İnduktiv karataj üsulu
. Bu növ karataj generatorla süxurlara və
filizlərə verilən ilkin elektromaqnit sahəsinin hesabına burulğanlı
induksiya cərəyanı yaradır və bu cərəyan da öz növbəsində iinduktiv
elektromaqnit sahəsi yaradır. Bu da induksiya karatajın əsasını təşkil
edir. İkinci yaranan maqnit sahəsi quyuda hərəkət edən qəbul edici
makaralarla qeyd olunur. Bu isə süxurun elektrik keçiriciliyindən
asılıdır. İnduksiya karataj üsulu ilə tədqiqatın radiusu (dairəsi)
generatorla makara arasındakı məsafə ilə müqayisə oluna bilər.
downloaded from KitabYurdu.org
308
İnduktiv karatajın başqa üsullardan üstün cəhəti ondan ibarətdir
ki, ölçmələr həm quruda, həm də yüksək müqavimətli məhlul
doldurulmuş quyularda aparıla bilər. Çatışmayan cəhəti isə kiçik
dəqiqliyə malik olmasıdır. Buna görə də, bu üsuldan mürəkkəb
çökmə süxurları öyrənmək üçün istifadə edirlər.
XXVII Fəsil
NÜVƏ FİZİKASI ÜSULU İLƏ QUYULARIN TƏDQİQİ
Nüvə geofiziki tədqiqat üsulu quyu kəsilişində süxurların
şüaları buraxmasına, yaxud da neytron selinin qəbul olunmasına,
quyunun divarlarını
kvant və neytronlarla şüalandırdıqda ionlaşma
şüalanmasını qeyd etməyə əsaslanıb.
Radioaktiv karataj süxurlarda eyni zamanda həm təbii, həm də
ikinci süni radioaktivliyi öyrənmək üçün aparılır. Bu proses süxur-
ların xarici mənbədən
şüaları, yaxud neytronlarla şüalanması hesab-
ına olur, eyni zamanda süxurlar tərəfindən şüaların udulması,
yavaşıdılması və süxurda səpilməsi hadisələrini öyrənmək üçün
istifadə olunur.
Radioaktiv karatajın əsas üsulu qamma karatajdır, bu süxurlarda
təbii qamma şüalarını öyrənmək üçün istifadə olunur; qamma-qam-
ma karataj və neytron karataj mənbəyi süxurlar ilə qarşılıqlı təsir
effektinə əsaslanıb.
Qarşılıqlı təsirin nəticəsi səpilmə, eyni zamanda neytron və
qamma şüalarının udulmasıdır. Cavab reaksiyasının bir qiymətli
olmasından istifadə edərək bu üsulun bir neçə modifikasiyası
yaradılmışdır: neytron qamma karataj, neytron-neytron- qamma kara-
taj, retngenradiometrik karataj və s.
Radioaktiv karataj üsulu vasitəsi ilə kənarları möhkəmlənmiş və
möhkəmlənməmiş, quru yaxud qazma məhlulu ilə doldurulmuş
quyular təşkil edən süxurların mineral və kimyəvi tərkibini təyin et-
mək üçün istifadə olunur. Üsulun çatışmayan cəhəti ondan ibarətdir
ki, tədqiqatın radiusu kiçikdir və şüalanma mənbəyi yaxınlığında
işləmək təhlükəlidir.
Radioaktiv karataj elektrik karatajı kimi geniş istifadə olunmağa
başlanmışdır.
downloaded from KitabYurdu.org
|