Dario – David Adriasola Veysaqa. Boliviyalı. Kebrado de El-Yuro dərəsindəki döyüşdə iştirak edib və İntinin qrupu ilə birgə gizlənib. İnti ilə birlikdə BXAO-nun yenidən qurulmasında iştirak edib. 1969-cu il dekabr ayının 31-də La-Pasda polislər tərəfindən güllələnib.
65Çapako (Luis) – Xayme Arana Kampero.Boliviyalı. Kebrado de El-Yuro dərəsində baş verən döyüş zamanı mühasirəni yara bilib və az sayda sağ qalan döyüşçü ilə birlikdə Kaxonesaya yetişib. Onları burada 1967-ci il oktyabrın 14-ü qəfildən hücum edib güllələyiblər.