Pablito (Pablo) – Fransisko Uanka Flores. Boliviyalı. Kebrado de El-Yuro dərəsindəki döyüşdən sonra bir qrup sağ qalmış yoldaşı ilə birlikdə Miske və Rio-Qrande çaylarının qovuşuğundakı Kaxonesə gəlib və 1967-ci il 14 oktyabrda burada qətlə yetirilib.
68Loyola Qusman Lara. Boliviyalı. 1967-ci ilin fevral ayına qədər Boliviya komsomolunun milli icraiyyə komitəsinin üzvü olub. Partizanların xəlvətxanalarında fotoşəkilləri tapıldıqdan sonra 1967-ci ilin sentyabrında həbs olunub. 1970-ci ildə partizanların Teopontedə ələ keçirdikləri alman əsirləri ilə dəyişdirilərək azadlığa buraxılıb.
69 Latın Amerikası ölkələrində və İspaniyada təşkil olunan ənənəvi xalq şənlikləri