171
dəyişməyə məruz qalır. Ona görə də ölçülən xüsusi müqavimətin
qiyməti şərtidir, bunu fərz olunan xüsusi müqavimət adlandırırlar.
f
=K·
U/I qiyməti kəsilişin geoloji quruluşundan asılıdır. Əgər
kəsilişdə yaxşı keçirici hədəf varsa, onda cərəyan keçiriciliyi böyük
olan hədəfdə cəmləşir. Bu səbəbdən hədəfi özündə yerləşdirən
mühitin sıxlığı azalır və Yerin səthində keçiriciliyi böyük olan
hədəfin üzərində
f
az qiymətlə müşahidə olunacaq. Əgər hədəf pis
keçiricilikli mühitdirsə, onda cərəyan həmin hədəfin kənarlarından
axmağa başlayacaq, yəni hədəfin yerləşdiyi mühitdə cərəyanın sıxlığı
artır, səthində pis keçirici mühitin üstündə
f
qiymət artır. Geoloji
quruluşdan asılı olaraq
f
–in dəyişkənliyi imkan verir ki, elektrik
kəşfiyyat üsulunu həm yaxşı keçirici, həm də pis keçirici mühitin
axtarılmasında istifadə edə bilək.
Dostları ilə paylaş: