Xələfli A. A


§ 103. ÖZBAŞINA POLYARİZASİYA KARATAJI



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə145/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   141   142   143   144   145   146   147   148   ...   168
geofiziki kesfiyyat usullari

§ 103. ÖZBAŞINA POLYARİZASİYA KARATAJI
Özbaşına polYArizasiA karatajı süxurLarda oksidləşmə və öz 
əvvəlki vəziyyətini bərpaetmə, diffuziya,udulma və mayelərin 
süxurdan süzülməsi hesabına yaranan 

U potensialını ölçmək üçün 
istifadə olunur. 

U potensiallar fərqini ölçmək üçün yalnız MN 
qəbuledici ektrodlardan istifadə olunur. Adətən, elektrokaratajda 
özbaşına polyarizasiya və fərz olunan müqavimət sxemlərindən 
istifadə olunur. Özbaşına polyarizasiya karatajında sulfidli 
minerallaşmanı, kömür layını,məsaməli quru və sulu layları və
minerallaşmış, yeraltı suların digər elektrik karatajı diaqramları ilə 
downloaded from KitabYurdu.org


307 
birlikdə mürəkkəb çökmə süxurları ilə səciyyələnən kəsilişləri bir-
birindən ayırmağa imkan verir. 
§ 104. CƏRƏYAN KARATAJI 
Cərəyan (birelektrodlu) karatajı elektrik karatajlarının ən 
sadəsidir. Bunu aparmaq üçün qidalandırıcı elektrod B Yerin səthinə 
çalınır, A elektrodunu məhlulla dolmuş quyuda hərəkət etdirdikcə 
Yerlə birləşmiş elektrodun 

müqaviməti dəyişməyə başlayacaq, 
çünki quyunun kəsdiyi süxurların xüsusi müqavimətindən asılıdır. 
Bu isə AB dövrəsində cərəyanın dəyişməsinə səbəb olur, ona görə 
də karataj cərəyan şiddətinin yerli qeyri-bircinsliyi süxurun az 
müqavimətə və cərəyan şiddətinin böyük qiymətli olduğunu təsvir 
edir.
Sürüşən kontaktla karataj üsulu cərəyan karataj üsulunun başqa 
forması və şotkalı elektrodların köməyi ilə aparılır və quyunun divarı 
ilə sürüür. Qquyu ya quru ya da məhlulla dolmuş ola bilər. Bu 
elektrod quyunun divarında hərəkəti zamanı müxtəlif xüsusi 
müqavimətli süxurlara toxunur, bunun nəticəsində elektrodun özünün 
kecid müqaviməti dəyişir, eyni zamanda AB dövrəsində cərəyan 
şiddəti dəyişir. Sürüşən kontakt karataj üsulu ilə yaxşı elektrik 
cərəyanı kecirən sulfid, maqnetit filizini, qrafiti, kömürlü şistləri, çatı 
su ilə dolmuş süxurları çox dəqiqliklə qeyd etmək olur. 
Sürüşən kontakt karataj üsulunda quyu zondları bir yox, üç 
elektroddan ibarət olur, bu elektrodlar quyunun divarına quyu yayları 
ilə sıxılır. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin