İslam səNƏTİ



Yüklə 11,59 Mb.
səhifə18/50
tarix26.12.2016
ölçüsü11,59 Mb.
#3530
1   ...   14   15   16   17   18   19   20   21   ...   50
DAİRƏ ƏL-BÜRUC. TUNC LÖVHƏ

“İXTIYARATİ-QƏVAİDI-KÜLLİYƏ”



ƏL FƏSL ƏL-SANİ Fİ BƏYANİ-MƏRİFƏTİ-ƏYYAMİ ƏS-SƏBU VƏLAYƏ LİHA. Əyyami-səb’ənün hər güni və saətləri nə ulduza mənsubdur, o ulduzun təbiəti müqtəzasınca dəlayil nəyin üzərinədir, onu bəyan edər. Bəs bunu bil ki, hər günün sabahında hansı ulduz hakim olsa, o gün o ulduza mənsubdur. Ruzişənbə: bu şənbə günündə danla Zühəl hakimdir. Quşluğun Müştəri hökm edər. Zavalında Mərrixündür. Öylə vaxtında Şəmsündür. Beynəlsəlatin vaqtı Zöhrənündür. İkindi vaxtı Ütəridündür. Axşam vaxtı Qəməründür. Amma bu gün Zühələ müttəliqdir. Gərəkdür ki, bu gündə mühüm işlərdən e’tiraz etmək gərək: səfərə varmaq və yeni biçüb qeymək və qan almaq və bunlarun əmsalı işlərdən. Bəli, quyu qazmaq və ziraət etmək və evlər mərammət etmək, od işlərin görmək və nə ki, bunlara bənzər var isə bu gündə yarar. Və dəxi bu Zühəl saətində doğan vələd ki, ömrü uzun ola və maldar ola və qayət nakəs və bəxil ola, tilsim yazmaqda əli macərrəb ola və ya əkinçı ola, bədxu və çirkin ola, səfər yaramaya.

DƏR BƏYANİ-SİFƏTİ ZÜHƏL. Bu Zühəl ulduzu yeddinci göydə doğar. Nəxs əkbərdür. Hindular və zəngilər və uzun ömürlülər ulduzudur. Təbiətdə atəşı və badidür. Mizacda sərd və xoşkdur. Keyfiyyətdə kişidür. Ləvni siyahdadur. Və dəxi dəmür və mə’dən və qurquşun mə’dəni ona müttə’liqdür. Hər bürcdə otuz ay durur. Bürucatı otuz ildə bir seyr edər. Tamam min il bu vəchlə hökmini sürdi.

Ruzi-yekşənbə: bu yekşənbə güni gələ Şəmsə təəlüqdür. Quşluğun Zöhrəyə müttə’liqdür. Gün zavalı Ütəridə, öylənin Qəmərə, miyaneyi-do namaz Zühələ, ikindüyin Müştəriyə, axşamun Mərrixə mənsubdur. Amma bu gün Şəmsə müttəliqdür. Elə ki, bu gündə mühüm işlər görmək, don biçüb geymək, ev almaq, satmaq və ata minmək və ov ovlamaq və ox atmaq, filcümlə, bunun əmsalı işlərə yarar. Amma ot biçmək və quyu qazmaq, müsərahət etmək bunlarun əmsalı işlərdərdən imtina etmək gərəkdir. Və dəxi bu Şəms saətində doğan oğlan əhli-daniş ola və sahibi-dövlət ola və xeyirli işlərə rağib ola və zövqü səfa əhli ola və xeyirəndış ola.

DƏR BƏYANİ-SİFƏTİ-ŞƏMS. Bu Günəş dördüncü qat göydə doğar. Hər bürcdə bir ay durur. Bir ildə tamam bürucat dörd aydır. Bu dəxi min il hökmini sürdi, sə’ddür. Bəylər və padşahlar ulduzudur. Təbiətcə atəşi və badıdür. Mizacda xoşkdür. Keyfiyyətcə kişıdir. Ləvni sarı. Məşriq onundur. Qızıl mə’dəni və cavahirü lacivərd ona müttə’liqdür.

Ruzi-düşənbə: bu düşənbə sabah Qəmər hakimdür. Quşluğun Zühəl hakimdir. Gün zavalında Müştəridür.

Beynəlsəlatin Şəmsdür, İkindüyin Zöhrədür və axırı-ruz Ütəriddür. Amma bu gün Qəmərə müttə’liqdür. Bu gün yaxşıdır, ticarət etmək və səfərə getmək və ot içmək və yazu yazmaq, bağ və bostan tikmək və ziraət etmək və bünyad buraxmaq filcümlə, bunlarun kimi işlərə yarar. Və dəxi bu Qəmər saətində doğan oğlan tacir və əhli-səfər ola və malü cahiyəsi ola, oğul avarə, qiz çüqara, almaq, satmaq ona münasib ola.

DƏR BƏYANİ-SİFƏTİ-QƏMƏR. Bu ay əvvəlki qat göydə doğar, sə’ddür. Əkinçılər və baxça tikənlər və bostançılar ulduzudur. Təbiətdə xaki və abidür. Mizacda sərd və tərdür. Keyfiyyətdə dişidür. Ləvndə yaşıl. Gümüş mə’dəni ona müttə’lliqdür. Hər bürcdə iki yarım gün tutur. Otuz gündə tamam seyr edər. Bu dəxi hökmini min il bu vəchlə sürsə gərəkdür.

Ruzi-seşənbə: Bu seşənbə güni danla Mərrix hökm edər. Quşluğun Şəmsüdür. Gün zavalında Zöhrədür. Öyləyin Ütərid, beynəlsəlatin Qəmərdür. İkindüyin Zühəl, axiri-ruz Müştərinindür. Amma bu gün Mərrixə tabe’dir. Bu gündə bünyad buraxmaq və quyu qazmaq və qan aldurmaq və su yolların imarət etmək və aləti-hərb görmək və cihad etmək, bunlarun kimi işlər görmək yaxşıdır və qeyri-mühim işlərdən e’tiraz gərək. Və dəxi bu Mərrix saətində doğan oğlan xunxar və cəllad ola, qan tökməyə həris ola, bədxu ola.

DƏR BƏYANİ-SİFƏTİ-MƏRRİX. Bu Mərrix ulduzu beşinci göydə doğar. Nəhsdür. Zalimlər, ətraklar, tatarlar ulduzudur. Təbiətdə atəşı və badidür. Mizacda gərm, xoşkdur. Keyfiyyətdə kişidür. Ləvndə qırmızıdır. Bəqir mə’dəni ona müttəliqdür. Hər bürcdə əlli gün durur. On səkkiz ayda tamam bürucatı seyr edər. Bu dəxi bu vəchlə min il dövrini sürdi.

Ruzi-çəharşənbə güni danla Ütərid hökmindədür. Quşluğın Qəmər, gün zavalı Zühəl və öyləyin Müştəri, iki namaz ortası Mərrixdür. İkindüyin Şəms hökm edər. Gün axırında Zöhrədür. Amma bu gün Ütəridə məxsusdur. Bəs bu gün yazu yazmaq və oxumaq və oğlan məktəbə vermək və ulu işlərə ibtida eyləmək və bünyad buraxmaq və padşahlar üzün görmək və bunlarun əmsalı işlərə yaxşıdır. Aviyəti-qəsdi-hərb etmək və müsalihə etmək və ot içmək və qan aldurmaq və dəxi bunlarun kimi işə şüru’ olunmaya yaramazdur. Və dəxi bu Ütərid saətində doğan vələd zirək ola və aqilü-kamil ola və dövlət yiyəsi ola və dəxi çox yaşaya, əhlüllah, amma hərbə varub hərb etmək ona yaramaya.

DƏR BƏYANİ-SİFƏTİ-ÜTƏRİD. Bu Ütərid ulduzu ikinci qat göydə doğar. Sə’d ilə sə’d, nəhs ilə nəhsdür. Yazıçılar və şairlər və qazilər və fazillər ulduzudur. Təbiətcə mütələyyindür, müctəzəcdür. Keyfiyyətcə dəxi anciliyəndür, kişi ilə kişi və dişı ilə dişidür. Ləvndə göydür. Qalay mədəni ona təəlüqdür. Hər bürcdə on beş gün tutur. Altı ayda tamam seyr edər. Min il bu vəchlə dövrini sürdi.

Ruzi-pəncşənbə: bu pəncşənbə güni ələssəbah Müştəri hakimdür. Quşluğun Mərrix, gün zavalında Şəms, öyləyin Zöhrə, beyəlsəlatin Ütərid, ikindüyin Qəmər, axıri-ruz Zühəl hökm edər. Amma bu gün Müştəriyə mənsubdur. İmdi gərəkdür ki, bu gündə ev almaq, sünnət olmaq, yeni biçmək, geymək və ulular ilə söhbət eyləmək və bəylərdən hacət diləmək və xeyir işlərə şüru etmək və bunlarun əmsalına qayət yaxşıdur. Və dəxi Müştəri saətində doğan oğlan bəğayət əhli-elm və zirəkü danavü abid ola, at minməyə və ova rağib ola.

DƏR BƏYANİ-SİFƏTİ-MÜŞTƏRİ. Bu ulduz altıncı göydə doğar, sə’d əkbərdür. Müftilər və müdərrislər və fazillər və kamillər ulduzudur. Təbiətdə atəşı və badidür. Mizacda gərm və tərdür. Keyfiyyəti kişidür. Ləvndə bozdur. Hər bürcdə on üç at tutur. On iki bürcü on üç ildə seyr edər. Bu dəxi bu vəchlə min il tamam hökmini sürdi.

Ruzi-adinə: bu adınə güni danla Zöhrə hakmdir. Quşluğun Ütərid, gün zavalında Qəmər, öyləyin Zühəl, iki namaz ortası Müştəridür. İkindüyin Mərrixdür, axiri-ruz Şəmsdür. Amma bu gün Zöhrəyə tabedir. Eylə olsa, bu gündə ev almaq, eyşü işrət etmək və söhbəti-xəvanin və bağü bağça tikmək və hər nə kim bunlarun əmsalıdur, yaxşudur. Və dəxi bu Zöhrə ulduzı saətində doğan oğlan ya quyəndə və ya mütrib ola, daim zövqdən və işrətdən xalis olmaya, nə ikən fasiq və nə zahid ola.

DƏR BƏYANİ-SİFƏTİ-ZÖHRƏ. Bu Zöhrə ulduzu göyün üçüncü qat göydə doğar, sə’di-əsfcərdür. Mütriblər və fəvvalar və müğənnilər və nədimlər ulduzudur. Təbiətdə xaki və abidür. Mizacda sərdü tərdür. Keyfiyyətdə dişidir və xeyli kəcdür. Ləvndə ağdür. Hər bürcdə iyirmi beş gün tutur. On ayda tamam bürucatı seyr edər. Bu dəxi bu vəchlə min il hökmini sürdü.


Yüklə 11,59 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin