QOZ - FINDIQ YEYƏN DAHA ÇOX YAŞAYIR
Ürək çatışmazlığı və ağciyər xərçəngi son dövrün
ən təhlükəli xəstəliklərindəndir.
Əlbəttə, bu xəstəliklər həm genetik, həm də sonra-
dan qazanılmış da ola bilər. Yəni, insan bilərəkdən və
ya bilməyərəkdən öz ömrünün qısalmasında bilavasitə
iştirak edir, desək, yanılmarıq. Çünki siqaret çəkməklə
bu xəstəliklər arasında güclü bir əlaqə vardır. Siqaret
çəkənlərin bəziləri bunu dəb üçün, bəziləri arıqlamaq
məqsədi ilə, bir qrup insan isə bunu məşğuliyyət üçün
edir. Siqaret orqanizmi məhv etdikdə artıq ondan imti-
na etməyin də bir faydası olmur. Bu səbəbdən də
həkimlər siqareti daha tez tərgidənlərdə xəstələnmə
nisbətinin az olduğunu bildirirlər.
Siqaret çəkməklə insanın ağciyərinin normal quru-
luşu dəyişir və nəticədə bu proses xərçəngə çevrilir.
Siqaret çəkənlərdə xroniki öskürək, bəlğəm və
nəfəs darlığı olur. Tənəffüs yolu infeksiyaları da
siqaret çəkənlərdə daha çoxdur.
Siqaret çəkməklə ağciyər xərçəngi arasında əlaqənin olduğu 1964-cü ildə təsdiqlənmişdir. Daha sonra isə bu,
daha dəqiqləşdirilmişdir. Gündə 1 qutu siqaret çəkənlərdə ağciyər xərçənginə tutulma riski 10 qat çox olduğu
halda, 2 qutu çəkənlərdə isə risk 25 qat artmaqdadır. Son illərdə isə qadınlar arasında da siqaret çəkənlərin sayının
artması onlarda da ağciyər xərçəngi riskini artırmışdır.
Əgər siz siqaret çəkmirsinizsə, heç də sevinməyə tələsməyin. Çünki çəkənlər tərəfindən siqaretin mənfi
təsirlərinə məruz qala bilərsiniz. Bu zaman siz passiv siqaret çəkən hesab olunursunuz. Passiv siqaret çəkmə
yanan bir siqaretin tüstüsü və siqaret çəkən adamın nəfəsi ilə yaydığı tüstünün birləşməsidir. Passiv siqaret
çəkmək bəzi hallarda hətta ağciyər xərçənginə gətirib çıxarır.
Sonda isə onu demək istərdik ki, əgər siqaret çəkən hər kəs bəlkə həyatı boyu siqaretin dadını belə bilməyən
ona ən yaxın və doğma olan insanların ağciyər xərçənginə yoluxmasına səbəb olursa, bizcə hamılıqla siqaretə yox
deməliyik!
Siqaret çəkməklə insanın ağciyərinin normal
quruluşu dəyişir və nəticədə bu proses xərçəngə çevrilir
Dostları ilə paylaş: |