downloaded from KitabYurdu.org
71
V Fəsil
GEOFİZİKİ TƏDQİQAT ÜSULLARI HAQQINDA ÜMUMİ
MƏLUMAT
§14. Geofizikanın fiziki əsasları və inkişaf tarixi
Geofizika Yer qabığının bərk və maye qatlarında baş verən fiziki
prosesləri və bununla bağlı olan hadisələri öyrənən bir elmdir.
Geofiziki tədqiqatlardan alıian nəticələr, demək olar ki, birbaşa
geologiyada istifadə olunur, Yerin dərin qatlarının və daxili
quruluşunun öyrənilməsində yeganə məlumat mənbəyidir ki, Yerin
dərin qatlarına girmədən oranı tədqiq etməyə imkan verir.
Geofiziki kəşfiyyat üsulları Yerin süni və təbii fiziki sahələrinin
öyrənilməsinə əsaslanmışdır. Yerin fiziki sahəyə malik olması
insasanlara hələ çox qədim zamanlardan məlum idi, ançaq bu
sahələrdən istifadə edərək Yerin daxili qatlarının quruluşunun
öyrənilməsinə və faydalı qazıntıların axtarışına XVII əsrdə
başlamışlar.
Əməli
cəhətdən
geofizika
üsulunun
geoloji
məsələlərinin həllində istifadə olunmasına XIX əsrin sonları XX
əsrin əvvəllərində əldə olunan külli mişarda tədqiqatların
nəticələrinin toplanmasından sonra başlanmışdır. Həmin dövrdə həm
elmi, həm də iştisadi cəhətdən ilkin şərtlər artıq bu üsulun işlənib
hazırlanmasına tam təminat verirdi. Geofiziki kəşfiyyat yerdə
öyrənilən fiziki sahələrin müxtəlifliyinə görə bir neçə üsullara
bölünmüşdür:-Maqnit, Qravi, Elektrik, Seysmik və Radioaktiv
elementlərin kəşfiyyatları daxildir. Vaxt keçdikcə bu üsullar geniş
inkişaf etməyə və şaxələnməyə başlanmışdır.
Maqnit kəşfiyyatının köməyi ilə süxurların və dəmir filizinin
yaratdığı maqnit sahəsinin müxtəlifliyi öyrənilir. Qravimetrik
kəşfiyyat süxurlarının sıxlığına əsaslanaraq Yerin müxtəlif
nöqtələrində cismin sərbəstduşmə təcilinin qiymətinə təsiri öyrənilirr.
Elektrik kəşfiyyatı süxurlardan elektrik cərəyanı keçdikdə onda
baş verən prosesləri öyrənir. Seysmik kəşfiyyat üsulu süxurlarda
elastik dalğaların yayılmasını tədqiq edir. Radioaktiv kəşfiyyat üsulu
süxurlarda süni və təbii radioaktivliyi təyin etməklə məşğul olur.
downloaded from KitabYurdu.org
72
Dərin quyuların və quyuətrafı sahələrin tədqiqi ilə məşğul olan
geofiziki üsula quyu geofizikası deyilir.
Geofiziki üsullar müxtəlif şəraitlərdə istifadə olunur: Yer
səthində, havada, kosmosda, dənizdə dərin şaxtalarda və müxtəlif
dağ- mədən işləri aparılan ərazidə. Geoloji məsələlərin daha səmərəli
həlli üçün kompləks geofiziki üsullardan istifadə olunur. Geofiziki
kəşfiyyat üsulu ilə aşkar edilən fiziki sahəni yoxlamaq üçün
geokimyəvi və geoloji üsullar sıx əlaqədə aparılmalıdır.
İlk geofiziki metod maqnit kəşfiyyatı üsuludur. Bu üsuldan ilk dəfə
XVII əsrin ikinci yarısında İsveçdə istifadə olunmuşdur.
Rusyada maqnit kəşfiyyat işləri keçən əsrin sonlarından başlayıb. İlk
tədqiqat Uralda D.İ.Mendeleyev tərəfindən aparılıb (1899 il), Kursk
quberniyasında N.D.Pilçikov (1888) və Ya.Leystov tərəfindən (1894,
1896-1914 illərdə), Uralda və Sibirdə V.İ. Bauman tərəfindən (1914-
1918 illər) aparılmışdır.
SSRİ-də maqnit axtarışları üsulunun inkişafında V.İ.Bauman və
digərləri böyük rol oynamışlar. Bauman dağ mədən institutunun
professoru vəzifəsində çalışdığı dövrdə bu üsulun nəzəriyyəsini və
çöl işlərinin metodikasını işləyib hazırlamışdır.
SSRİ-də geofiziki üsulla dəmir filizi axtarışı işinə 1919-cu ildən
başlamışlar. 20-çi əsrin əvvəllərindən başlayaraq maqnit axtarışları
üsulu nəinki dəmir filizi axtarışında, eyni zamanda geoloji
məsələlərin həllində geniş istifadə olunmağa başlanmışdır.
Dunyada ilk dəfə olaraq təyarə ilə maqnit axtarışı aparmaq üçün
cihazlar SSRİ-də yaradılmışdır. Bu cihazın müəllifi Leninqrad Dağ
mədən institutunun professoru A.A.Loqaçov olmuşdur. Hal-hazırda
keçmiş Sovetlər ölkəsinin ərazisi Aeromaqnit kəşfiyyatın nəticələri
ilə tam örtülmüşdur. Miqyası isə 1:1000 000 və 1:200.000 idi. Hal-
hazırda tədqiqat işləri 1:5000 1:25000 miqyasında aparılır.
Qravi kəşfiyyat üsulu ilə geoloji məsələlərin həlli XX əsrin
əvvəllərində macar alimi R.Etvişin icad etdiyi qravimetrik
variometrin kəşfindən sonra başlanmışdır. Məhsuldar iş qabiliyyətinə
malik olan cihazlar—qravimetrlər 1930-cu ildə Amerika və İsveçdə
istehsal olunmağa başlamışdır.
downloaded from KitabYurdu.org
73
Keçmiş Sovetlər ölkəsində qravimetrlərin hazırlanmasında aşağıdakı
alimlər
iştirak
etmişlər:
S.A.Poddubnı,
M.S.Molodenski,
K.Ə.Veselov, A.M.Lozinskaya və başqaları.
Qravikəşfiyyatın nəzəriyyəsinin işlənib hazırlanmasında B.A. Andre-
yevin, Q.A.Həmbursevin, Q.M.Nikifirovun və başqalarının əməyi
çox olmuşdur.
İlk dəfə elektrik cərəyanından faydalı qazıntıların axtarışında
istifadə olunması keçən əsrin ortalarından başlamışdır. 1929-cu ildə
ingilis alimi A. Foke ilk dəfə olaraq mis filizi yatağı üzərində təbii
elektrik sahəsinin mövcud olduğunu müşahidə etmişdir. 1912-ci ildə
fransız alimi. K.Şlyumberc sabit cərəyan elektrik axtarışı üsulunu
işləyib hazırladı. İsveç alimləri N.Zundberq və K.Zundberq təklif
etdilər ki, elektrik kəşfiyyatında dəyişən cərəyandan da istifadə
etmək olar.
Keçmiş Sovetlər ölkəsində elektrik kəşfiyyat üsulunun yaradıcısı
Leninqrad Dağ mədən institutunun professoru A.A.Petrovski olmuş-
dur. Elektrik axtarışları üsulunun inkişafında L.İ.Alpin, A.Y.Boq-
danov, V.N.Daxnov, A.İ.Zabrovski, Ə.N.Kalenov, A. M. Pılayev, A.
S. Semenov böyük əmək sərf ətmişlər. Axır vaxtlar elektrik kəşfiyyat
üsulu nəinki filiz və qeyri filiz yataqlarını, eyni zamanda neft və qaz
yataqlarının axtarışında geniş istifadə olunur.
Seysmik kəşfiyyat üsulu 1930-cu illərdə keçmiş Sovetlər ölkəsində
geniş istifadə olunmağa başlamışdır. Bu sahədə cihazların
hazırlanmasında, nəzəriyenin işlənib tamamlanmasında akademik B.
B. Qolitsinin böyük əməyi olmuşdur. O, 1912-1916 illər ərzində
mexaniki rəqsləri elektrik rəqslərinə çevirən seysmoqrafları ixtira
etmişdir.
Seysmik kəşfiyyat üsulunun inkişafında və seysmik kəşfiyyat
məktəbinin yaranmasında Q.A.Hambursevin böyük rolu olmuşdur.
Təbii radioaktivlik üsulu ilk dəfə fransız fiziki A. Bekkerl
tərəfindən 1896-cı ildə kəşf edilmişdir. Bu xassədən istifadə edərək
radioaktiv elementlərin axtarışı XX əsrin 30-cu illərinin sonlarından
başlanmışdır.
downloaded from KitabYurdu.org
74
Quyu geofiziki kəşfiyyatı demək olar ki, yerüstü geofiziki
kəşfiyyat üsulu ilə paralel olaraq XX əsrin 20-ci illərinin sonundan
inkişaf etməyə başlamışdır.
Quyu geofiziki kəşfiyyat üsulunun yaranmasında keçmiş sovet
alimlərinin, V. N. Daxnovun, S. Q. Komarovun, V. A. Şpak və bir
çox başqalarının rolu böyük olmuşdur.
Kəşfiyyat geofizikasında iki əsas məsələnin riyazi əsasları işlənib
hazırlanmışdır:
1. Əvvəlcədən fiziki parametrləri və yerləşdiyi yeri məlum olan
geoloji obyekti üzərində fiziki sahənin təyini (Buna geofizikanın düz
məsələsi deyilir).
2. Geoloji hədəfin üzərində fiziki sahənin parametrlərini təyin
etməklə həmin obyektin ölçüləri və yer səthindən ona qədər olan
məsafənin təyin edilməsidir (Buna geofizikanın tərs məsələsi
deyilir).
Geofiziki üsulların gənc olmasına baxmayaraq böyük məhsul-
darlığı və istənilən dərinliklərdə istifadə olunması və faydalı qazıntı-
ların axtarışında geniş istifadə olunur və böyük surətlə inkişaf edir.
Hal-hazırda geofizika elmi yer səthinin geoloji xəritəyə alınmasında,
faydalı qazıntıların axtarışında, hidrogeoloji və dağ-mühəndis geoloji
məsələlərin həllində geniş istifadə olunur və onun ayrılmaz
hissəsidir.
Dostları ilə paylaş: |