Xələfli A. A


§ 50. Anomaliyanın keyfiyyətcə təhlili



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə73/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   69   70   71   72   73   74   75   76   ...   168
geofiziki kesfiyyat usullari

§ 50. Anomaliyanın keyfiyyətcə təhlili 
Anomaliyanın keyfiyyətcə təhlili anomaliya yaradan hədəfin mən-
şəyinin, məkan daxilində vizual vəziyyətinin təhlili və bu sahənin
morfologiyasına əsasən geoloji mənşəyinin aydınlaşdırılmasından 
ibarətdir. 
Keyfiyyətcə anomaliyaların təhlili bir qayda olaraq oxşarlıq 
(analogiya) üsuluna və geofiziki tədqiqatlar əsasında alınan nəticə-
lərin müqayisəli təhlilinə, eyni zamanda geoloji planalmanın və quyu 
materiallarının müqayisəsinə əsaslanır.Nəticədə tədqiq olunan 
ərazinin geoloji quruluş sxemi tərtib edilir. Buna görə hər şeydən 
qabaq ardıcıl olaraq aşkar olunan anomal zonalar təsvir olunur və 
aşkar edilən geoloji hədəfin güman olunan mənşəyi göstərilir. 
(Anomaliya yaradan hədəfin forması, yerləşdiyi istiqamət, və 
dərinliyin təxmini ölçüləri). 
Qravimetrik planalmanın indiki dəqiqliyi (0,05mQal) geoloji 
hədəfləri bir- birindən ayrılmaq uçün onların sıxlıqları arasında olan 
fərq 0,03-0,05 qsm
3
–dan az olmamalıdır. 
Təcrübədən təsdiq olunub ki, 

g anomaliyasının forması 
birbaşa həyəcanlanmamış geoloji kütlənin forması ilə əlaqədardır. 
Belə ki, izometrik anomaliyalar duz künbəzlərinin, kimberlit 
boruları, yuvaya bənzər filiz yataqları, izometrik intruziv kütlələr 
(böyük sıxlığa malik olan hədəflər üzərində) və buna bənzər hədəflər 
üzərində yarana bilər (şəkil 50). 
downloaded from KitabYurdu.org


156 
Şəkil
.50
. Dəmir filizi hövzəsi üzərndə ağırlıq qüvvəsinin sarbəst düşmə 
təcilinin, 

g; anomal xəritəsi.1-izoxətlər (mQal) milliqallarla; 2-filiz 
kütləsinin sərhədi. 
Uzun anomaliya, yəni uzunluğu eninə nisbətən bir neçə dəfə çox olan 
anomaliyalar, antiklinal və sinklinal qırışıqlarla əlaqədardır, laya 
oxşar kütlələr tərəfindən yaradıla bilər (şəkil 51). 
Müxtəlif sıxlığa malik olan süxurların birləşdiyi Yerlərdə 
qravitasiya anomaliyası kəskin dəyişir. Belə sahələr sınıb qalxmalar 
və sınıb aşağı düşmələr və yaxud da müxtəlif tərkibli böyük struktur-
ların birləşmə zonalarında, byük intruziyaların soxulduğu süxurun 
Şəkil
51. Dəmir filizi hövzəsi üzərində ağırlıq qüvvəsinin sərbəst 
düşmə təcilinin 

g-nin normal xəritəsi. 1-izoxətlər (mQal) 
milliQallarla; 2-filiz kütləsinin sərhədi
.
təmas (birləşdiyi) yerlərində yarana bilər. Qravitasiya 
sahəsinin xüsusiyyətinə görə hədəfin təxmini olaraq hansı dərinlikdə 
downloaded from KitabYurdu.org


157 
yerləşdiyi və hansı bucaq altda yatdığı haqda təxmini olaraq fikir 
söyləmək olar. 

g əyrisinin qanadları nə qədər kəskin aşağı düşərsə, 
bu hədəf çox dərində yerləşməyibdir (yerin səthində böyük qradientli 
sahə yaradır). Əgər əyrinin qanadları simmetrikdirsə, onda cism 
(kütlə) dikinə durur. Əgər qanadlar simmetrik deyilsə, kütlə (cism) 
meyli yatır. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin