Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə161/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   157   158   159   160   161   162   163   164   ...   168
geofiziki kesfiyyat usullari

 
 
 
 
 
 
 
 
 
XXIX FƏSİL 
GEOFİZİKİ ÜSULLARIN GEOLOJİ-MÜHƏNDİS VƏ 
HİDROGEOLOJİ TƏDQİQATLARDA İSTİFADƏSİ 
Axır vaxtlar geofiziki üsullardan hidrogeoloji və geoloji mühəndis 
tədqiqatlarının aparılmasında çox geniş istifadə olunmağa başlayıb. 
İşin əsas növü hidrogeoloji və geoloji mühəndis planalma və Yeraltı 
suların kəşfiyyatı və axtarışı məqsədi güdür. Bundan başqa tikinti 
obyektlərinin bünövrəsinin tədqiqində geniş istifadə olunur. 
 
§ 120. Hidrogeoloji və mühəndis geoloji planalma
Planalma işləri (1:1000 000- 1:100 000 miqyasda) dövlət 
əhəmiyyətli və (1:50 000 miqyasında) ixtisaslaşdırılmış hissəyə bölü-
nür. Dövlət planalmaları hidrogeoloji, geoloji-mühəndis məsələlərini 
həll etmək üçün aparılır. Dövlət planalmanın məqsədi Yeraltı suların 
downloaded from KitabYurdu.org


335 
əmələ gəlməsinin qanunauyğunluğunu və qabaqcadan həmin suların 
ehtiyatının hesablanmasını, rayonun seysmikliyinin öyrənilməsini, 
geoloji-mühəndis proseslərini (sürüşmə, karstlar əmələ gələn Yerlər) 
süxurların fiziki və texniki parametrlərini (sıxlığı, elastiklik modulu, 
elektrik keçiriciliyi, temperatur şəraitini və s. öyrənməkdir. Bu 
məsələlərin həlli üçün ilk növbədə qravi və maqnit kəşfiyyat 
üsullarından istifadə olunur, bu tektonik strukturların məhəlli 
qanunauyğunluğunu öyrənməyə imkan verir. Bu mərhələdə əvvəllər 
aparılan qeofiziki tədqiqatların nəticələrindən istifadə olunur. 
İxtisaslaşdırılmış böyük miqyaslı xəritəalma işləri yuxarıda adları 
çəkilən işlərə əsaslanır və karataj və Yeraltı qeofiziki işlərlə 
tamamlanır. Hansı geofiziki üsulun seçilməsi rayonun fiziki geoloji 
modelindən, ya da ayrıca sahdəki işdən asılıdır. 
Açıq sahələrdə planalma işləri sabit relyefli ərazidə aparılır, bu 
ərazi az meşəlikli yaxud bataqlıq olmayan ərazilər olmalıdır. 
Seysmik profillər arasındakı məsafə 40-80 km götürülür. 
Açar rolu oynayan sahələrdə planalma işinin aparılması ərazinin 
keçilməz relyefə malik olduğuna görə edilir. Fraqmentli planalma, 
getmək mümkün olmayan qırışıqlı dağlıq ərazilərdə aparılır. 
Müşahidə profilləri çaykənarı çökəkliklərinə perpendikulyar 
istiqamətdə seçilir, aralarındakı məsafə 20 km-ə qədər olmalıdır. 
Böyük miqyaslı mühəndis-geoloji planalmada geofiziki üsul Yer 
qabığının üst qatında yerləşən süxurların litoloji tərkibini, 
tektonikasını, süxurların mexaniki xassələrini öyrənmək üçün istifadə 
olunur. Bu məsələləri həll etmək üçün ilk növbədə müxtəlif 
modellərdə elektrik kəşfiyyatı üsulundan, seysmik kəşfiyyatın ağır 
yüklə Yerin səthinə vurmaqla alınan seysmik dalğaların köməyi ilə 
təyin olunur. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin