Xələfli A. A


§47. Qravitasiya variometri və qradientometrlər haqda qısa



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə69/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   65   66   67   68   69   70   71   72   ...   168
geofiziki kesfiyyat usullari

 
§47. Qravitasiya variometri və qradientometrlər haqda qısa 
məlumat 
Qrayitasiya potensialının ikinci törəməsini təyin etmək üçün 
variometr və qradientometrlərdən istifadə olunur. Bu cihazlar Yer 
səthində qravitasiya sahəsinin dəyişməsinə çox həssasdırlar. Cihazın 
əsas hissəsi burulma tərəzisidir, yüklər müxtəlif üfüqi müstəvilərdə 
yerləşir (şəkil 49). Volfram, iridiumlu platin, yaxud əridilmiş kvars 
sapdan asılmış, uclarına yük bağlanmış içi boş boruya tərəzinin qolu 
deyilir. Tərəzinin qolu müxtəlif quruluşa malik ola bilər, sapdan 
asılaraq fırlanır, böyük dövrlü rəqsi hərəkət edir, belə tərəzilərdə 
rəqsi hərəkətin sönməsinə uzun vaxt sərf olunur. 
Şəkil 49

Burulan tərəzilər; a-qollu, b-üfüqi, v-z şəkilli, q-meylli, d-Q 
şəkilli 
Qolun hərəkəti müşahidə məntəqəsində qravitasiya sahəsinin 
xüsusiyətindən, nəticə etibarı ilə hədəfin geoloji quruluşundan 
asılıdır. Əgər cihazı bircinsli qravitasiya sahəsinə qoymuş olsaq, 
onda sərbəstduşmə təcilinin qiyməti bütün nöqtələrdə həm qiymət
həm də istiqaməti cəhətdən eyni olaçaq və üfüqi fırlanma momenti 
yaratmayaçaqdır. Tərəzi sapdann asılmış vəziyyətində dayanacaqdır. 
Əgər cihazın yaxınlığında böyük (yaxud kiçik) sıxlığa malik olan 
geoloji hədəf yerləşirsə və bu hədəfin sıxlığı bunu əhatə edən mühitə 
nisbətən dəyişirsə, onda burada sahə bircinsli olmayacaq, tərəzinin 
gözlərindəki yuklərə (sağ və sol yuklərə) təcilin vektorunun qiymə-
downloaded from KitabYurdu.org


148 
tindən və istiqamətindən asılı olaraq sahələr müxtəlif cür təsir edə-
cəkdir. Bu qüvvənin komponentləri (buqüvvəni təşkil edən hissələr) 
üfüqi müstəvi üzərində çüt qüvvə yaradacaqdır, bu da tərəzinin 
qolunu o vaxta qədər fırladacaqdır ki, bu cüt qüvvələrin təsiri tərəzi-
nin qolu asılan sapın elastik burulma qüvvəsi ilə tam tarazlaşsın. 
Beləliklə, tərəzinin qolunun vəziyyəti qravitasiya sahəsinin qeyri 
bircinsli olub olmamasından asılıdır. Bu qeyri-bircinslilik variometr-
lə ölçülur. Cihazın daxilində burulma tərəzisinin vəziyyəti optik 
sistemin köməyi ilə müəyyən olunur, ya fotolövhəyə yazılır yaxud da 
cihazın şkalasından hesabat götürülür (qradientometr). Əgər sistem 
asılmış kvars sapın açılmış vəziyyətini n
0
, sahənin təsiri ilə sapın 
burulmuş vəziyyətini n
1
qeyd etmiş olsaq, onda tərəzinin qollarının 
tarazlıq tezliyini aşağıdakı düsturla göstərmək olar. 
n
1
-n
0
=a(W
xy
cos2

+W

sin
2
2

)+b(W

cos

+W

sin


burada a və b sabit kəmiyyətlərdir və sapın elastikliyindən, ətalət 
momentindən, tərəzinin mərkəzdənqaçma momentindən və cihazın 
optik dəstəyindən asılıdır. 

tərəzinin qolu ilə x oxu arasında olan 
bucaqdır, həmişə tərəzinin qolunu cənuba yönəldir, Wxə,Wxy, W


W

isə qravitasiya potensialının ikinci törəmələridir. 
Qravitasiya variometrlərinin bir yox, iki qolu vardır. Ona görə 
də müşahidəni üç azimut istiqamətində aparmaq kifayətdir. 
Qravitasiya variometrlərində bir azimutdan başqasına keçid saat 
mexanizminin köməyi ilə avtomatik olur. Ölçü qiymətlrini yazmaq, 
şəkil çəkmək üçün lövhələrdən istifadə olunur. Bizim respublikada 
heç bir qravimetrik çihaz buraxılmır, mənə elə gəlir ki, buna heç 
ehtiyac da yoxdur. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin