Xələfli A. A


§ 106. Neytron karataj üsulu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə148/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   144   145   146   147   148   149   150   151   ...   168
geofiziki kesfiyyat usullari

§ 106. Neytron karataj üsulu
Burada iki ən çox istifadə olunan üsula baxaq: Neytron-neytron 
karatajı (NNK) və neytron-qamma karatajı (NQK). Bu üsullar 
downloaded from KitabYurdu.org


311 
süxurları neytron seli ilə şüalandıqda baş verən hadisələri öyrənir 
(§95 bax). Bu iki bir-birindən fərqli stasionar və impuls neytron 
üsuluna ayrılır. Biz yalnız stasionar stansiya üzərində dayanacağıq. 
NQK qamma şüalanmasını qeyd etmək üçün düzəldilibdir. Qamma 
şüalanma süxurun nüvələri tərəfindən udulan istilik neytronlarının 
hesabına əmələ gəlir. Əgər süxur zonda yaxın olarsa, burada 
hidrogenin miqdarının artdığı qeyd olunur, yəni süxurda çoxlu su, 
neft yaxud qaz var, belə halda şüalandırıcıdan ayrılan sürətli 
neytronlar istilik sahəsinə çevrilirlər. Bu hərəkət 30 sm-ə qədər 
davam edir və süxur tərəfindən udulur. Zonddan uzaqda olan 
süxurlarda isə istilik neytronların seli zəifləyir. O yerdəki istilik 
neytronu azdır, orada ikinci qamma şüalanma az olur. Beləliklə, ikinci 
şüalanmanı qəbul edən qeydedici qamma şüalanmanın zəiflədiyini 
göstərir. Bu hidrogenlə zənngin olan süxurlarda baş verir və qamma 
şüalanmanın qiymətinin kəskin artması ağır elementlər olan süxurlarda 
baş verir NQK tədqiq radiusu 20-40 sm, istifadə olunan zondun ölçüsü 
isə 5-70 sm olur (şəkil 95 d). 
Neytron-neytron karataj (NNK) üsulu süxurlar sürətli neytronlarla 
şüalandırıldıqda istilik yaxud istilik neytronuna yaxın yavaşıyan 
neytron selini qəbul etmək üçün istifadə edilir.Göstərilən 
neytronların sıxlığını quyunun en kəsiyində mənbə ilə dedektor 
arasında kı, məsafə çox dəqiq müəyyən olduğu halda təyin etmək 
olur (şəkil 95 q bax). 
Hər iki üsul süxurlarda məsaməliliyi və süxurların kollektor 
xassələrini təyin etmək üçün istifadə olunur. NNK üsulunun 
tədqiqatın dərinliyini 20-30 sm, zondun ölçüsü 25-40 sm olur. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin