312
quyunun divarlarında yerləşdirilmiş qəbuledicilərlə qeyd olunur.
Eyni zamanda dalğanın həmin məntəqələrə gəlib çatma vaxtı
təyin
olunur (§
68 bax). Akustik karatajda rəqslərin həyəcanlanması
zamanı 10-100 kQh tezlikli maqnitostriksiya şüalanmasının baş
verməsi fərz olunur və həmin siqnalları yerlərdə ryezoelektrik
seysmik qəbuledicilərlə qeyd edirlər. Süalandırıcılar və qəbuledicilər
akustik izolyatorlarla aralanırlar. İşlər quyuya salınan
akustik
zondların köməyi ilə Yerin səthindəki cihazlarla idarə olunur.
Zondun əsas tipləri: iki elementli və üç elementli zondlar. İki
elementli
zond
şüalandırıcıdan
və
detektordan
(seysmik
qəbuledicidən) ibarətdir və quyuların sementlənməsinə nəzarət etmək
üçün istifadə olunur. Üç elementli zond bir şüalandırıcıdan və iki
qəbuledicidən
ibarətdir, qəbuledicilər şüalandırıcılarla bir tərəfdə
yerləşdirilir. Birinci və ikinci qəbuledicilərə gəlib çatan dalğaların
vaxtı qeyd olunur. Qəbuledicilər şüalanma mərkəzindən 50-100 sm
məsafədə yerləşdirilir, bunun köməyi ilə uzununa dalğaların V
p
sürəti
təyin olunur və zondun yaxınlığında yerləşən
süxur haqda məlumat
alınır. Üsul ikinci bir parametri də təyin etməyə imkan verir, bu da
quyu ilə üstü açılan süxurlarda sönən elastik dalğanın intensivliyinin
təyinindən ibarətdir. Sönmənin qiymətinə süxurların gilliyi, çatlığı,
məsaməliliyi və məsamələrin məhlulla dolması ən çox təsir edir.
Akustik karatajdan quyuda
geoloji kəsilişləri öyrənmək,
kollektor layları ayırmaq, layların məsaməliliyini öyrənmək, kömür
laylarını ayırmaq üçün istifadə olunur. Akustik karatajından
həmçinin seyismik axtarış işlərinin nəticələrini və süxurların
sıxlığını təyin etmək üçün istifadə olunur.
Dostları ilə paylaş: