Həmid Alqar. “Melkum Xan”. Kitab cildi
Sovet İttifaqı dağılandan sonra Türkiyə bizim respublika sayəsində milyardlarla miqdarda dollar pul qazandı. Bu adam isə bizə latın əlifbalı köhnə yazı makinalarını bağışlamaq istəyir. İndi dünyanın hər yerində kompüterdən istifadə edirlər. Hal-hazırda yazı makinalardan heç afrikalılar belə istifadə etmirlər. Əgər sən öz şirkətlərində yazı makinalarını kompüterlərlə əvəz etmək istəyirsən, onda o yazı makinalarını apar zibil yəşiklərinə at. Ya da onları öz “qardaşlarına”, İsrail yəhudilərinə bağışla. Əgər bu yaxşı bir şeydirsə qoy yəhudilər öz milli ibrani əlifbalarından əl çəkib, xaçpərəstlərin latın əlifbasını qəbul etsinlər.
O zaman belə bir hadisənin şahidi oldum. Bu söz bir məzəli lətifəyə, təmsilə bənzəsə də, halbuki, əslində, həqiqi bir əhvalatdır. O vaxtı radioda eşitdim ki, Bakıda yaşayan bizim bir dilşünas professor Türkiyəyə gedib və orada bir müsahibə verib. O, dedi, mən sizi, türkləri, çox sevirəm. Bakıda hökumət əlifba dəyişmək fikrinə düşüb. Mən sizin, Türkiyənin xeyrinə danışıram. Bir alim kimi öz rə’yimi verirəm ki, türkiyəlilər də latına keçiblər, latın məsləhətlidir, onu qəbul edək.
Bir aydan sonra, yenə də radioda eşitdim ki, həmin bu alim İrana gedib və orada başqa bir müsahibə verib, başqa şey danışıb. Mən İranı çox sevirəm, Bakıda, həmişə, İranın xeyrinə danışıram, deyirəm ki, köhnə əlifba, müsəlman əlifbası bizim ənənəvi, milli əlifbamızdır, bizə yad olan latın, kiril əlifbaları nəyimizə lazımdır.
Əminəm ki, əgər bu professor Rusiyaya getsəydi, orada ruslara yaltaqlanacaqdı, mən rusların dostuyam, rusları çox sevirəm, ona görə Bakıda kirilin lehinə danışıram, deyəcəkdi.
Bax, bu xalqın bugünkü alimləri, ziyalıları bu cür adamlardır. Eləsi fikirləşir, məmləkəti kimə satsam daha çox mənfəət əldə edərəm? Rusa satsam, türkə satsam ya ingilisə satsam?
BU “ODLAR YURDU” DEYIL, “ ÖVLİYALAR YURDU”DUR.
Sovet təbliğatçıları Cənubi Qafqazın müsəlmanlarını inandırmağa çalışırdılar, deyirdilər ki: “Sizin əsliniz müsəlman olmayıb, başqa şey olub, alban olub”. Onlar “Albanlar zərdüşt dinindən olublar, atəşpərəst olublar” deyib, milləti çaşdıraraq doğru yoldan azdırıblar. Əhalinin beyninə bu fikri yeridirdilər ki, müsəlmanlar sizin düşmənləriniz olub, onlar sizin qanınızı içib, sizi zorla müsəlman ediblər. İslam dini sizin deyil, yadların, ərəblərin dinidir. Ondan üz çevirin və s.
Həqiqət isə başqa cür olub. İki min beş yüz il bundan qabaq, cahilliyə dövründə İranda Zərdüşt adında peyğəmbər peyda olmuşdu. Onun danışdığı dil qədim, erkən dövr fars dili olub ki, alimlər buna Zənd-Avesta dili deyirlər. Atəşpərəstlərin bütün müqəddəs kitabları da bu dildə yazılıb.
Yə’ni ki, atəşpərəstliyin, bu dinin türk dilli xalqlara heç bir aidliyi yoxdur. Dünyada iyirmi-otuz türkdilli xalq var, ancaq onların arasında bir nəfər belə atəşpərəst dinindən olan adam tapmaq olmaz. Ancaq dünyada nə qədər atəşpərəst varsa hamısı farsdillilərdir.
Ondan başqa, bilindiyi kimi, əslində, Qafqaz Albaniyasının rəsmi dövlət dini xaçpərəst dini olub. Tarixdə, şərti olaraq, “alban” adlandırılan xalqın dini e’tiqadı ermənilərinki, gürcülərinki kimi xristianlıq olub. Erməni və alban hökmdarları biri o birinə qardaş deyib, özlərini eyni dinə mənsub adamlar sayırdılar və birləşərək, din düşməni olan, atəşpərəst İranın Sasani sülaləsinə qarşı, müharibələrdə iştirak ediblər. Həqiqi tarix bax budur, hal-hazırkı dünyəvi (dinsiz) dövlətin məktəb dərsliklərində yazılanlar isə hamısı yalandan, uydurmadan və iftiradan başqa bir şey deyildir.
Bu gün də Bakıda çap olunan dərsliklərdə, dünyəvi hakimiyyətə, masonlara xidmət edən “saray tarixçiləri” sovet dövrünün təbliğatını davam etdirirlər, həmən şeyi yazıb, uşaqlara tərbiyə verirlər, öyrədirlər ki, İslam pis dindir, müsəlmanlar (ərəblər, farslar) sizin düşmənlərinizdir. Yə’ni ki məktəblilərə bu fikri aşılamaq istəyirlər, böyüyüb orduya əsgər gedəndə xaçpərəst Qərbin İslam aləminə qarşı apardığı müharibələrdə iştirak edəcəksiniz, düşmənə qarşı, müsəlmanlara qarşı vuruşacaqsınız.
Onlar Suraxanıdakı Atəşgah rəsmini dövlətin rəmzi kimi istifadə edirlər, onun şəklini hamının, istər yerli əhalinin, istərsə qonaqların gözünə soxurlar. O isə, əslində, xaricdən gələnlərin, hindlilərin, brəhmənlərin özlərinin istifadəsi üçün tikdikləri hindu mə’bədi olub. O, atəşpərəstliyə heç bir dəxili olmayan bir tikilidir ki, onun memarlıq üslubu atəşpərəstlərin atəşgahını deyil, hindu mə’bədini xatırladır.
Onlar bu məntiqlə kilsənin, sinaqoqun və ya mason mə’bədinin rəsmini də yurdun rəmzi kimi qəbul edə bilərlər. Qız qalası isə, onun üzərində, kitabəsində yazılanlara görə müsəlman hökmdarının tikdirdiyi qaladır, me’marı isə Məs’ud ibn Davud olub. Bizim mülahizəmizə görə onun yerində əvvəlcə atəşpərəstlərin mə’bədi olub, deyən “saray tarixçiləri” çox böyük qələt edirlər. Əvvəl onun yerində nə olmasının nə əhəmiyyəti var?
Bunların demək istədiyi budur -- gəlin, müsəlman padşahının tikdirdiyi bu qalanı sökək, əvəzinə qabaqca orada yerləşən atəşpərəst mə’bədini bərpa edək. Bu, Qüdsdəki Əl-Əqsa məscidini dağıdıb, yerində yəhudi mə’bədini bərpa etmək istəyən sionistlərin fitnəsinə oxşayır.
Bir neçə il bundan qabaq bir yerli qadın Bakı radiosunda danışdı. Dedi ki, mən atəşpərəstəm, bu dinin mobədi, kahiniyəm. Mənim qarşıma qoyduğum məqsəd -- bütün Azərbaycan Respublikası vətəndaşlarına atəşpərəstliyi, zərdüştlüyü qəbul etdirməkdir.
Bu zərdüşt ruhanisi haradan çıxdı? Nəyinki bu, sıravi yerli arvad, hətta, bütün respublikada zərdüştlük haqqında hər-hansı bir mə’lumatı olan bir dənə belə alim tapmaq mümkün deyil. O saat başa düşdüm ki, bu MTN-nin adamıdır. Belə görünür ki, bir MTN təlimatçısı, bu qadını haradansa tapır və işə cəlb edir. Sonra kitablar vasitəsi ilə onu atəşpərəstlik barəsində məlumatlandırır, bu din haqqında ibtidai biliklər verir. Və nəhayətdə göstəriş verir ki, o, şəhərdə camaat arasında bu dinin təşviqatını aparsın. Əslində bu dinə təşviq deyil, din əleyhinə olan təşviqat, təbliğatdır.
Mənim sovetin heç bir ruhanisinə e’tibarım yox idi, çünki yaxşı bilirdim ki, onlar hamısı DTK-nin (KQB-nin) kadrları idi, təhlükəsizlik komitəsi tərəfindən seçilmiş və təsdiq olunmuş fərdlər olublar. Onlar xaçpərəstə, müsəlmana, dinə deyil, dinsiz hökumətə xidmət edirdilər. O vaxt din təhlükəsizlik komitəsinin səlahiyyətinə daxil bir sahə idi. Bu gün də belədir. İstər keşişi olsun, istər mollası olsun hamısı dövlət təhlükəsizlik idarələrinə tabe’ adamlardır. İslam, xristian, Krişna və başqa dinlərin, məzhəblərin bütün işləri bu idarə tərəfindən tənzim olunur, ruhanilər əmrə tabe’ vəziyyətində saxlanılırlar. Xaricdə də bu cürdür. İstər Qərbin, istərsə Şərqin bütün dünyəvi hökumətləri özlərinin dövlət təhlükəsizlik idarələri vasitəsi ilə məzhəbləri, dini təşkilatları tənzim edib, nəzarət altında, özlərinin itaətində saxlayırlar.
Dünyəvi (dinsiz) hökumət üçün, onun hakimiyyəti üçün əsas təhlükə dindir. Dünyəvi, mason hökumət üçün düşmən, dindar, mömin vətəndaşlardır. Bu səbəbdən bu cür dövlətlərdə təhlükəsizlik idarələrinin əsas vəzifəsi, dini aradan aparmaq işidir. Elə bu səbəbdən bizim MTN üçün düşmən nə ermənidir, nə rusdur, nə yəhudidir, nə amerikalıdır, nə də ki ingilisdir. Bu nazirlik üçün əsas düşmən və bəlkə də yeganə düşmən, müsəlmanlardır. Əksinə bizim mason hökumətimiz müsəlmanın bütün düşmənlərini özünə dost hesab edib, müsəlmana düşmən olan dairələrdən özünə dəstəklənmə tələb edir.
Əməldə, təcrübədə görünür ki, din ilə dünyəvi hökumət bir araya sığmaz.
Axır zamanlarda, dinsiz dairələr kürei-ərzin hər yerində hakimiyyəti ələ keçirəndən sonra, dünya artıq Şeytanın əmri altına keçib. XX əsrdə masonlar dini ölümcül yaralayıblar. Bu gün, dinin cəmiyyətdə öz əvvəlki mövqeyini bərpa etmə məsələsi çox müşkül, bəlkə də mümkün olmayan bir işdir. Dinin min illər ərzində tikilən binasını çox qısa bir zamanda dağıtmaq mümkündür, bu asan işdir, fəqət onu bərpa etmək işi çox çətindir, bəlkə də bu, qeyri-mümkün bir məsələdir.
Sovet vaxtı mən elə düşünürdüm ki, marksistlər dünyada dinə düşmən olan yeganə bir dəstədir. Mənə elə gəlirdi ki, sovetdən fərqli olaraq Qərbdə din mövcuddur, oranın hökumətləri dini əqidə məsələlərinə müdaxilə etmirlər. Halbuki, Qərbdə “vicdan azadlığı” kimi adlanan ifadələr, şüarlar varsa da, ancaq həqiqətdə orada da din azad deyil. Sovetdə olan kimi orada da bütün dini təşkilatlar Qərbin gizli xidmətlərinin, dövlət təhlükəsizlik idarələrinin tabeçiliyindədirlər. Oradakı ruhanilər, həmçinin, dinə deyil, hakimiyyətə, dünyəvi (mason) hökumətlərə xidmət edirlər. Başqa sözlə, oranın ruhaniləri dinə, Allaha deyil, Şeytana xidmət edirlər. Onlar dünyəvi hakimiyyəti dəstəkləmək, tərifləmək məcburiyyətindədirlər. Əgər oranın hər hansı bir ruhanisi qabağa çıxıb haqq sözünü desə, hökuməti ifşa etməyə cəhd etsə, onu dinsiz hökumət, mason hökuməti adlandırsa o, dərhal vəzifəsini itirəcək, ruhani kimi işləmək ona qadağan olunacaq. Hətta, heç nədən çəkinməyib, onun həyatına qəsd edə bilərlər.
