İslam səNƏTİ


ÖMƏR XƏYYAMIN MƏQBƏRƏSİ. NİŞAPUR. İRAN



Yüklə 11,59 Mb.
səhifə16/50
tarix26.12.2016
ölçüsü11,59 Mb.
#3530
1   ...   12   13   14   15   16   17   18   19   ...   50
(“Molla Nəsrəddin lətifələri”)
1973-cü ildə YUNESKO-nun qərarı ilə Şeyx İmadəddin Nəsiminin (qaddəsallahu sirruh) anadan olmasının 600 illiyi bütün dünyada qeyd olundu. O vaxt mötəbər təşkilatın bu təşəbbüsü Sovet rəhbərliyini çətin bir vəziyyətə qoymuşdu. Sovet İttifaqında əsasən rus mədəniyyətinin xadimləri geniş şəkildə təbliğ olunurdu, onların əhəmiyyəti çox-çox şişirdilirdi. Lakin bu halda Kreml, istər-istəməz, bu təşəbbüsə qoşulmağa məcbur idi, müsəlman mədəniyyətinin bu xadimini təbliğ etməyə məcbur oldu. Bundan əlavə, o vaxtlar Bakıda bu şeyxin adını yada salmağı sevmirdilər. Başqa şairlər haqqında, Nizami, Xaqani və Füzulidən çox-çox danışılıb, kitablar yazıldığı halda Nəsimini yada salmırdılar. Bunun səbəbi onda idi ki, bu ədiblər dini, irfani əsərlərlə yanaşı zahirən dünyəvi gürünən əsərlər də yaratmışlar. Sovetin sənətşünasları bu ədiblərin dünyəvi əsərlərinin, şe’riyətinin əhəmiyyətini qabartdırıb, dini, irfani əsərlərini isə tanımaq istəmirdilər. Şeyx İmadəddinin ədəbi yaradıcılığı isə, bunlara çətinlik yaradırdı, çünki bu şeyxin şe’riyyəti tamamən dini, irfani əsərlərdən təşkil olunmuşdu. Bu hürufi təriqətinin şeyxi ömründə bir misra belə olsun dünyəvi şe’r yazmamışdı.

Ona görə, sovet alimləri bicliyə gedərək bəyan etdilər ki, Nəsiminin bir təriqət şeyxi olması məsələsi mühüm deyil. Bu, böyük bir əhəmiyyət daşımır. Onlar, riyakarlıqla, onu dini xadim deyil, bir fəlsəfə adamı kimi qələmə verib, mə’ruzə, məqalə və kitablarında şeyxin şe’rlərinin heçdə dini məzmunlu olmadığını, dünyəvi mahiyyətli olduğunu, cismani sevgi-məhəbbəti tərənnüm etdiyini sübut etməyə çalışırdılar.

Yadımdadır ki, bir hollandiyalı, YUNESKO-nun işçisi Bakıya gəlib, böyük bir yığıncaqda mə’ruzə oxudu. Görünüşündən mənə aydın oldu ki, o həm də xaçpərəst keşişi idi. O, bildirdi ki, mən bu şeyxin yaradıcılığına məftunam. Onun dediyinə görə Nəsiminin anadan olması ildönümünün dünyaca qeyd edilməsi işini bu təşkilata o məsləhət etmişdi. Görünür, onun gizli niyyəti, arzusu bu olub ki, Nəsiminin dini-irfani nəzm əsərləri bu dinsiz dövlətdə, Sovet İttifaqında da təbliğ olunsun.

Bizim kino işçilərindən eşitmişdim ki, bu ümumdünya mədəniyyət təşkilatı Şeyx İmadəddinin həyatı haqqında film çəkilişi üçün bir milyon dollar pul ayırmışdı. Bakıda ssenari yazıldı və təşkilata təqdim olundu. Lakin, YUNESKO bu ssenarini bəyənmədi və pul verməkdən boyun qaçırdı. Təşkilatın fikrinə görə bu ssenaridə Nəsiminin şəxsiyyəti təhrif olunmuş bir şəkildə verilmişdi. Ssenari bu təriqət başçısını, fəal bir şəkildə, siyasi işlərə qarışan, zamanın hökmdarları əleyhinə qiyam hazırlayan, inqilabçı, üsyankar bir şəxs kimi göstərirdi. Halbuki Şeyx İmadəddin Nəsimi tərki-dünya görüşlü bir dərviş baba olub.

Moskva, bunu eşidəndə, onların dollarları bizə lazım deyil, deyib, Bakı kinostudiyasına külli miqdarda rubl pul ayırıb filmi elə bu ssenari üzərində çəkilməsi haqqında göstəriş verdi.

Nəticədə, bu, sovet zehniyyətli film (“Nəsimi”) çəkildi.

Camaat elə bilir ki, filmin yaxşı-pis olması tamamı ilə rejissordan, onun məharətindən asılıdır. Halbuki, əslində filmin uğuru doğsan faiz ssenarinin yaxşılığından asılıdır. Bu ssenari qərəzli şəkildə yazıldığına görə rejissorun ustalığından asılı olmayaraq film alınmadı. Bircə filmin sonluğu, çarmıxa çəkilmə səhnəsi, bədii cəhətdən, qüvvəli, tə’sirli çıxmışdı.
ŞEYX İMADƏDDİN NƏSİMİ (q.s.)
Hər kimin kim, rəhbəridir sidqü ixlasü səfa,

Oldurur darin içində bəndəyi-fəzli-xuda.
Sadiqil-qövlül-əmini istərirsən sən bu gün,

Çün biləsən sadiqül-qövlül-əmini-Müstəfa.
Cövrünə səbrü təhəmmül eyləgil müşriklərin,

Necə kim, gördü Rəsul ilə Əliyyül-Mürtaza.
Şərbəti-maü təhuri istər isən, qəm yemə,

Dövr əlindən zəhr nuş et, çün Həsən hülqi-riza.
Gər bu gün bunda susuzluqdan olursan sən şəhid,

Yarın onda həşr olursan ba Hüseyni-Kərbəla.
Taətin fövt etmə şeytan gərçe yüz nur göstərir,


Yüklə 11,59 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin