316
Sünii istilik sahəsi üsulu.
Quyuida sabitləşməmiş temperatur
şəraitinin öyrənilməsinə əsaslanıb. Belə hal quyuda qazma
məhlulunun dövriyyəsi kəsilən kimi baş verir. Çünki quyunu əhatə
edən süxurlar müxtəlif temperatur
keçiriciliyinə malikdir, digər
tərəfdən məhlul ətraf mühitin temperaturunu eyni sürətlə qəbul etmək
qabiliyyətinə
Şəkil
98.
Geotermik qradiyentin quyuda dəyişmə qrafiki və termo-
qramma ilə müqayisəsi: 1-qum; 2-qum daşlı; 3-gilli qum daşlı; 4-qum daşlı
gil; 5-gil; 6-argilit; 7-əhəng daşı; 8-təbaşir.
malik deyil. Bu məhlulun termoqramması ilə qeyd olunur. Əgər
məhlulun temperaturu layın təbii temperaturundan aşağıdırsa, qum
daşlı layda gilli laya nisbətən temperatur
daha tez və kəskin
yüksələcək, ona görə ki, qum gilə nisbətən böyük istilik keçirmə
qabiliyyətinə malikdir. Temperatur əyrisinə görə layların hansının
yaxşı istilik keçiriciliyinə malik olduğu aşkar edilir.
downloaded from KitabYurdu.org
317
Quyularda temperaturu təyin etmək üçün quyuya elektrik
müqavimətli termometrlər salınır, ölçmə aparılır. Termometrin işləmə
prinsipi; metal naqilin ətraf mühitin temperaturu
dəyişdikdə bunun da
müqavimətinin dəyişməsinə əsaslanıb. Termometriyada qradiyent və
anomaliya termometrlərindən istifadə olunur. Qradiyent termometrin
köməyilə iki nöqtə arasında temperaturlar fərqini ölçürlər. Bu nöqtələr
həmişə bir-birindən eyni məsafədə 1,5-3
m məsafədə yerləşirlər,
anomaliya termometrindən verilmiş dərinlikdə temperaturun orta qiy-
mətindən kənara çıxmalar qeyd etməkdən ötröüi itidə olunur. Quyularda
temperaturu, termometri quyuya salanda ölçürər ki, hərəkət zamanı
məhlulun qarışma prosesi baş verdikdə ölçmənin diqliyi azalmasın.
Dostları ilə paylaş: