmalıdır. Ancaq bu da 
eksperimentdən alınan nəticələri əvəz edə bilməz, çünki hesablama-
larda süxurun tərkibindəki mineral dənələrin istiqaməti və dənələr 
arasındakı əlaqə nəzərə alınmayıb, bu da əhəmiyyətli dərəcədə rol 
oynaya bilər. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin