Xezer 324 41-70. cdr pdf cdr


HAMILIQLA  SİQARETƏ  “YOX”  DEMƏLİYİK!



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə36/51
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#1005
1   ...   32   33   34   35   36   37   38   39   ...   51
HAMILIQLA  SİQARETƏ  “YOX”  DEMƏLİYİK!


Məlum olub ki, hər gün qara gavalı yeyilərsə, o, sü-

mükləri möhkəmlədər. Osteoporozun yaranması üçün 

yüksək  risk  daşıyan  menopauza  vəziyyətinə  girən  90 

qadın təcrübəyə qatılıb. Onları iki yerə ayırıblar. Birinci 

qrupdakılar hər gün alma qurusu, ikinci qrupdakılar isə 

qara gavalı yeyirdilər. Təcrübə bitdikdə müqayisəli təh-

lil aparıldı. Məlum oldu ki, hər gün qara gavalı yeyən-

lərin sümükləri daha möhkəm olub.  

Bundan başqa, stomatoloqlar deyirlər ki, qara gavalı 

kariyes və damağın iltihabı, eləcə də ağız boşluğunun 

digər  xəstəlikləri  ilə  də  effektiv  mübarizə  aparmağa 

qadirdir.  İş  burasındadır  ki,  bu  meyvə  qurusu  zərərli 

mikroorqanizmlərin  çoxalmasını  əngəlləyir,  stomato-

loji pozuntular yaradan bakteriyaları bloka salır. 

Ancaq qara gavalını artıq hər gün rasionuna daxil et-

məyə  qərar  verənlərə  bir  xəbərdarlığımız  var:  qara 

gavalı qarın açır. Qədəri gözləyin.

63

324



Dekabr  2013

İmmunitetin  güclü  olması  insanları  bir  çox 

xəstəliklərdən qoruyur. Xüsusilə soyuq havalarda qrip, 

zökəm və digər bu kimi xəstəliklərə tutulmamaq üçün 

güclü immunitetə sahib olmaq çox vacibdir.

Əksər  hallarda  immun  sistemini  qaldırmaq  üçün 

dərman preparatlarından istifadə olunur. Preparatların 

qəbulu isə insan orqanizminə faydalı olduğu qədər də 

ziyanlıdır. 

İmmuniteti  möhkəmləndirməyin  ən  asan  yolu 

sağlam  həyat  tərzidir.  Mütəxəssislərin  fikrincə, 

stressdən  uzaq  olmaq,  düzgün  qidalanmaq,  zülal  və 

yağ istifadəsinə fikir vermək, təmiz hava gəzintisinə 

çıxmaq,  məşq  etmək,  zərərli  vərdişləri  tərgitmək 

insanı qış xəstəliklərindən mühafizə edir və orqanizmi 

möhkəmləndirir. 

Bunun  üçün  ilk  növbədə  qış  aylarında  pomidor, 

xiyar, bibər kimi qışda təbii yolla yetişməyən tərəvəzlərlə qidalanma məhdudlaşdırılmalıdır. Çay və qəhvə yerinə 

C vitamini tərkibli cökə, adaçayı (sürvə), itburnu kimi bitki çayları içilməlidir. 

Gündə 1,5-2 litr maye qəbul edilməsi, nizamlı şəkildə gimnastika ilə məşğul olmaq da immuniteti gücləndirir. 

Əsasən C vitamini ilə zəngin olan sitrus bitkiləri, kivi, portağal, gül kələm, ispanaq kimi meyvə və tərəvəzlərə, 

buxarda bişirilmiş və ya qaynadılmış qidalara üstünlük verilməlidir. Həftədə iki dəfə balıq yemək, həmçinin balıq 

yağı qəbul etmək də məsləhət görülür.

Soyuq aylarda sümük və diş sağlamlığı üçün lazımlı olan D vitamininə olan ehtiyacı ödəmək üçün günəşli 

günlərdə təmiz havada gəzmək məsləhətdir. Eyni zamanda, B qrupu vitaminləri ilə zəngin olan paxlalı bitkilərlə 

qidalanmaq zəruridir. 

2 alma, 2 kök və 1 çuğundurun şirəsini 1 yemək qaşığı limon suyu ilə qarışdırıb gündə 3-4 dəfə yeməkdən 20 

dəqiqə əvvəl qəbul etmək immuniteti möhkəmləndirmək üçün ən təsirli vasitələrdən biridir. 



Soyuq havalarda xəstəliklərə tutulmamaq üçün 

güclü immunitetə sahib olmaq çox vacibdir


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin