Xələfli A. A


§ 117. Neft qaz və daş kömür yataqlarının axtarışı və kəşfiyyatı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə157/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   153   154   155   156   157   158   159   160   ...   168
geofiziki kesfiyyat usullari

 
§ 117. Neft qaz və daş kömür yataqlarının axtarışı və kəşfiyyatı
Neft, qaz, daş kömür yataqları çökmə süxurlar dəstəsinə 
daxildir. Bu tip yataqların əsas xüsusiyyəti ondan ibarətdir ki, 
kütlələr kəsilişdə müəyyən stratiqrafik vəziyyətdə durur, ya lay ya da 
linza formasına malikdir. Belə şəraitdə geofiziki üsulun tətbiqi 
struktur və litoloji-stratiqrafik əlamətlərinə görə buranın quruluşunu 
downloaded from KitabYurdu.org


326 
aşkar etmək istiqamətinə yönəldilir, bu struktur quruluşda hansı 
əlverişli faydalı qazıntının toplanmasını aşkar etməyə imkan verir. 
Neft qaz yataqları antiklinal strukturlarla yaxud layların pazlaşma 
zonaları şəklində olan ərazidə (litostratiqrafik tələlərdə) və duz 
gümbəzləri və kələ-kötür quruluşa malik ərazilərlə sıx əlaqədardır. 
Neft-qaz yataqları Azərbaycan ərazisində, əsasən, antiklinal və 
pazlaşma strukturları ilə əlaqədardır, kəsilişlərdə laylar, kollektorlar 
var ki, gilli laylarla örtülüdür. Bu strukturları təşkil edən laylı 
kəsilişdə bir neçə istinad əks etdirici və sındıran sərhədlər var. Bu da 
imkan verir ki, antiklinal quruluşlu əraziləri öyrənmək üçün seysmik 
kəşfiyyat üsulunu tətbiq edək. Axtarış 1:100 000 1:50 000 
miqyasında aparılır. Seysmik kəşfiyyat çox baha olduğundan bir çox 
hallarda ilk mərhələdə axtarış üçün qravi, maqnit, elektrik 
kəşfiyyatından istifadə olunur. Antiklinal qalxmalar, bir qayda olaraq 
böyük sıxlığa malik olur. Müxtəlif səbəblərdən 

g anomalyası ya 
zəifləyir ya da güclənə bilir və bunun işarəsi də dəyişə bilər. 
Layların pazlaşma zonaları regional xəritəalmada əhəmiyyətli 
dərəcədə seysmik, qravi və elektrik kəşfiyyat üsulları ilə aşkar edilir. 
Duz gümbəzli və çala-çuxurlu strukturlar qravi və seysmik 
kəşfiyyatla çox aydın qeyd olunur, ançaq seysmik kəşfiyyatın dəyəri 
çox olduğundan ondan həmişə istifadə etmək olmur, bu iqtisadi 
baxımdan əlverişli deyil. Çala-çuxur relyeflər üçün dəqiq axtarış işi 
yüksək dəqiqlikli qravi və seysmik kəşfiyyat quyu qazmaqla birlikdə 
aparılır. 
Neft yataqlarının axtarışı üçün seçilən kompleks üsullar ilk 
növbədə çökmə yolu ilə əmələ gələn layların müxtəlif sıxlığa və 
elektrik xassəsinə malik olması, orqanizmlərlə zəngin olan karbonatlı 
kələ-kötürlü rift süxurları, duz layları, quruluşda tələ rolunu oynayır. 
Çox hallarda aşkar olunan strukturlar yataq yarada bilmir. Neft-qaz 
yataqlarını axtarmaq üçün əlaqəsiz, yəni bilavasitə üsul mövcuddur 
ki, birbaşa anomalyanın yaratdığı sahəni öyrənir, bunlar yatağın özü 
tərəfindən yaradılıb. Neft və qaz yataqları özlərinin fiziki xassələrinə 
görə yerləşdiyi süxurun fiziki xassələrindən fərqlənirlər, bundan 
başqa neft daxilində yerləşdiyi süxurlarla qarşılıqlı təsirdə olub onun 
downloaded from KitabYurdu.org


327 
fiziki xassələrini dəyişdirir. Neft-qaz yataqları uzununa dalğanın 
sürətinin kiçik qiyməti ilə fərqlənir, eyni zamanda akustik codluqda 
azalır, dalğaların udulma qabiliyyətini təsvir edən əmsalın artması, 
sıxlığın azalması, elektrik müqavimətinin artması ilə müşahidə 
olunur. Neft yataqları üzərində kimyəvi reaksiyalar nəticəsində 
temperatur 1-5
0
artır, Yerin dərin qatlarından gələn istilik selinin 
hesabına yataqda dəyişmə prosesi baş verir. Bu xüsüsiyyətlər neft-
qaz yataqlarının kompleks üsullarla, o cümlədən, yüksək dəqiqlikli 
qravi kəşfiyyat, qayıdan dalğalar üsulu və termometriya üsullarının 
köməyindən bilavasitə istifadə etməyə imkan verir. Nef-qaz 
yataqlarının axtarışını başlıca olaraq karataj üsulu ilə həyata 
keçirirlər. Kəşfiyyat işlərində neft və qaz ola bilən strukturları 
seçmək üçün quyu qazırlar və burada karataj üsulu ilə kompleks 
tədqiqat işləri aparılır. İlk növbədə aşağıdakı məsələlər həll olunur: 
kollektor layların ayrılması, onun mayelərlə doyma xüsusiyyətinin 
təyini, müxtəlif mühitlərin toxunma sərhədlərini: su-neft, su-qaz, 
neft-qaz, və hər layın qalınlığı təyin olunur və nəhayət quyu 
kəsilişləri müqayisə olunur. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin