332
üsullarla elektrik kəşfiyyatı üsulu daxil olmaqla maqnit və
qravikəşfiyyat üsulları ilə tamamlanır.
Müxtəlif materiallarla zəngin olan filizlər yerləşdiyi süxurlardan
yüksək sıxlığına, elektrik keçiriciliyinə polyarizasiya olmasına, sü-
xurda pirrotin və maqnetitin olması ilə maqnit qavrayıcılığının
artması ilə fərqlənirlər. Bilavasitə qurğuşun və sink yataqlarını
axtardıqda metalometriyanı tətbiq edirlər kompleks geofiziki
üsullardan, elektrik qravi kəşfiyyatdan və, bəzi ərazilərdə isə əlavə
olaraq maqnit kəşfiyyatı üsulundan istifadə olunur.
Karbonat yatağı sənaye əhəmlyyətli nadir torpaq elementlərindən
sirkon, stronsi, eyni zamanda maqnitit, apatit, flaqopit, vermukulit
sement zavodları üçün karbonatlı xammal mənbəyidir.
Karbonatlar
genetik olaraq ultraəsasi və qələvi süxurları ilə əlaqədardır. Filiz
yatağı adətən, intruziyanın daxilində izometrik formaya malikdir,
sahəsi 100m
2
-dən 15 km
2
-ə qədər olur. İntruziyalar yerləşdiyi
süxurdan, yüksək maqnit qavraycılığına malik olması ilə fərqlənirlər.
Geofiziki axtarışların əsas məsələsi aşağıdakılarldır: 1-ultraəsasi
qələvi və karbonatların xəritəyə alınması; 2-faydalı gələcəyi olan
sahələrin tektonik quruluşunun xüsusiyyətlərinin öyrənilməsidir.
Geoloji məsələnin həlli ola bilsin ilk növbədə aeromaqnit və qamma
elektrometrik planalmadır. Yer səthi tədqiqatlar da həmin üsulları
tətbiq eddrlər.
Çatlı metasamotik və damar tipli yataqlar. Bu, çox geniş yayılmış
dəstə yataqlardırlar, buraya mis kolçedanı, polimetallik, mis-poli-
metallik, qızıl-gümüş, sürmə, civə, arsen, qalay, flyorit, barit, siderit,
maqnezit, volfram,
molibden, uran daxildir. Belə yataqlar geofiziki
xassələrinə görə bir-birinə çox yaxındır. Bu yataqlar üçün əlverişli
sahələr vulkanogen çökmə massivləridir. Burada üstünlük əsasi və
turş vulkanogen formasiyalara verilir. Buraya süxurların
hidrotermal metamorfikləşmə zonası dərin qırışıqları olan
ərazi,tektonik pozulmuş və çatlarla səciyyələnən ərazilər daxildir.
Tektonik dağılmış zonalarda maqnit sahəsi pirrotinləşmənin
nəticəsində artır. Yatağı özündə yerləşdirən süxurlarda hidrotermal
dəyişmələr baş verir (varslaşma, serpentinləşmə, karbodatlaşma və
downloaded from KitabYurdu.org
333
pritləşmə). Belə süxurların sıxlığı süxurun yaşı artdıqca artır. Bütün
bu süxurlar elektrik və maqnit xassələrinə görə bir-birindən yaxşı
ayrılırlar.
Çatlı metsamotik və damar yataqlarının axtarışında geofiziklər
qarşısında aşağıdakı məsələlər durur: 1)
yataq saxlayan ərazinin
quruluşunun və xüsusiyyətlərinin aşkar edilməsi; 2) süxurların təmas
sərhədinin xəritəyə alınması və petroqrafik növlərə ayrılması; 3)
dəyişmiş süxurların xəritəyə alınması. Bu məsələlərin həlli üçün ilk
növbədə aeroqamma-planalma və aeromaqnit axtarışları üsulu
istifadə olunur. Yerüstü tədqiqatlar maqnit kəşfiyyatı üsulu ilə
başlayır və qravi, elektrik kəşfiyyatı üsullarından istifadə olunaraq
davam etdirilir.
Qızıl kvars damarlarını, sulfid formasiyalarını kompleks
geofiziki elektromaqnit quyu elektrik kəşfiyyat üsulları ilə aparırlar.
Bilavasitə qızıl yataqlarının axtarışı aparılmır.
Uran yataqlarının axtarışı kompleks üsullarla aparılır.
Birinci
mərhələdə ərazinin morfologiyasının aşkar edilməsi və öyrənilməsi
ilə məşğul olurlar. Bu işləri aparmaq üçün maqnit və qravi kəşfiyyat
üsulundan və dərin seysmik zondlama üsulundan istifadə olunur.
İkinci mərhələdə yüksək radioaktivlikli intruziyalar ayrılır və böyük
qırışıqlı ərazilər qeyd olunur, demək olar ki, sənaye əhəmiyyətli
yataqların hamısı buradan başlayır. Bu tədqiqatlarla 1:50 000
miqyasıida xüsusi geoloji xəritə qurulur. bu isə bilavasitə axtarış
aparmaq üçün sahələrin seçilməsində böyük əhəmiyyət kəsb edir.
Metamorfogen yataqlar. Bu yataqlar metamorfikləşmə prosesləri
ilə əlaqədardır və əsasən, dəmir filizi, marqans yatağı, titan filizi,
qrafit, kianit, silimanit, floqopit, korund və s. ehtiyatları burada
cəmləşir.
Dəmir filizi yataqları qırışıq quruluşlu ərazilərldə nəzarət olunur
və kəskin olaraq maqnit və qravi tasiya sahələri artır. Bu imkan verir
ki, belə yataqların axtarılmasına, maqnit və qravikəşfiyyat üsulları
cəlb olunsun, birinci mərhələdə aeromaqnit planalma,
ikinci
mərhələdə qravimaqnit, elektrik seysmik kəşfiyyatlar üsulundan
istifadə olunur. Adları çəkilən kompleks üsullarla çökmə,
downloaded from KitabYurdu.org
334
metamorfik kompleksləri bir-birindən ayırırlar, qırışıqlı ərazilər
öyrənilir, sonra dəmirli kvarsitlər xəritəyə alınır, onların yatım
elementləri bu əraziləri örtən süxurların qalınlığı təyin edilir.
Gilli şistlər titanlı metamorfogen yataqların axtarışı pis keçirici
metamorfik süxurlara nisbətən yüksək elektrik keçiriciliyinə malik
olmasına əsaslanıb. Bunun axtarışı
üçün şaquli elektrik
zondlamasından və elektrik profilləməsindən istifadə olunur.
Qrafitli süxurların xəritəyə alınmasında əsasən təbii sahələrdən is-
tifadə olunur, korund axtarışında kompleks üsullarla, maqnit
kəşfiyyat üsulundan yaxud simmetrik elektrik profilləmə üsulundan
istifadə olunur və dəqiq qravi kəşfiyyat üsulu ilə tamamlanır.
Dostları ilə paylaş: