64
324 Dekabr 2013
APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin
saytında “onlayn konfrans” vasitəsilə jurnalistlərin
suallarını cavablandıran Respublika Endokrinoloji
Mərkəzinin direktoru Rauf Cabbarov bildirib ki,
hazırda ölkədə ən çox yayılan endokrinoloji xəstəliklər
şəkərli diabet və qalxanvari vəzin xəstəlikləridir. Onun
sözlərinə görə, bütün dünyada olduğu kimi,
Azərbaycanda da düzgün qidalanmama, qeyri-sağlam
həyat tərzi artıq çəkinin artmasına gətirib çıxarır: “Bu
da bilavasitə şəkərli diabetin yaranmasına təkan verir.
Buna görə də, ölkədə şəkərli diabet xəstəliyində artım
müşahidə olunur. Bundan əlavə, illərlə qeydiyyata
düşməyən diabet xəstəsi də maariflənərək, qeydiyyata düşür”.
Bu xəstəliyin daha çox hansı bölgədə yayılmasına gəlincə, R.Cabbarov qeyd edib ki, əhalisi çox olan
bölgələrdə daha çox, az olan ərazilərdə isə daha az şəkərli diabet xəstəsi qeydiyyatdadır. Həkim vurğulayıb ki, bu
xəstəlik bütün bölgələrdə yayılıb.
Dostları ilə paylaş: