Xələfli A. A


Nüvə qamma-rezonans üsulu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə143/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   139   140   141   142   143   144   145   146   ...   168
geofiziki kesfiyyat usullari

Nüvə qamma-rezonans üsulu.
Bn başlıca olaraq nümunədə qalay 
oksidini təyin etmək üçün istifadə edilir. Ölçmələr MAK-1 cihazı ilə 
həyata keçirilir, şualanma mənbəyi olaraq 
119
Sn istifadə olunur. Bu 
pyezoelektrik silkələyici cihaza bərkidilir. Hərəkətsiz və rəqsi 
hərəkətdə olan mənbədə qısa müddətli ölçmələrin (1dəq) köməyi ilə 
hesablamanın (saymanın) sürətini təyin edərək qamma-rezonans 
effektinin qiymətini təyin edirlər. 
Qamm-elektron üsulu. Nümunələrin tərkibində qurğuşunin, 
volframın, sürmənin, kadminin, molibdenin miqdarını təyin etmək 
üçün istifadə olunur. Ölçmələri ionlaşma kamerası ilə aparırlar, 
kamera sabit cərəyan gücləndiricisi və əqrəbli mikroampermetrlə 
təchiz olunub. Tədqiq olunan elementin zənginliyini müqayisə yolu 
ilə təyin edirlər. Bunun üçün əvvəlcə nümunədə ionlaşma cərəyanı 
müəyyən olunur, sonra isə etalonda ionlaşma cərəyanı tapılır və 
müqayisə olunaraq zənginlik tapılır. 
Neytron-neytron üsulu. əsas bor və başqa istilik neytronlarını 
böyük zəbtetmə en kəsikli elementləri təyin etmək üçün istifadə 
olunur. Çox hallarda LBM-2 barometrlərindən istifadə olunur
ölçmənin hüdudu 15-18 %, həssaslığı 0,5 % B olur. 
 
 
 
 
 
 
 
ALTINCI HİSSƏ 
 QUYULARIN GEOFİZİKİ ÜSULLARLA TƏDQİQİ 
downloaded from KitabYurdu.org


301 
Geoloji kəşfiyyat işlərində silindr formalı nümunəsiz qazma 
işləri aparılır (axırıncı quyuların istismara verildiyi zaman görülür). 
Hər iki qazma zamanı süxur tam olaraq sürtülüb yeyilir, süxurun 
tərkibi, qurululşu haqda bir məlumat almaq mümkün olmur. 
Geofiziki işləri tətbiq etməklə süxurların fiziki xassəsi öyrənilir və 
quyunun geoloji sənədləri hazırlanır Bu, quyularda müxtəlif fiziki 
sahələri öyrənməklə mümkün olur. Bu halda Yer səthində olduğu 
kimi bütün fiziki sahələr və üsullardan istifadə olunur. Quyulara 
müşahidənin nəticələrinə quyunun diametri, quyunun əyilməsi, 
quyunu dolduran qazma məhlulların, suların duzlaşması və bir çox 
amillər təsir edir. Bu şərtlər Yerin səthində aparılan geofiziki 
müşahidələr arasında əhəmiyyətli fərq yaradır. Buna görə də quyuda 
aparılan geofiziki müşahidələr ayrılaraq sərbəst sahə yaradır ki, 
bunlara quyuları geofiziki öyrənən üsul adı verilib. Bəzən bunlara 
mədən geofizikası deyilir (neft və qaz yataqlarının axtarışı yaxud 
karataj adlandırılır). 
Quyularda aparılan bütün ölçmələr ya maşına ya da hərəkət edən 
vasitələrdə yerləşdirilən karataj stansiyalarında aparılır. Qarataj 
stansiyalarının tərkibinə aşağıdakılar daxildir: quyu ölçmə aləti, yerüstü 
idarəetmə mərkəzi və qeydetmə. Xüsusi naqil vasitəsi ilə idarəetmə 
mərkəzi ölçmə aləti ilə birləşdirilir. Müasir avtomat karataj
stansiyalarında bir neçə dəst quyu ölçmə və idarəetmə mərkəzi var ki, bu, 
müxtəlif üsulları ayrılıqda, yaxud hamısından birlikdə istifadə etməyə 
geniş imkan verir. 
Ölçmələrin nəticələri oxşar formada karataj diaqramı kağız lent-
də, foto lentdə, yaxud ədədi kodlarla yazılır ya əllə, ya da maşınla 
hesablanılır. Çox dərin olmayan quyuları bir məqsədli əldə gəzdirilən 
cihazlarla öyrənirlər. Quyuların fiziki üsulla öyrənilməsi böyük 
əhəmiyyət kəsb edir. Qarataj quruluş geologiyasında filiz və qeyri-
filiz yataqların axtarışında və mühəndis hidrogeologiya 
tədqiqatlarında istifadə olunur. Quyuların kəsilişini öyrəndikdə 
elektrik, nüvə fizikası, termometrik, seysmoakustik, maqnit, 
qravimetrik, eyni zamanda geokimyəvi və geoloji üsullardan istifadə 
downloaded from KitabYurdu.org


302 
edirlər. Geofiziki tədqiqat eyni zamanda həm quyu ətrafı, həm də 
quyulararası məkanda aparılır.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin