§ 115. Orta miqyaslı geoloji xəritəalma Geofiziki işlərdə, orta miqyasl xəritəalmada adətən əvvəlcə
geoloji xəritəalma aparılır.Qarşısında qoyduğu məsələyə görə bu
kicik miqyaslı, məhəlli xəritəalma ilə çox yaxındır, ona görə də bunu
çox hallarda məhəlli xəritəalma ilə bir mərhələdə aparırlar.
Orta miqyaslı xəritəalmada kompleks geofiziki işlər görülür.
Buraya daxildir; aeromaqnit planalma, qravi kəşfiyyat, elektrik
kəşfiyyatı seyismik kəşfiyyat. İşlər 1:200.000 miqyasında yaxud
1:100 000 miqyasında aparılır.
Platforma ərazisində qeofiziki nəticələr bünövrənin səthinin
relyefini tərkibini, quruluşunu və çökmə örtüyünü öyrənmək üçün
istifadə edilir.
Kənar cökəkliklərdə geofiziki tədqiqatlar, əsasən, çökmə örtüyün
tərkibini, quruluşunu öyrənmək ücün istitfadə olunur. Belə halda
çökəkliyin sərhəd zonasında çökmə qatının yatım bucağı kəskin
dəyişir, müxtəlif yaşlı süxurlar burada uyğun olmayaraq yerləşir,
bunu təyin etmək üçün maqnit və qravi kəşfiyyat əsas rol oynayır.
Çökəkliyin mərkəzi hissəsində elektrik və seysmik kəşfiyyatlarla
keyfiyyətli tədqiqatlar ayrı-ayrı profillərlə və kəsilişlərlə aparıla
bilər.
Dağarası cökəklikləri və cala-çuxur əraziləri platforma ərazi-
sində ayrılan eyni kompleks geofiziki üsullarla öyrənirlər.
Qırışıqlıq ərazilərdə ana süxurlar üzə cıxır, yaxud cox da qalın
olmayan cökmə süxurları ilə örtülür. Burada əsasən tədqiqat işləri
maqnit yaxud qravi kəşfiyyat üsulları ilə aparılır. Seysmik və
elektrik kəşfiyyatını istinad profillərində və açıq sahələrdə kömür və
neftin varlığı güman olunan sahələrdə aparırlar. Orta miqyaslı
xəritəalmada geofiziki tədqiqatların nəticələri özünü fiziki sahələrin
xəritəsindəki kimi əks etdirir. Xəritə 1:200 000 miqyasında qurulur.
downloaded from KitabYurdu.org