Xələfli A. A


§12. Süxurların dağılmasından qabaq kompleks fiziki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   29   30   31   32   33   34   35   36   ...   168
geofiziki kesfiyyat usullari

 
§12. Süxurların dağılmasından qabaq kompleks fiziki 
parametrlərin 
dəyişməsi.
Süxurların 
müxtəlif 
fiziki 
xüsusiyyətlərinin dağılma ərəfəsi zamanı öyrənilməsi, dağılma 
mexanizmini öyrənmək üçün dolayı üsuldur. Bu təcrübələr imkan 
verir ki, dəyişən fiziki kəmiyyətlərdən hansı təzyiqin təsiri zamanı 
nümunənin dağılma prosesini əvvəlcədən müəyyən etməyə imkan 
verə bilər. İndi biz kompleks kəmiyyətlərin təzyiqin təsirindən 
özünü necə aparmasına baxaq. Eyni zamanda çox maraqlıdır ki, 
nümunənin dağılma prosesindən əvvəl ölçülən fiziki kəmiyyətlər 
özlərini anomal aparırlar. Nümunələrin tədqiqi onların həmin 
dərinlikdə yerləşdiyi şəraitə yaxın təzyiq altında aparılmışdır. 
downloaded from KitabYurdu.org


68 
Nümunəni sıxan qüvvənin sürətinin azalması ilə süxurun fiziki 
xüsusiyyətlərinin dəyişməsinə baxaq. Uzununa dalğaların maksimum 
qiyməti v
1
nümunəni sıxmaq üçün yaradılan qüvvələr arasındakı vaxt 
artdıqca artmağa başlayır. Bunu qüvvənin artırılma vaxtının artması 
ehtimal olunur və süxurda olan kiçik çatlar bağlanmağa imkan tapır. 
Bu 23-ci şəkildə əyani surətdə görünür. 
Şəkil 
23
. 1,45 kbar, hərtərəfli təzyiq altında qabro nümunələrində 
gərginliyin və uzunna dalğaların sürətinin zamandan asılı dəyişməsi. 
Buradan görünür ki, süxurun dağılmasından qabaq fiziki 
parametrlərin dəyişməsi sıxan qüvvənin artma sürəti ilə düz 
mütənasibdir. Təbii olaraq üç fiziki kəmiyyəti süxurun dağılmağa 
başlamamışdan qabaq özünü aparmasına üstünlük vermək olar: 
elektrik, deformasiya və uzununa dalğaların sürətinin dəyişməsi: 
süxurun deformasiyası onun elektrik müqavimətindən daha stabil 
kəmiyyətdir. Elektrik müqaviməti kənar təsirlərdən daha çox 
dəyişməyə məruz qala bilər, bunun dağılma ilə əlaqəsi olmaya da 
bilər. Burada seysmoakustik impulsun paylanma şəkli bu təcrübədə 
keyfiyyətcə baxılır, elastiki təkanların intensivliyinin kəskin artması 
nümunənin bütövlüyünün pozulmasının (dağılmanın yaxınlaşması) 
yaxınlaşması əlamətidir. Dağılmadan qabaq şaquli birtərəfli sıxan 
qüvvə elə bil ki, dəyişməz qalır (bu güclü miqdarda çatların əmələ 
gəlməsi ilə əlaqədardır, bu proses magistral qatın əmələ gəlməsi 
prosesinə qədər davam edir. 
downloaded from KitabYurdu.org


69 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin