Xələfli A. A


§ 53. Maqnit və qravi kəşfiyyatda təhlükəsizlik texnikası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə76/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   72   73   74   75   76   77   78   79   ...   168
geofiziki kesfiyyat usullari

§ 53. Maqnit və qravi kəşfiyyatda təhlükəsizlik texnikası 
Maqnit və qravikəşfiyyatda işlər təhlükəsizlik texnikasına 
düzgün riayət olunmaqla aparılmalıdır. 
Qravi və maqnit kəşfiyyatı işlərində briqada iki nəfərdən 
ibarət olmalıdır. Təkcə bir operatorun işləməsi qadağandır. 
Qravimetrdə və maqnitometrdə və optik sistemlə işlədikdə məsləhət 
görülür ki, hər iki gözü açıq saxlayaraq ölçmələrin qiymətini
görməlidirlər. Əgər müşahidə bir gözlə aparılırsa, onda növbə ilə hər 
iki gözlə baxmaq lazımdır. Əgər müşahidə səhrada, açıq dağ 
yamacında, qarla örtülmüş ərazidə aparılırsa, mütləq günəş 
şüalarından qorunmaq üçün gün eynəyindən istifadə etmək lazımdır. 
M-33 maqnitometrini çətin keçilən yer də apardıqa onun batareya-
larını birləşdirici kabellə birlikdə başqa adam aparmalıdır. Qravimetri 
bir nöqtədən digərinə kəmərlə bellərinə bağlayaraq aparırlar.
Kvars qravimetrinin labarotoriya şəraitində həssas hissəsi 
çıxardıldıqda mütləq qoruyücu eynəkdən istifadə etmək lazımdır. 
Əgər kvars sistemi sınsa, onda gözü şüşə qəlpələrdən eynək qoruya 
bilər. Bu cihazlardan mədən işlərində və qazma qüllələrində istifadə 
etmək üçün dağ mədən nəzarətçilərindən icazə alınmalıdır. 
Nəzarətçilər xususi göstəriş verməli, təhlükəsizlik texnikasına neçə 
rəayət etmək haqda təlim keçməlidir. Əgər kəşfiyyat işləri maşınla 
aparılırsa, cihazlar yolun kənarına qoyulmalıdır. Cihazları 
avtomaşının qabağına və arxasına qoymaq qəti qadağandır. Əgər 
maşın dayanıb ölçmə işləri aparılırsa, xüsusilə, həm enişdə, həm də 
yoxuşda sürücü kabinədan çıxmamalıdır. Bu halda həm əyləc, həm 
də sürət qutusu qoşulu olmalıdır. 
Cihazla ildırım çaxanda və nəmli havada işləmək olmaz. İşə 
başlamamışdan qabaq bütün fəhlələrə bu qaydaları öyrətmək 
lazımdır. 
downloaded from KitabYurdu.org


163 
Üçüncü hissə 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin