338
sındıran səthə çevrilir və seysmik profilləmə zamanı uzununa baş
dalğaların gəlmə müddətinin dəyişməsinə səbəb olur.
Qruit sularının səviyyəsinin təyini süxurun catlılığı və karst
zonalarının olması ilə çox əlaqədardır və geoloji-mühəndis şəraitini
öyrənməkdə
böyük əhəmiyyət kəsb edir, çünki yaşayış və sənaye
binalarının tikintisində və bu obyektləri su ilə təmin etmək ücün
axtarış işlərinin aparılmasında mühüm Yer tutur.
Geoloji-mühəndis axtarışlarında sürüşmələrin öyrənilməsi,
xüsusilə
uzunmüddətli aparılır ki, sürüşmənin baş verməsinin səbəblərinin və
dinamikasının öyrənilməsinə kömək etsin. Bunu öyrənmək üçün
elektrik kəşfiyyatından, yüksək dəqiqlikli maqnit və mikroseysmik
üsuldan istifadə olunur.
Süxurların fiziki-mexaniki xassələrinin geofiziki üsulla
öyrənilməsi bu işlərə sərf olunan xərcin azalmasına
və əmək
məhsuldarlığının artmasına səbəb olur. Ən vacib və birinci məsələ
geoloji-mühəndis axtarışlarında öyrənilən sahələrin sıxlığının
öyrənilməsindən ibarətdir. Bu işləri qravimetrik və nüvə-geofiziki
üsullarla (qamma-qamma planalma) aparılır. Bu axtarışlar Yer
səthində quyularda, mədənlərdə şaxtalarda aparılır. Qeofiziki
üsulları kompleks şəkildə istifadə etməklə, seysmik, seysmoakustik,
ultrasəs ölçmələri ilə süxurların dinamik
elastiklik xassələrini
öyrənməklə, müqayisə yolu ilə statik parametrlərə keçmək
mümkündür.
Hidrogeoloji və geoloji-mühəndis axtarışlarında qeofizika
üsulundan istifadə olunması hər gün genişlənir. Tədqiqatın qarşısında
duran məsələlər genişlənir və geofizika elminin özünün inkişaf
prosesi baş verir. Bunların hamısı
tələb edir ki, ümumi geofizika və
xüsusi geoloji-mühəndis ədəbiyyatları ilə müntəzəm şəkildə tanış
olmaq və onlardan istifadə etmək olduqca vacibdir.
Dostları ilə paylaş: