341
Anomal maqnit sahənin nəticələrinin təhlili
maqnitə həssas süxur-
ların paylanmasını qiymətləndirməyə imkan verir, anomal
potensial sahənin materiallarının təhlili partlayış
seysmologiyasının dəlilləri ilə kompleksdə dərin parçalanma
zonalarını ayırmağa imkan verir. Termometriyanın nəticələrinin
təhlili maqnit kəşfiyyatının dəlilləri ilə birlikdə Yer qabığının
maddələrinin vəziyyətinin qiymətləndirilməsində və Kürü
nöqtəsinə uyğun səthlərin paylanmasının
öyrənilməsində böyük
əhəmiyyət kəsb edir.
Yer qabığının və üst mantiyanın quruluşu və orada gedən
proseslər Yer qabığının üst hissəsinin
quruluşuna müəyyən təsir
edir, burada faydalı qazıntıların əsas hissəsi cəmlənir.
Tədqiqatçılar geofiziki dəlilləri ümumiləşdirib təhlil edərək Yer
qabığında və üst mantiyada bir
neçə on kilometr hüdudunda
cəmlənmiş maddələrin quruluşu,
tərkibi və vəziyyəti haqda
geoloji-geofiziki təsəvvür əldə edirlər.
downloaded from KitabYurdu.org
342
Axır vaxtlar maqmatik süxurların tərkibi və filiz qurşağında Yer
qabığının qalınlığı arasında sıx əlaqə olduğunu qeyd etmişlər.
Bunların yerləşməsi dərin regional parçalanmalarla müşayiət
olunur və geofizikanın dəlillərinə əsasən
bir neçə on kilometr
dərinliyə qədər uzanmışdır.
Axır bir neçə on illikdə Yer qabığının və üst mantiyanın
öyrənilməsi prosesində əməli və nəzəri tədqiqatların nəticələri
geofizikaya sərbəst elm kimi baxmağa imkan verir.
Dostları ilə paylaş: