M? D? V? ONÝKÝBARMAQ
BAÐIRSAÐIN
Xora xəstəliyinə tutulmamaq,
kəskinləşməsi və ağırlaşmasının qarşısını
almaq üçün aşağıdakıları etmək lazımdır:
xorası olan xəstələr mütəmadi (yazda və payızda)
həkim müayinəsindən keçməlidirlər;
dərmanla müalicədən əlavə, pəhrizə riayət etmək
tövsiyə olunur;
qida qəbulu miqdarca az, gündə 4-5 dəfə olmalı,
gecələr qidalanmadan qaçılmalıdır;
suda bişirilmiş qida məhsullarına, xüsusən ət və
balıq məmulatlarına, sıyıqlara, meyvə-tərəvəzlə qida-
lanmaya üstünlük verilməlidir;
acı, turşuya qoyulmuş, hisə verilmiş, qızardılmış, çox
isti və soyuq qida məhsullarından imtina edilməlidir;
tünd çay və qəhvə qəbulu azaldılmalıdır;
siqaret və alkoqoldan tamamilə imtina edilməlidir;
gündəlik yuxu ən azı 8-9 saat olmalıdır;
dişlərin sağlamlığına diqqət yetirilməlidir;
yanaşı xəstəliklər müalicə olunmalıdır;
streslərdən uzaq olmaq lazımdır;
gün ərzində heç olmasa 1 saat təmiz havada olmaq
lazımdır.
Müalicədən sonra
Xoranın sağalmasına və xəstəliyin ağırlaşmamasına
əmin olmaq üçün müalicədən bir neçə həftə sonra
təkrar endoskopiya müayinəsi aparılmalıdır!
Buklet Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
kollegiyasının 28 noyabr 2008-ci il tarixli 28 saylı qərarı ilə təsdiq
edilmiş “Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi üzrə
klinik protokol” əsasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və
İslahatlar Mərkəzində hazırlanmışdır.
Bukletdə dərc olunanlar Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin baş qastroenteroloqu ilə razılaşdırılmışdır.
Buklet Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səhiyyə
islahatları çərçivəsində ictimai səhiyyə kadrlarının hazırlanması
üzrə Tədbirlər proqramı əsasında çap edilmişdir.
Xora
xəstəliyinin
səbəbləri hansılardır?
Helikobakter pilori (HP) adlı
bakteriyaların mövcud olması
(hər 10 xəstədən 8-9-da);
Mədə və onikibarmaq bağırsağın
selikli qişasının zədələnməsinə
səbəb olan dərmanların (aspi-
rin, ibuprofen və s. kimi) uzun
müddət qəbulu;
Yaxın qohumlarda (o cümlədən
valideynlərdə) xora xəstəliyinin
olması.
Aşağıdakı əlamətlər xoranın
ağırlaşmasından xəbər verir:
Qəflətən başlayan,
sakitləşməyən kəskin ağrı;
Qara rəngli nəcis ifrazı;
Qanlı və ya tünd qəhvəyi
qusuntular;
Halsızlıq, başgicəllənmə,
rəngin avazıması;
Ürəkbulanma, qusma,
Hərarətin qalxması.
Xora xəstəliyi nə deməkdir?
Xora xəstəliyi – mədə və ya onikibarmaq bağırsağın
selikli qişasının zədələnməsi nəticəsində əmələ gələn
xəstəlikdir.
Xora xəstəliyinin
əlamətləri hansılardır?
Mədə nahiyəsində, bəzən döş qəfəsinin sol
yarısına, onurğanın döş və bel hissələrinə yayılan
yandırıcı ağrı;
Mədə xorasında ağrı yeməkdən 0,5-1 saat sonra
və ya dərhal başlayır;
Onikibarmaq bağırsağın xorasında ağrı yeməkdən
əvvəl (mədə boş olanda) və ya yeməkdən 2-2,5
saat sonra başlayır və qida qəbulundan sonra
keçib gedir;
Turş gəyirmə, qıcqırma, ürəkbulanma, qusma,
qəbizlik;
İştahanın pozulması, arıqlama;
Yaz və payız aylarında ağrı və digər əlamətlərin
güclənməsi;
Xora xəstəliyinin əlamətsiz gedişi də mümkündür.
Bu halda xora təsadüfi müayinə nəticəsində və
ya ağırlaşma baş verdikdə aşkar olunur.
Xoranı necə aşkar etmək olar?
Rentgenoloji müayinə vasitəsilə;
Endoskopiya vasitəsilə (hər hansı bir səbəbdən endos-
kopiyanın aparılması mümkün deyilsə, qan və nəcis HP-
yə görə müayinə olunur).
Düzgün müalicə aparıldıqda hansı
nəticələr əldə olunur?
Mədədə olan HP bakteriyaları məhv olur;
Həyat keyfiyyəti yüksəlir;
Ağırlaşmaların qarşısı alınır.
Ağrının kəsilməsinə baxmayaraq, dərmanların
qəbulunu davam etdirmək vacibdir. Mədə
xorasının müalicəsi 6-8, onikibarmaq bağırsağın
isə 4-6 həftə ərzində aparılır.
Dərmanların qəbulu zamanı halsızlıq, baş ağrısı,
başgicəllənmə və ishal baş veribsə, mütləq
müalicə edən həkimə xəbər vermək lazımdır!
Heç zaman müalicəni
həkimsiz aparmayın!
Xora xəstəliyi müalicə olunmasa,
nə baş verə bilər?
Xəstəlik müalicə edilmədikdə və ya yarımçıq kəsildikdə,
müvəqqəti yaxşılaşmadan sonra xəstəliyin əlamətləri
yenidən özünü büruzə verər və ağırlaşmalara gətirib
çıxarar.
Bu əlamətlər müşahidə edildikdə, dərhal həkimə
müraciət etmək lazımdır.
Dərmanla müalicə xoranın sağalmasına kömək
etmədikdə, yaxud ağırlaşmalar baş verdikdə cərrahi
müdaxilə tələb olunur.
Qida
borusu
Helikobakter pilori (HP)
Onikibarmaq
bağırsağın xorası
Mədə
Mədə xorası