Sovetdə yaşadığıma görə, bütün sovet vətəndaşları kimi NKVD-nin, KQB-nin nə olduğunu yaxşı bilirdim. Qərb ölkələrindən fərqli olaraq Sovet İttifaqında, dövlət təhlükəsizlik idarələri, əhalini qorxutmaqdan, xoflandırmaqdan ötrü, öz fəaliyyətlərini nümayişkaranə, açıq-açığına, aparırdılar. Həyatımda sovetin xəfiyyələrini çox görmüşəm. Elə buna görə xəfiyyə işçilərini izdihamın içində dərhal müəyyən edirəm. Qərb adamları isə bunu edə bilmirlər.
Ona görə Qərbi Avropa ölkələrinə gedəndə qısa zaman ərzində oranın vəziyyətini anladım. Əhli-din adamı olduğumdan, mənim əsas maraqlarım dini məsələlərdir. Bu səbəbdən Qərbə gələn ilk günlərimdən oranın dini mərkəzlərinə, cəmiyyətlərinə getdim. Bu mərkəzlərin, cəmiyyətlərin müdirlərinin, rəhbərlərinin hamısının o ölkələrin dövlət təhlükəsizlik işçiləri, yə’ni xəfiyyələri, xəbərçiləri olması məni çox təəcübləndirdi, mat-məəttəl etdi. Fəqət onu bircə mən görürdüm, Qərbi Avropa adamları bunu görmürdülər, bundan agah deyildilər. Qərbdə yüz minlərlə sayda dini cəmiyyətlər vardır ki, onların hamısı dövlət tabeçiliyində, dövlət təhlükəsizlik idarələri nəzarəti altındadırlar. Bu səbəbdən onları dini təşkilat adlandırmaq düzgün deyil, çünki onlar əslində din təbliğatı ilə deyil, din-əleyhinə təbliğat aparmaqla məşğuldurlar. Onlar əsla müstəqil deyillər, dinsiz dövlətdən asılıdırlar, dünyəvi hakimiyyətin maraqlarına uyğun hərəkət edirlər.
Maraqlıdır ki, Qərbin xaçpərəst, müsəlman, brəhmən və sair dini təşkilatların müdirləri və dini rəhbərləri əksərən yəhudi millətindəndirlər. Oranın gizli xidmət idarələri yəhudi olanlara daha çox e’tibar etdiklərinə görə bu mühüm sahəni, dini tənzim etmək işini sionistlərə verirlər. Görünür ki, dövlət fikirləşir ki, bu müdirlər yəhudilər olaraq öz mənafeləri güdərək dinə zərər vermək, dini aradan aparmaq işinə daha çox maraqlı olarlar, bu işdə daha çox canfəşanlıq nümayiş edərlər.
Bundan əlavə bu gün Amerikada, İngiltərədə və başqa kapitalist, xristian ölkələrdə külli miqdarda kahinlər, bütpərəstlik təbliğatçıları fəaliyyət göstərir, xaçpərəst gəncləri onlara qoşulmağa, kilsəyə getməməyə təşviq edirlər. Gənclər arasında, ingilislərin qədim, milli əqidəsinə qayıtmaq, təbliğatını aparırlar. Bu da din təbliğatı olmayıb, dinsizlik təbliğatıdır. Qərbin mason hakim dairələri oranın gənclərini ənənəvi, mükəmməl, səmavi bir dindən, xristianlıqdan uzaq tutmaq istəyirlər. Yə’ni ki, oxucuya başa salmaq istədiyim odur ki, bu, minlərlə sayda olan arvad və kişilər, bütpərəstlik təbliğatçıları, kahinlər hamısı o ölkələrin gizli xidmət işçiləridir, xəfiyyələrdir. Onlar heçdə öz başına, öz iradəsi ilə işləyən fərdlər deyillər. Qərb masonlarının bütpərəstlik təbliğatı, bizim masonların bütpərəstlik təblığatının eynidir, Məqsəd – ənənəvi, mükəmməl bir dini aradan aparmaq.
Bu gün Qərb ölkələrində hakim dairələr gecə-gündüz İslam təhlükəsindən danışırlar, öz camaatını inandırmağa çalışırlar ki, guya onlar xaçpərəst dinini İslamdan qorumaqla məşğuldurlar. Halbuki onların əsas qorxduqları şey xristian dinidir. Onların işi dini, ələlxüsus, xristian dinini aradan aparmaqdır. Yə’ni ki, burjua hökuməti Kilsənin ölkədə hakimiyyəti geri almasından qorxur. Məsəl üçün, İslam dininin İngiltərədə hakimiyyətə gəlməsi mümkün iş deyil, çünki müsəlmanlar orada kiçik bir azlıqdır. Halbuki oranın mason hökuməti dindar xristianların hakimiyyətə gəlməsindən bərk qorxur. Buna görə, bu gün, bu təbliğatçıların, kahin donuna girmiş xəfiyyələrin sə’yləri hesabına, uğurlu işləri sayəsində, kilsələrin boş qalması, gənclərin bütpərəstliyə, müşrik hərəkatlara qoşulması Qərbin dünyəvi, dinsiz rəhbərliyini sevindirir. Onlar elə hesab edirlər ki, artıq onlar zəfər qazanmışlar, xristianlıq məhv olub-getdi.
Sovet vaxtı Kreml ruslar arasında bütpərəstliyi təşviq etmirdi, din əleyhinə mübarizə apararkən rus millətçiliyi təbliğatını aparmırdı. Lakin, göründüyü kimi, bu günün kapitalist Rusiyasında dünyəvi hökumət Qərbin təcrübəsindən istifadə etməyə başlayıb, pravoslav xristian məzhəbinə qarşı mübarizə aparmaq məqsədi ilə FSB-ni (FTX-ni) hərəkət etdirir. Oranın işçiləri kahin donuna girib gənclər arasında bütpərəstliyi təbliğ edirlər. Kreml, bu cür bütpərəstlik təbliğatı aparan cəmiyyətləri pulla və başqa hər şeylə tə’min edir. Məqsəd – pravoslav dinini, Kilsəsini zəiflətmək, onun təzədən hakimiyyətə gəlmək təhlükəsinin qarşısını almaqdır. Qərb ölkələrində olduğu kimi masonlar Rusiyada da xalqın, rusların millətçi əhval-ruhiyyəsindən istifadə edərək onları rusun əvvəlki, qədim inanclarına, bütpərəstliyə qayıtmalarını təbliğ edirlər. Yuxarıda qeyd olunduğu kimi, həqiqətdə bu dinə də’vət olmayıb, dindən üz döndərtmək təbliğatından başqa bir şey deyildir.
Bu təbliğatçılar rusların yəhudilərə qarşı olan bədxahlıq hissindən istifadə edərək onları inandırmağa çalışırlar ki, xristian dini pis dindir, çünki o, yəhudilərin, musəvilərin dinidir. Halbuki bu düzgün bir fikir deyil, yəhudi dini başqa, xristianlıq başqa. Xristianlıq yəhudi dininə zidd olan, onun əleyhinə olan bir tə’lim olub. Bu yeni din yəhudi dinini hökmsüz etmək üçün Həzrəti İsa (ə.s.) tərəfindən təbliğ olunurdu.
Miladi tarixlə VIII əsrdən XVIII əsrə qədər, doqquz yüz il ərzində, Cənubi Qafqaz müsəlmanların hakimiyyəti altında olub; müsəlmanlar bu ərazidə yaşayıb dünya əhəmiyyətli möhtəşəm mədəniyyət yaratmış, irfani, elmi və ədəbi əsərlər yazmışlar. Burada ümum müsəlman millətindən olan xalqlar – farslar, kürdlər, ləzgilər, talışlar və türklər yaşayıblar. Bu millət, bu müsəlman xalqları dünyaya ulu şəxsiyyətlər, İslam dininin xadimlərini vermişdi -- Şeyx Nizaməddin (q.s.), Şeyx İmadəddin (q.s.), Şeyx Seyid Yəhya Bakuvi (q.s.), Şeyx Baba Kuxi (q.s.), Şeyx Yusif Ziyaəddin Müsküri (q.s.) və sairləri kimi.
Bunların sözündən belə çıxır ki, müsəlmanlar, sonradan gəlmiş adamlar olduqlarına görə, onların Cənubi Qafqazda yaşamağa haqları yoxdur, buradan getməlidirlər. Bunlar istəyirlər ki, tədbir töküb bu yurdu, bu torpağı müsəlman əhalidən təmizləsinlər. Bu isə Qərbin və Şərqin xristian təcavüzkar qüvvələrinin siyasətlərinə uyğun gəlir.
Odur ki, yerli və kənardan gələn masonların, məkrlə, yurdumuza verdikləri adın – “Odlar yurdu”nun üzərindən yağlı cızıq çəkib, ona doğru-dürüst bir ad verirəm – “Övliyalar yurdu”.
Rza-şah Pəhləvi, hakimiyyətdə olduğu dövrdə (1925-1941) dünyavilik islahatlarını keçirirdi. O, şiə ruhanilərin nüfuzunu sarsıtmaqdan ötrü, bir müttəfiq kimi, zərdüşti dini azlığindan, atəşpərəstlərdən istifadə edirdi.
İranda zərdüştlüyün tə’rifləndiyi kitablar nəşr edilir, ruznamə və məcmuələrdə bu mövzuya aid məqalələr dərc olunurdu. Bunların müəllifləri qədimdə baş verən hadisələri, Sasanilər dövrünü öyüb, mədh edirdilər. Yazırdılar ki, zərdüştlük “dahiyanə” bir dini-fəlsəfi məzhəbdir.
Rza-şahın tac qoyma mərasimi böyük bir təmtəraqla keçirilmişdi. Onun ərəfəsində şahın atəşpərəstlərin peyğəmbərinin, Zərdüştün heykəli ilə yanaşı çəkildiyi şəkilləri İranın hər şəhərində camaata paylanılırdı.
O vaxt İranın hakim təbəqəsinin nümayəndələri və ziyalıları arasında zərdüştlük dəbə düşmüşdü.
İranın bə’zi hökumət binaları zərdüşt dini nişanı ilə bəzənilirdi ki, onun üzərində atəşpərəstlərin e’tiqad etdikləri qanadlı bir zərdüşt ilahəsi təsvir olunurdu.
Onun oğlu, Məhəmməd Rza-şah atasının bu siyasətini davam etdirirdi. Atəşpərəstlər yüksək ordu rütbələri alırdılar. İranın bu dini azlığının nümayəndələrin çoxu ölkənin varlıları, işgüzar adamları, bank sahibləri, nüfuzlu dövlət xadimləri və millət vəkilləri idilər.
Zərdüştün şəxsiyyətinin, atəşpərəstliyin mədəniyyət və ənənələrinin, dini ehkamlarının göylərə qaldırılması, təriflənməsi şahın müsəlman ruhanilərinə, İslama qarşı mübarizəsinin bir təzahürü idi.
Mason şahın bu siyasəti, bizim masonların, bizim dünyəvi hökumətin siyasətinin, atəşpərəstlik təbliğatının eynidir.
Sufi şair Məhəmməd Füzuli özünün “Su” qəsidəsində İslam dininin üstünlüyündən danışaraq, deyir ki, Hz.Peyğəmbərin (s.ə.s.) gətirdiyi din aləmin elə bir möcüzəvi, ucu-bucağı olmayan dənizidir ki, onun suyu, kafir zərcüşti bütpərəstlərin min-min atəşgahlarının odlarını söndürmüşdür. Qəsidədən misralar:
Tinəti-pakını rövşən qılmış əhli-aləmə,
İqtida’ qılmış təriqi-Əhmədi-Muxtarə su.
Seyyidi-növ’i-bəşər, dəryayi-dürri-istəfa
Kim səpibdir mö’cüzatı atəşi-əşrarə su.
Qılmaq üçün tazə qülzari-nübüvvət rövnəqin,
Mö’cüzündən eyləmiş izhar səngi-xarə su.
Mö’cüzi bir bəhri-bipayan imiş aləmdə kim,
Yetmiş ondan min-min atəşxaneyi-küffarə su.
“HAQQ YOLUNDA: SUİ-QƏSDİN İFŞASI”
On beş il bundan qabaq, dini mövzuda kitab yazmaq, ciddi bir əsər yaratmaq fikrinə düşdüm. Düşünürdüm ki, bunu etməklə, mən, bir tərəfdən keçmiş zamanın böyük mütəfəkkirlərinin, sufi müəlliflərin yazdıqları kitablarla müqayisəli bir əsər ərsəyə yetirərəm, o biri tərəfdən isə bu yazı həmdə mənim şeyxlik iddiamı təsdiq edə biləcək bir sübut, bir sənəd olar. Ancaq mən onu da başa düşürdüm ki, mənim heç bir yazıçılıq iste’dadım yoxdur, mən, əslən, söz ustası deyiləm. Lakin belə bir fikir də var ki, hər kəs peşəkar yazıçı ola bilməsə də, fəqət hər adam heç olmasa öz həyatı haqqında tək bir kitab yaza bilər.
Mən heç yerdə ingilis dili dərsi oxumamışam, ingilis dilini, tam mə’nasında öz başıma öyrənmişəm. Kitabımı dünya oxucusuna çatdırmaq üçün cəhd edib, onu ingilis dilində yazmağa çalışdım və axırda buna müvəffəq oldum. Əsər, qismən, tərcümeyi-hal kitabını xatırladır. Orada həyatımda öyrəndiyim, başa düşdüyüm hər şey haqqında yazmağa çalışdım. Onu fasilələrlə, on iki ilə yazıb başa çatdırdım. Sonradan kitabın sərlövhəsinə ikinci sərlövhə də əlavə etməli oldum. Amerikalı naşirim mənə yazdı ki, bizim nəşriyyatın oxuyucularını siyasi kitablar maraqlandırır, halbuki sizin yazdığınız kitabın sərlövhəsi onun dini məzmunlu olduğuna işarət edir. Onun üçün bu sərlövhəyə bir yarımsərlövhə də əlavə edin. Belə olanda oxucu başa düşər ki, bu əsər həm də siyasi bir kitabdır. Elə ki, nəhayətdə, əsərin sərlövhəsi bu cür alındı – “Haqq yolunda: Sui-qəsdin ifşası” (“In Search of the Truth: An Exposure of the Conspiracy”).
Kitabın ilk fəsli bu cür yazıldı. Qərbdə belə bir fikir var ki, guya, Sovet İttifaqında yəhudilər və ermənilər daima təqib olunurdular, orada məzlum iki dəstə halında yaşayırdılar. Buna görə, mən, əvvəlcə, kiçik bir məqalə yazdım və orada, ingilis dilli oxucuyu başa salmağa çalışdım ki, bu müddəa həqiqəti əks etdirmir, yəhudilərin və ermənilərin sovet rejimi tərəfindən təqib olunması uydurma bir şeydir. Əslində, gerçək vəziyyət bunun tam tərsi olub. Həqiqətdə, bolşevik inqilabının əsas qurbanları rus və müsəlman xalqları olub. Hərgah bu ərazidə inqilabdan faydalanan və mənfəət əldə edənlər olubsa, bunlar -- yəhudilər və ermənilər olublar.
İnqilabdan sonra bu ərazidə bütün müsəlman xalqlarına qarşı saysız-hesabsız qətli-amlar törədilmişdi, onlar kütləvi şəkildə məhv edilmə siyasətinə mə’ruz qalmışdılar.
Rus, bu inqilabın nəticəsində öz milli pravoslav dövlətini, müsəlman isə öz müsəlman kimliyini itirib. Elə ki, vətənpərvər ruslar bu inqilabı bir yəhudi-mason qiyamı kimi qiymətləndirirlər.
Bu cür düşünərək fikirlərimi kağız üzərinə yazdım. Bu iş əsnasında qabaqca bilmədiyim bir şeyi, mühüm bir məsələni özüm üçün kəşf etdim, belə nəticəyə gəldim ki, yəhudilər, dünya ağalığını əldə etmək üçün, misli görülməmiş, böyük bir sui-qəsdə imza atmışlar. Sonra yazdığım bu parçanı, fəsli heyrət içində bir də oxudum. Bu mənə çox təəccüb gəldi ki, nə üçün bundan, yəhudi sui-qəsdinin varlığından, bu qədər gec xəbər tutdum?
Ondan əvvəl də hiss edirdim ki, dünyada din əleyhdarı olan qüvvəli bir dəstə vardır. Lakin bu dəstənin nə olması mənə aydın deyildi.
Əvvəllər Qərb mətbuatını, siyasi məcmuələrini oxuyanda mənə elə gəlirdi ki, mənim xarici siyasətdən yaxşı başım çıxır. Fəqət oxuduğum bu qəzetlərdə və məcmuələrdə yəhudilərin sui-qəsdi haqqında heç nə, bir söz belə yazılmamışdı.
Doğrudur, ingilis dilli mətbuatda, ara-sıra, “sui-qəsd nəzəriyyəsi” (“the conspiracy theory”) ifadəsinin işlədildiyini görmüşdüm. Lakin bu müəmmalı ifadənin nə mə’na bildirdiyini anlaya bilmirdim. Halbuki sonradan başa düşdüm ki, Qərbin jurnalistləri yəhudi, sionist sui-qəsdini bu cür, bu şəkildə şifrləyiblər. “Nəzəriyyə” sözünü işlətməklə onlar yəhudi sui-qəsdinin və buna oxşar başqa xırda qəsdlərin, fitnələrin həqiqi şeylər olmadığına işarə edirdilər.
İndi başa düşürəm ki, bütün dünyanı əhatə edən sionist, yəhudi sui-qəsdinin varlığından agah olmadan müasir zamanın siyasətini anlamaq olmaz.
Londonda, bir mehmanxanada, bu məqaləni yazıb bitirəndən sonra mənə elə gəldi ki, mən, oxşarı olmayan böyük bir şeyi kəşf etmişəm. Mənə elə gəlirdi ki, dünyada bu məsələni kəşf etmiş ilk adam mən olmuşam. Bunun gülməli tərəfi odur ki, əslində, bəlkə dünyada bu məsələni dərk edən adamların ən sonuncusu mən idim.
Bakıya qayıdandan sonra, Rusiyanın həftəlik qəzetində mənə bir məqalə rast gəldi. Orada “Sion müdriklərinin protokolları” kitabından söz açılırdı. Sonralarda eşitdim ki, Rusiyada bu mövzuda dair başqa kitablar da nəşr olunub. Bu mə’lumat məni hədsiz dərəcədə mə’yus etdi. Çünki mənə elə gəlirdi ki, mənim kitabım bu növ yeganə bir kitab olacaqdır və yəhudi sui-qəsdinin varlığını dünyaya faş edən ilk adam mən olacağam.
Sonra belə qərara gəldim ki, bu əsərlərin tə’siri altına düşməməkdən ötrü öz kitabımı tamamlamamış bunların yazdıqlarını oxumayım.
Lakin bütün bunlara baxmayaraq düşünürəm ki, mənim yazmış olduğum kitab o birilərindən seçiləcəkdir. Çünki onun özünə məxsus sifəti vardır. Bu mövzuya aid kitab yazan xaçpərəst müəlliflərdən fərqli olaraq, mənim kitabım bir müsəlmanın, sufi müəllifin nöqteyi-nəzərindən yazılmışdır.
Sonra naşir axtarışına başladım. Bir hindistanlı naşir mənim məktubuma cavab yazaraq dedi ki, “Sizin yazdığınız əsəri tam şəkildə nə təsəvvüf, nə də ki, siyasət mövzusuna aid etmək olur. Sırf sufilik mövzusuna dair bir kitab yazsanız, o halda biz onu nəşr edə bilərik”.
“Haqq yolunda: sui-qəsdin ifşası”. Kitabın üz cildi
Qum şəhərindəki “Ənsariyan” dini nəşriyyatının İnternet adresini tapıb, onlara da müraciət etdim. Bu, İran nəşriyyatı da kitabın məzmununu oxuyub, rədd cavabı verdi. Düzdür məktubun sonunda yazılmışdı ki, biz sizə kitabın nəşrində uğur arzu edirik. Lakin bu sözlər, əslində bir rəsmiyyətdir, adətən, bu cür cavab məktublarında, onları nəzakət xatirinə işlədirlər.
Çoxlu sayda başqa İslamı nəşriyyatlar da həmçinin kitabıma maraq göstərmədilər. Bunun səbəbi ondadır ki, müasir ülamaların fikrinə görə təsəvvüf İslama aid bir şey deyil. Onlar bu batini tə’limə şübhə ilə yanaşırlar.
Nəşriyyatlara müraciət etməkdən başqa həmdə tanınmış siyasət və din adamlarına da məktub yazdım, xahiş edib onlardan kitabın çap edilməsində mənə yardım etmələrini istədim. Bunların bir neçəsinin adlarını burada gətirmək istəyirəm – S.H.Nəsr, Həmid Alqar, Kristofer Bollin, Süleyman Şvarts, Deyvid Dyuk, Hektor Karreon, Corj Qəlovey, Maykl K.Payper. Bunlardan bə’zisi nəzakət göstərib cavab məktubunu yazdılar, bə’zisi isə (məsəl üçün özünü müsəlman kimi göstərmək istəyən amerika yəhudisi S. Şvarts kimi) kitabın mündəricatı ilə tanış olduqdan sonra sərt bir şəkildə cavab verərək, əlyazmanı oxumaqdan boyun qaçırdılar.
Nəhayətdə, başa düşdüm ki, Qərbi Avropa nəşriyyatları əsərimi bəyənməyəcəklər, onlar heç bir vəchlə bu kitabın çap olunmasına razı olmayacaqlar, çünki Avropa ölkələrinin ədliyyəsi, qanunları yəhudilər haqqında heç bir tənqidi fikrin, sözün ifadə olunmasını məqbul saymır və onu qadağan edir. Orada bu işi görən hər kəs qanun qarşısında məsuliyyət daşıyır. Oranın məhkəmələri belə adamlara cəza verir, iş kəsir.
Buna görə belə qənaətə gəldim ki, bu məsələdə ABŞ daha münasib bir yerdir, çünki oranın hər vilayətinin ayrıca, fərqli qanunları vardır. Ona görə güman var ki, orada bu kitabı nəşr etməyə imkan tapdım.
Sonra xəbər tutdum ki, Amerikada, Vyetnam müharibəsi veteranı, Hektor Karreon adında bir adam “Protokolları” ingilis dilində nəşr edə bilib. İnternet vasitəsi ilə onunla yazışdım. O, dedi, əlyazmanı mənə yollayın, bizə uyğun əsər olsa, onu nəşr edərik. Əlyazmanı oxuyandan sonra o, mənə yazıb dedi ki, yəhudi sui-qəsdinə aid olan fəsil bizə yararlı ola bilər, ancaq siz özünüz də İnternet vasitəsi ilə onu dərc edə bilərsiniz. Onda başa düşdüm ki, Kameron, “nəşr edə bilərik” deyəndə onun özünün İnternet saytında (aztlan.net), elektron nəşrlərini nəzərdə tuturdu. Elə şey mənə yaramır. Məni maraqlandıran, əsərimin ənənəvi, dədə-baba qaydası ilə, kağız üzərində, kitab şəklində olan nəşridir.
Sonra oturub onu iki aya rus dilinə tərcümə etdim. Düşündüm ki, əsərin Rusiyada nəşr olunması, bir qədər səylə olsa da, mümkün bir işdir. Oranın bir çox müəllifləri buna müvəffəq olublar, çətinliklə olsa da, buna oxşar kitabları çap edə biliblər.
Bundan da əlavə İnternetdə, bir ərəb müəllifin bu mövzuya aid yazdığı əsər haqqında bir məlumat tapdım. Bu kitab Qahirədə 2002-ci ildə çıxıb. Müəllifin adı – Hənafi əl-Məhləvi. Kitabın adı -- “Yəhudilərin tövhidi dinlərə qarşı törətdikləri cinayətlər” (“Jewish Crimes Against the Monotheistic Religions”).
Bu ilk yazmış olduğum kitabın nəşr olmasını səbirsizliklə gözləyirəm, çünki bu mənə müəllif adını qazanmağa imkan verəcək. Bir tərəfdən düşünürəm, görəsən A.Mirzəbəyin (M.Hadinin sözü ilə desək) “əsarii qələmiyyəsi, sərvət fikriyyəsi tələf olub gedəcəkmi?”. O biri tərəfdən məni narahat edən odur ki, bu kitab işıq üzü görəndən sonra dünyanın bir çox yerində mənə qarşı cürbəcür ittihamlar sürülə bilər, mənim üçün tutulmaq, məhkum olunmaq təhlükəsi var. Bu sionistlər çox kinli və geniş imkanı olan adamlardırlar. Yəhudilər özlərinə qarşı olan heç bir tənqidi qəbul etmirlər, hər hansı bir tənqidə böyük bir hiddətlə cavab verirlər, onları məzəmmət edənlərdən qisas almağa çalışırlar. Sionistlər bu cür əsərlər yazan müəllifləri təqib edib, onları məhkəməyə verir və sonra zindana atdırırlar. Arzu edirəm ki, məni onların aqibəti gözləmir və mən bu təhlükədən sovuşaraq, onlardan daha bəxtli olacağam.
“XİLAFƏT, HİCAZ VƏ SƏUDİ-VƏHHABİ MİLLİ DÖVLƏTİ”
MÜQƏDDİMƏ. İslam dininin ən möhüm xüsusiyyətlərindən biri odur ki, insanlar Allah Təalanı “hökmdar” (əl-Məlik) kimi tanıdıqdan sonra, onlardan tələb olunur ki, Dövlətin və onun bütün tə’sisatının Allahın səlahiyyətinə və ali qanununa itaət etməsini tə’min etsinlər. Əgər Allah deyil, Dövlət hökmdar kimi qəbul olunsa (bu da ki, dünyaviliyin mahiyyətidir) İslam bunu şirk (Allaha şərik qoşma) e’lan edir və bundan daha böyük bir günah yoxdur.
Hal-hazırda hər yerdə müasir dünyavi Dövlət hökmdar kimi tanınır. Onun səlahiyyəti və qanunu ali hesab olunur. Beləliklə bugünki dünyada siyasi şirk bəşəriyyəti, tamamən, hər tərəfdən sarmışdır. Bu isə, onu nişan verir ki, biz Dəccalın dövründə yaşayırıq. O, isə yalançı Məsihdir (əl-Məsih əl-Dəccal), hansı ki, bəşəriyyəti aldadıb Allah Təaladan başqasına e’tiqad etdirmişdi. Bu Dəccal günümüzün dünya nizamının zehni, baş ustadıdır. Hədisdə elə bu cür dünya barəsində danışılaraq bildirilir ki, hər 1000 nəfərdən 999-u Cəhənəm odunda yanacaq. Halbuki hətta müsəlmanlar belə bundan agah deyillər, xəbərsizdirlər.
Müsəlmanlar Allahı hökmdar kimi tanıdıqdan sonra Məşrutiyyəti, Milli məclisi, Ali məhkəməni, Dövləti və s. hökmdar kimi tanımamalıdırlar. Allahın hökmdarlığı İslam dininin, məxsusən, Şəriətin aliliyini nəzərdə tutur. Xilafət tə’sisatı, quruluşu İslamın ictimai həyat və Dövlət üzərində olan aliliyinin, üstünlüyünün rəmzidir. Xəlif (həmçinin Əmir və İmam kimi tə’bir olunur) müsəlman Ümmətinin, Cəmaətin sədri, başçısı sayılırdı. Onlar ona sədaqət və itaətini bildirmək üçün bir ayinlə, mərasimlə bey’ət edirdilər. Cəmaətin yerləşdiyi ərazi Dar ül-İslam kimi tə’yin olunurdu. Əmirin bu ərazidə şər’i qanunlarının, Şəriətin tətbiqində və icraatında tam sərbəst və səlahiyyətli olduğu üçün bu, Dar ül-İslam kimi tə’yin olunmuşdu.
Avropa-Xristyan mədəniyyəti də həmçinin ali səlahiyyətin tanınması üzərində tə’sis olunmuşdu. Hərçənd, bu mədəniyyətdə (məhz) Kilsə yer üzündə Allahın təmsilcisi kimi tanınırdı və buna görə Dövlət Kilsənin tabeçiliyində idi.
Fəqət, Avropada din və Dövlət arasında ihtilaf yaşanmışdı və bu, nəhayətdə, Kilsənin məğlubiyyəti ilə nəticələndi. Bunun nəticəsində Avropada mədəniyyətin təməlləri elə bir inqilabi təbəddülat (dəyişiklik) yaşadı ki, Dövlət və siyasət dünyaviləşdirildi. Bu ihtilafın sonuncu fəsli kimi, Avropada dinin qədərini möhrləyən və mahiyyətinə görə dinsiz bir mədəniyyət ortaya çıxardan, Amerika, Fransa və Rusiya inqilabları oldu. Dinin fəaliyyət dairəsi tək və cəm’ şəkildə görülən ibadətlə məhdutlaşırıldı, elə ki Avropa xristyanlığı və papa Dövlət işlərində iştirak etməkdən məhrum olundu. Allah artıq hökmdar (əl-Əkbər) kimi tanınmır. Bunun əvəzinə, indi xalq hökmdar olmuşdur və bu hökmdarlığ səlahiyyətini yeni dünyavi Dövlət quruluşana vermişdir. İndi Dövlət əl-Əkbər olmuşdur. Avropa üçün bu dünyavilik, İslam üçün isə bu şirk olmuşdur. Yə’ni ki, günahların ən böyüyü!
Bu qəribədir ki, qeyri-Avropa xristyanlığı Davud (ə.s.) və Süleyman (ə.s.) kimi peyğəmbərlərin yaratdığları müqəddəs Dövlət quruluşunun dağıdılmasna qarşı güclü bir müqavimət göstərmədi.
Dinsiz Avropa mədəniyyəti xaçlı səfərinə çıxdı -- bütün aləmin şəklini dəyişdirmək, onu Avropanın yeni dünyavi quruluşunun və dinsiz cəmiyyətin qəlibinə salmaq üçün. Yerdə qalan dünya ya müstəmləməkəyə çevrilmişdi, ya da ki onun əsasi azadlığı əlindən alınmışdı. Beləliklə, qeyri-Avropa dünyası da dünyaviləşdirilərək, sonunda, dinsiz bir cəmiyyət səviyəsinə gətiriləcəkdir. İslam dünyası da buna daxildir. Doğrudan da İslam dünyası dinsiz Avropa mədəniyyətinin xüsusi bir hədəfidir.
Əslində, İslam dünyasının dinsiz bir cəmiyyət səviyəsinə gətirilməsi içtimayi həyatın dünyaviləşdirilməsi ilə başladı. Osmanlı Dövləti hədəfə alınmışdı. O, məhv olunmalı idi. Fəqət müsəlmanların birliyini tə’min edən qüdrətli xilafət quruluşunun varlığı ərzində onu məhv etmək mümkün deyildi. Elə ki o, məhv olunmalı idi.
Birinci Dünya müharibəsində dağıdılan Osmanlı Dövləti, onun yerinə dünyavi Türk dövlətinin peyda olmasına gətirib çıxartdı. Hökumət, yəhudi hərəkatı ilə əl-ələ vermiş dünyaviləşmiş, qərbləşmiş türk millətçilərindən təşkil olunmuşdu. Əvvəlcə, onlar xilafəti papanın idarəsinə oxşar bir şeyin səviyyəsinə gətirdilər, sonra onu da aradan qaldırdılar. Fəqət, haçanki Hicazın hakimiyyətində olan Əbdül Əziz ibn Səud Mustafa Kəmala (Atatürkə) qoşularaq İslamın Dövlət üzərində olan ali salahiyyətini rədd etdi, İslam dünyasının dünyaviləşməsi işi tamamlandı və möhrləndi. Beləkliklə, İslamın mərkəzi olan Ərəbistan da həmçinin dünyavi Dövlət quruluşunu qəbul etmiş oldu. Səudiyyə Ərəbistan Dövlətinin zühur etməsi Məhəmməd peyğəmbərin (s.ə.s) qurduğu Dar ül-İslamın məhv edilməsi ilə bir vaxta düşdü.
Hicaz Dar ül-İslam olanda hər bir müsəlmanın bu əraziyə daxil olmağa haqqı çatırdı – ona viza lazım geyildi. Əvvəllərdə Səudi hökmranlığı adında bir şey yox idi. Səudi vətəndaşlığı da yox idi. Dar ül-İslamın hər hansı bir yerinə daxil olmaq müsəlmanın haqqlarından biri idi. Dar ül-İslamda məskən salmaq üçün onlardan heç bir sənəd tələb olunmurdu. Dar ül-İslamda ruzi qazanmaq üçün onlara işləmək icazəsi gərək deyildi və s. Səudi Ərəbistan adında Dövlətin zühur etməsi müsəlmanların bütün bu haqlarının əllirindən alınmasına gətirib çıxartdı.
Xilafətin məhv edilməsi və Səudiyə Ərəbistan adında Dövlətin zühur etməsi kimi hadisələr İslam dünyasının simasını dəyişdirdi. Və bu, İslamın hicrətdən əvvəlki dövrə (Cahiliyyət dövrünə) qayıdışla nəticələndi. Bu gün dünyanın heç bir yerində Dar ül-İslam mövcud deyil.
Bizim fikrimizə görə, hicrətdən əvvəlki və hicrətdən sonrakı İslam arasında olan əsas fərq Peyğəmbərin (s.ə.s.) Mədinədə Dar ül-İslamı (İslami İctimayi Nizamını) tə’sis etməsində idi. Bu gün həm müsəlman aləmi və həm də qeyri-müsəlmanların aləmi müasir dünyavı milli-Dövlət vahidlərindən təşkil olmuş, mahiyyətinə görə, dinsizlik və maddiyat üzərində duran bir siyasi quruluşa birləşdirilmişlər. Bu səbəbdən biz, haqlı olaraq, bir qənaətə gəlmişik ki, əslində, müsəlman dünyası öz ictimayi həyatında, bir Ümmət kimi hicrətdən əvvəlki İslamın vəziyyətinə qayıtmışdır.
Belə görünür ki, İslam mədəniyyəti tarixinin xilafətdən sonrakı dövrünə qədəm basmışdır. Bu gün müsəlman ictimayəti on dörd əsr bundan qabaqların Məkkəsində olduğu kimi hər şeyi əhətə edən Cahiliyyətə təslim edilmişdir. Əlbətdə ki, bu Cəhilliyyət xristianlıqdan sonrakı (müasir) Avropanın dünyavi və maddiyatçı Qərb mədəniyyətidir.
Yəqin ki, Peyğəmbər (s.ə.s.), elə bu zamanəni nəzərdə tutaraq, demişdi: “Hər kəs ki, bey’ətin (camaatın and içərək birisinin Ümmətin rəhbərliyinə gətirilməsi) şahidi olmamış ölmüşsə, şübhəsiz, Cahiliyyət ölümü ilə ölmüşdür” (yə’ni ki, hicrətdən qabaqkı Cəhiliyyətə qayıdışa şahidlik etmiş dövrdə ölmək).
Peyğəmbərin (s.ə.s) bu hədisi səhih və vacib sayıldığından Qahirədə Beynalxalq İslami Xilafət konfransının keçirilməsinə haqq qazandırmaq üçün Əl-Əzhar universitetində ondan istifadə edilmişdi. Orada, Türkiyə Büyük Millət Məclisinin 1924-ilin martında verdiyi xilafəti aradan qaldırmaq qərarına, lazımlı bir şəkildə rəyy verilmişdi.
Peygəmbərin (s.ə.s.) bu kəlamı, 1926-cı ildə keçirilmiş konfransın qəbul etdiyi qərarnaməyə, əlavə edilmişdi. Bu yığıncağda İslam ülaması təsdiq etdi ki, xilafət müsəlman dünyası üçün bir zərurətdir və, nəticə e’tibarı ilə, həmçinin də Dar ül-İslam (İslami İctimayi Nizam).
Bu gün Ümmət üçün həll olunması lazım olan bir məsələ çox bəsit və aydındır. Bu ondan ibarətdir – Ümmət cəhd edib əvvəl gördüyü işi təkrar etməlidir, yə’ni ki Məkkədən Mədinəyə hərəkət etməlidir. Bunu etməklə, Ümmət Dar ül-İslamı təzədən tə’sis edəcəkdir. İslamın müsəlman dünyasında Dövlət üzərində olan ali səlahiyyətinin bərpa edilməsi, bu işin uğuru üçün, vacibdir ki, bizim Ümmət xilafətin dağıdılması və onun (İslamın mərkəzində) dünyavi, Səudi vəhhabi milli Dövlətlə əvəzlənməsinin tarixinini öyrənib, ondan ağah olsun.
Bu elmi işin xüsusi əhəmiyyəti bir də ondadır ki, xilafəti məhv edənlər indi gözlərini Həjjə zilləyiblər. Hz.İbrahim (ə.s) Allah evinin ziyarəti üçün min illiklər bundan qabaq Həcci tə’sis edilmişdi. O vaxtdan bu günə qədər arası kəsilmədən davam edir. Hətta Ərəbistan bütpərəst olduğu zaman Həjj ziyarəti tərk olunmamışdı. Hal-hazırda, İslam düşmənlərinin qarşılarına qoyduqları məqsədlərdən biri Həjjin ləğv edilməsidir.
Dostları ilə paylaş: |