310
verilir və karataj diaqramı yazılır. Diaqramda müxtəlif radioaktivli
laylar, xüsusi ilə maksimumlarla uran, torium, radium, kalium-40 və
başqa radioaktiv izotoplarla zəngin olan süxurlar qranit və gillər,
həmçinin radioaktivliyi miniumum olan qum daşlı, karbonatlı
süxurlar, daş-duz, kömür və s. ayrılır (§ 94bax).
Qəbul olunan təbii qamma şüalarının intensivliyinə,
gilli məh-
luldan buraxılan şüalar, quyuya buraxılmış boru tərəfindən şüanın
udulması və sement, əhəmiyyətli dərəcədə karataj diaqramında
kənara çıxmalar yaradır ki, süxurun radioaktivliyi ilə heç bir əlaqəsi
yoxdur. Bundan başqa, qamma karatajın göstəricisinə tədqiq olunan
quyunun diametri təsir edir. Qamma karatajı tədqiqatın radiusuna 30
sm yaxın olur. Süxurları qamma kvantla şüalandırdıqda səpələnən
qamma şüalarını ölçmək üçün QK-dan istifadə olunur (§ 94 bax).
Tədqiqatları qamma kvant mənbəli və qeydedici (detektor) dəmir və
qurğuşun ekranla arası kəsilən(95-ci şəklə bax), cihazlarla aparılır.
Qamma şüalanması ilə dedektor arasındakı
məsafə zondun ölçüsü
adlanır L
z
, çox hallarda 20-70 sm-ə bərabər olur. Radioaktivlik mən-
bəyi olaraq radioaktiv kobaltdan, seziumdan yaxud sürmədən istifadə
olunur.
QQK iki variantda istifadə olunur, sıxlıq QQK və seçmə
qabiliyyətli selektivli QQK. Sıxlıq QQK süxurların və filizlərin
sıxlığını tə'yin etmək üçün istifadə olunur.
Seçmə qabiliyyətli selektivli QQK isə filizlərin və ağır
elementlərin miqdarını təyin etmək üçün istifadə olunur.
Hər iki
variant kömür olan digər əraziləri öyrənməkdə və kömür laylarının
ayrılmasında geniş istifadə olunur, digər tərəfdən QQK sıxlıq karatajı
torpağın sıxlığını, nəmliyini təyin etmək üçün də istifadə olunur.
Bunun üçün quyu qazmaq lazım gəlir. QQK sıxlıq üsulla alınan
nəticələr imkan verirki süxurun məsaməliliyini təyin edək və bu
üsulla süxurun kollektor xassələri öyrənilir.
Dostları ilə paylaş: