Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə158/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   154   155   156   157   158   159   160   161   ...   168
geofiziki kesfiyyat usullari

 
 
§118.Çökmə və vulkanogen çökmə mədənləri. 
Bu ən böyük 
faydalı qazıntı yataqlarıdır, buraya çoxlu miqdarda dəmir, marqans, 
misli qum daşları, misli şistlər, qurğuşun-sink minerallaşmaları, 
boksitlər və s. daxildir. Çökmə yolu ilə əmələ gələn mədənlər ya lay, 
ya da linza formasında olurlar. Platforma şəraitində laylar qalınlığını 
və yatım iştiqamətini saxlayır, geosinklinal ərazilərdə layların 
qalınlığı, istiqaməti, yerləşdiyi Yerin quruluşu dəyişir və 
metamorfizmə məruz qalır. Belə qrup mədənlərin geofiziki üsulla 
axtarılması dəqiq fiziki geoloji şəraitdən asılıdır. 
Çökmə tip dəmir filizi mədənləri əsasən sinklinal 
çökəkliklərində (muldalarda) əmələ gəlir. Belə quruluşların axtarışı
1:50.000, 1:25.000 miqyaslı maqnit, qravi, elektrik kəşfiyyatları ilə 
aparılır. 
Marqans 
kəşfiyyat 
işlərində, 
əsasən, 
depresiya 
strukturlarının və çökmə süxurlarının litoloji tərkib hissələrinə 
downloaded from KitabYurdu.org


328 
ayrılması əsasən, aeromaqnit və qravi kəşfiyyatla eyni zamanda 
struktur elektrik kəşfiyyatı ilə həll edirlər. Əsas mis mənbəyi misli 
qum daşlarıdır. Mədənlər çox hallarda qırışıqlıqlı strukturlarda əmələ 
gəlir və kəsilişlər fiziki xassələrinə görə bir-birindən yaxşı seçilə 
bilir. Filizlə zəngin olan layların aşkar edilməsi və litoloji izlənməsi 
həmin süxurların yüksək sıxlığa, seysmik dalğaların böyük yayılma 
sürətinə və böyük elektrik keçiriciliyinə malik olması ilə təsvir 
olunur. Bunlar imkan verir ki, kompleks geofiziki qravi, seysmik, 
elektrik kəşfiyyat üsullarından istifadə edərək bu məsələləri həll 
etmiş olsun. 
 
§119.Tikinti materialları, faydalı qazıntı yataqları.
Qum, gil, 
mərmər və vulkanik massivlər (qranit, qranodlorit sistemi) elektrik 
bölmələrinə görə çox aydın bir-birindən fərqlənir və bunları aşkar 
etmək üçün elektrik kəşfiyyatı üsulundan, elektrik profilləmədən 
istifadə olunur. 
Daxili səbəblərdən əmələ gələn yataqların əsas xüsusiyyəti 
intruziv massivlərlə əlaqədar. Buraya əsasi, ultraəsasi və qələvi sü-
xurlar daxildir. Bu əlaqə süxurun genetikasından və məkandakı 
yerindən asılıdır, buna görə də geofiziki üsullarla aşağıdakı axtarış 
məsələləri həll olunur: 1.İntruziv kütlələr ehtimal olan sahələrinin 
seçilməsi, 2.İntruziyaların aşkar edilməsi, sərhədlərin çəkilməsi, 
tərkibinin və quruluşunun təhlili. Bu nu ona görə edirlər ki, intruziv 
kütlələr içərisində filiz yığıla bilən sahələr ayrılsın. 
İntruziv süxurlar fiziki xassələrinə görə fərqlənir, bu məsələlərə 
görə intruziyalar geofiziki işlər aparmaq üçün mühüm əhəmiyyət 
kəsb edən hədəfdir. Geniş istifadə olunan geofiziki üsullar 
aşağıdakılardır: maqnit, qravi, qamma-spektrometriya və s. Massivin 
formasını öyrənmək üçün seysmik kəşfiyyat üsulundan istifadə 
olunur. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin