Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,06 Mb.
səhifə21/41
tarix30.11.2016
ölçüsü4,06 Mb.
#514
1   ...   17   18   19   20   21   22   23   24   ...   41

Ədəbiyyat:


  1. Andrew Baruch Wachtel. Dünya Tarihinde Balkanlar. (Çeviren: Ali Cevat Akkoyunlu), İstanbul 2009, 141 s.

  2. Əhməd Səlahəddin. Makedoniya məsələsi və Balkan hərbi axırı. İstanbul Qənaət mətbəəsi, 1331 h. (1912), 264 s.

  3. Gülxanım Qarayeva, Aynur Hacıqədirli. Q\Yaxın və Orta Şərq ölkələrinin yeni tarixi (1871-1918), II Kitab, Bakı 2010, 243 s.

  4. Fahir Armaoğlu. 20. Yüzyıl siyasi tarihi, 1914-1980, Ankara 1983, 851 s.

  5. Mustafa Armağan. Abdülhamid`in Kurtlarla Dansı, İstanbul 2006, 335 s.

  6. İsmayıloxa X. XIX əsrin ikinci yarısında Osmanlı imperiya­sın­­da mil­li münaqişə ocaqlarının yaranmasında Qərb döv­lət­lə­ri­nin rolu, s.59-62 // Şərqin aktual problemləri: Tarix və müasir­lik, Bakı 2001, 282 s.


Xatirə KƏRİMOVA

(Əlyazmalar İnstitutu)
MİRZƏ KAZIM BƏY VƏ ONUN

TÜRK-TATAR DİLİNİN ÜMUMİ QRAMMATİKASI” ƏSƏRİ


AMEA-nın M.Füzuli adına Əlyazmalar institutunun çap ki­tabları ara­sında IX-195/292 şifrəli Mirzə Kazımbəyin “Türk-tatar dilinin umu­mi qrammatikası” əsəri də mühafizə olunmaq­da­dır.

Görkəmli azərbaycan alimi, şərqşünası M.Kazımbəy ol­duq­ca ma­raq­lı və çətin bir ömür sürmüşdür.

M.Kazımbəy 1802-ci ilin 22 iyulunda Cənubi Azərbayca­nın Rəşt şəhərində anadan olmuşdur. Bir qədər sonra atası Dər­bəndə qazi təyin olunur və ailəsi ilə birgə bu şəhərə köçür. Atası Məhəmməd Qasım Ka­zımbəy Dərbəndin tanınmış ruha­ni şəxslərindən biri kimi tanınırdı. Ka­zımbəy İslam dininin əsas­larını öyrənməklə yanaşı Azərbaycan, fars, rus, türk və ərəb dillərinə də mükəmməl şəkildə yiyələnir. Atası oğ­lunun İran və Ərəbistanda dini təhsil almasını, ruhani olmasını is­tə­yir­di. Lakin o 1820-ci ildə İran leyhinə cəsusluq fəaliyyətində gü­nahlan­dı­rı­lır, bütün dini rütbələrindən məhrum edilir və Həş­tərxana sürgün edi­lir.

Kazımbəy dilçiliyə tərcümələri ilə başlamışdır. Sonralar o fransız, al­man və tatar dillərinə də mükəmməl öyrənir. 1825-ci ildə təhsilini da­vam etdirmək üçün Böyük Britaniyaya, Londo­na dəvət olunur. Lakin rus hakim dairələri bu təklifin həyata keç­məsinə imkan vermirlər. Ru­siya İmperiyasının xüsusi sə­rən­camı ilə Kazımbəy Omska tatar dili mü­əl­limi olaraq gön­dərilir. Lakin Kazanda xəstəliyə tutulması səbəbindən Omska gedişi təxirə salınır və o heç vaxt bu şəhərə getmir. Kazanda olarkən Kazımbəy Karl Fuks adlı tarixçidən Kazan univer­si­te­tində ərəb və fars dillərindən dərs demək təklifini alır. 1828-ci ildə Britaniya Kral Şərqşünaslıq Cəmiyyətinə üzv və Kazan universitetində yenicə yaran­mış “Türk dilləri” fakultəsinə rəh­bər təyin olunur. Elmi fəalliyətinə görə, həmçinin Rusiyada şərq­şünaslıq sahəsində ali təhsilin təşkilində fəal iştirakına gö­rə Kazım bəyi 1835-ci ildə Peterburq Elmlər Akade­miyasının müxbir üzvü seçirlər.

Kazımbəy şəxsiyyətinin unikallığı ondadır ki, o şərq, mü­səl­man mə­dəniliyini rus və qərbi avropa elminin ənənələrini özün­də birləşdirərək, Rusiya şərqşünaslığının uzaqgörən təşki­lat­çısı, dünya səviyyəli, iste­dad­lı şərqşünas alim olmuşdur.

Mirzə Kazımbəy azərbaycan dilinin ilk elmi qrammatika­sının naşiri kimi öz adını elmdə qızıl hərflərlə yazdırmışdır. 1839-cu ildə yazdığı “Türk-tatar dilinin qrammatikası” adlı əsə­­ri­ni Kazanda çap etdirir. Əsər müəllifə dünya şöhrəti gətir­mişdir. Bu əsər Rusiyada türk dilinin qram­matik tədqiqatları tarixində mühüm mərhələ olaraq, elmdə böyük səs-küyə səbəb oldu. Təsadüfi deyildir ki, bu qrammatikanın 1846-cı ildə “Türk-tatar dilinin ümumi qrammatikası” adı altında çap olun­muş tək­rar nəşri Demidov mükafatına layiq görülmüşdür. Əsə­rin təkrar nəşri bir çox yeni filoloji araşdırmalar ilə daha da zən­ginləşdirilmişdir.

Əsər müəllifin özü tərəfindən yazılmış müqəddimə, mündə­ri­cat və 3 hissədən ibarətdir. “Türk-tatar dilinin ümumi qram­ma­tikası” demok­ra­tikliliyi, əlverişliliyi və asanlığı ilə çox seçi­lirdi. Bu əsərində Kazım­bəy osmanlı, azəri və digər türk dillə­rinin və ya o zaman deyildiyi kimi dialektlərinin fonoloji, mor­foloji və sintaksis təhlil və müqayisəsini aparır. Qeyd etmək la­zımdır ki, o dövrlər Rus imperiyasında əksər türk dilləri “Ta­tar” və ya “Türk-tatar” adlı vahid dilin ayrı-ayrı dialektləri ki­mi qəbul olunur. 1921-ci ildə Jan Denin “Türk dilinin qram­ma­tikası” əsərinin nəşrinə qədərki dövrdə Avropa universi­tet­lə­rində əsas istinad ədəbiyyatı olaraq istifadə olunmuşdur. Əvəz­siz tədris vəsaiti olan bu əsər 1848-ci ildə alman alimi Senker tərəfindən alman dilinə tərcümə olunaraq Leypsiqdə nəşr olunmuş və Avropada fəxri yer tutmuşdu. Əsərdə Mirzə Ka­zımbəy “Azərbaycan dili” terminini ilk dəfə olaraq elmi su­rətdə əsaslandırmış və “Azerbican” formasında elmi dövrəyə da­xil etmişdir. Bu “qrammatikanın” sayəsində nəinki rus hətta, qərbi av­ropa şərqşünaslarının, müəllimlərinin və şərq dilləri mühazirəçilərinin parlaq pleyadası yetişdirilirdi. Əsərin əhə­miy­yəti indi də öz aktuallığını elmdə qoruyub saxlamışdı.

ƏDƏBİYYAT:


  1. А.К.Рзаев Мухаммед Али М. Казем-Бек. Москва, 1989.

  2. А.К.Рзаев Азербайджанские востоковеды XIX века Баку, 1986.

3. Кононов А.Н. История изучения тюркских языков в России. Москва, 1972, с. 206.
Sevinc Rəhnulla

(Əlyazmalar İnstitutu)

Şeyxülİslam Əbdüssəlam Axundzadənİn

həyatı

(arxiv sənədləri əsasında)

Qafqaz Ruhani İdarəsinin şeyxülislamları arasında Ə.Axund­zadə də­rin biliyi, xidmətləri, dinin müxtəlif sahələ­rin­də yaz­dı­ğı əsərləri ilə se­çilmişdir.

Tiflis-Kutaisi şiə quberniya məclisinin sədri Axund Hacı Baba Hə­sənzadə, üzvlər Axund Mustafa Talıbzadə, Axund İs­maıl Yusifzadə tə­rə­findən 1877-ci il fevral ayının 17-də təsdiq olunmuş şəhadətnaməyə əsa­sən Əbdüssəlam Axundzadə Sal­yan sakini Axund Vəliməhəmməd Allahverdi oğlunun Xanım Əliverdi qızı ilə qanuni nigahından hicri tarixi zilhiccə ayınin 12-si 1258-ci il, xristian təqvimi 2 yanvar 1843-cü ildə anadan olmuş doğma oğludur.

Dövlət müşaviri, Tiflis müsəlman gimnaziyasının ştatlı nəzarətçisi Ə.Axundzadə tam elmi kursu bitirdikdən sonra 1864-cü il yanvarın 1-i Salyana prixod mollası təyin olunub.

Əlahəzrət İmperatorun xidmətinə daxil olduğu üçün 1872-ci il 1 oktyabrda ruhani rütbəsindən azad edilmişdi.

Qafqaz Namestniki tərəfindən 25-26 yanvar 1873 cü il № 873 qərarı ilə Tiflis müsəlman gimnaziyasına şiə şəriət mü­əl­­limi təyin olunmuş­dur.

1 yanvar 1878-ci il Senat rəhbərliyinin № 1 qərarı ilə xid­mət­lərinə görə Quberniya Katibliyinə üzv seçilir.

Yenə də Senatın 1 noyabr 1879-cu il № 128 qərarı ilə xid­mət­lərinə görə Kollegial katib vəzifəsinə keçirilib.

Qafqaz təhsil mərkəzinin rəhbərliyi tərəfindən 6 oktyabr 1879-cu ildə Zaqafqaziya müəllimlər seminariyasının Tatar şö­bəsində şiə şəriəti müəllimi vəzifəsini yerinə yetirmək icazə­si verilmişdir.

Senat rəhbərliyinin 24 sentyabr 1880-cı il № 165 qərarı ilə Dövlət məmuru vəzifəsinə keçirilib.

Qafqaz təhsil dairəsi rəhbərliyi tərəfindən Zaqafqaziya mü­əl­limlər seminariyasının Tatar şöbəsinə 28 iyul 1880-cı № 4041 qərarı ilə şiə şə­riə­ti müəlləmi təsdiq olunub.

Senat rəhbərliyinin 11 noyabr 1882-ci il № 110 qərarı ilə xidmət­lə­rinə görə Kolleg Asessoru (Çar Rusiyasında mülki rüt­bə, məhkəmə ic­las­çısı) təyin olunub.

Əla xidmətlərinə görə Mərhəmətli çar tərəfindən 1884-cü il de­kabrın 26-da 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif olunub.

Senat rəhbərliyinin 11 iyun 1886-cı il № 11 qərarı ilə Saray mü­şaviri (Çar Rusiyasında 7-ci dərəcəli mülki rütbə) təyin olu­nub.

Senat rəhbərliyinin 1890-cı il 30 aprel № 94 qərarı ilə Kol­leg Ases­soru (Çar Rusiyasında mülki rütbə, məhkəmə ic­las­çısı) təyin olunub.

İran Şahı tərəfindən 1893-cü il 22 sentyabrda fars dilininin qram­ma­tikasını tərtib etdiyinə görə 4-cü dərəcəli Şir və Günəş ordeni ilə təltif olunub.

7-ci dərəcəli mülki rütbədən aşağı olmayaraq 12 illik eyni və­zifədə qüsürsuz və səmimi fəaliyyətinə mükafat olaraq Rə­him­dil çar tərəfin­dən 3 fevral 1894-cü ildə 3-cü dərəcəli Mü­qəddəs Anna ordeni ilə təltif olunmuşdur.

Əlahəzrətin mülki hissəyə 1aprel 1903-cü il № 25 əmrinə əsasən Dövlət müşaviri təyin olunmuşdur.

Əlahəzrətin təyinatı ilə 21 iyun 1894-cü ildə Zaqafqaziya Şeyxülis­la­mı, Şiə Ruhani İdarəsinin sədri olmuşdur. Qafqaz Mül­ki işlər üzrə Baş idarənin 22 avqust № 7402 qərarında gös­tərilir:

“Daxili işlər nazirliyi Baş idarəni xəbərdarlıq edir ki, Əla­həzrət İmperator Zaqafqaziya Müəllimlər seminariyası Tatar şö­bəsinin şiə mü­əl­limi Kollegiya sovetniki Ə.Axundzadə Za­qafqaziya Şeyxülislamı tə­yin etmişdir.

Ruhani İdarəsinə bu təyinat barəsində xəbardarlıq edilsin. Qafqaz Təhsil dairəsinin müdirinə təklif olunur ki, haqqında danışılan Ə.Axund­zadəni yeni təyininatı ilə əlaqədar vəzifəsini yerinə yetirmək üçün göndərilsin”.

Əlahəzrətin icazəsi ilə 21 aprel-26 may 1896-cı ildə Mos­kva­da İm­pe­rator həzrətlərinin təntənəli müqəddəs tacqoyma mə­rasimində olmuş­dur. Qeyd edək ki, Qafqaz Ruhani İdarəsi­nin şeyxülislamlarından yal­nız Ə.Axundzadəyə belə bir mötə­bər məclisdə iştirak etmək nəsib ol­muşdur.

Böyük İran şahı tərəfindən 3-cü dərəcəli Şir və Günəş or­deni ilə təl­tif olunmuşdur. (Əlahəzrətin icazəsilə göndərdiyi şəxsin qəbuluna görə)

Rəhimdil çar tərəfindən qüsursuz və səmimi fəaliyyətinə mükafat ola­raq 8 oktyabr 1896-cı ildə 2-ci dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdur.

1897-ci ildə 1-ci ümümxalq siyahıyaalınmadakı zəhmətinə görə bü­rünc medal təqdim olunmuşdur. Mərkəzi Statistika Ko­mitəsinin direk­to­ru tərəfindən Axundzadəyə 2 aprel 1897-ci il № 3648 qərarında bil­di­rilir:

“Qibleyi-aləmin 30 yanvarda, Əlahəzrətin əmri ilə 1-ci ümüm­xalq siyahıyaalınmadakı zəhmətinə görə, siyahıyaalın­ma­da və ya onun uğur­la sona çatmasında iştirak edən şəxslərin 21 noyabr 1891-ci ildə Əla­həz­rətin icazəsi ilə yaradılmış bü­rünc medal taxmaq hüququnun veril­məsi haqqında ali fərmanı olmuşdur. Əlahəzrətə ayrı-ayrı şəxslər ara­sın­da paylanacaq me­dal­ların Daxıli İşlər Nazirliyinə təqdim etmək se­vin­dirici idi. Daxıli İşlər nazirinin əmrinə əsasən, sizin 1-ci ümümxalq siyahıyaalınmadakı iştirakınıza görə mən sizə, № 144 şəhadət­na­məsi ilə adı çəkilən medalı göndərməyi şərəf bilirəm. Aci­za­nə xahiş edirəm, mə­nim tam hörmət və sədaqətimə inana­sı­nız.”

Xeyirxah çar tərəfindən 1 yanvar 1902-ci ildə 4-cü dərəcəli Mü­qəd­dəs Vladimir ordeni ilə təltif olunmuşdur.

1905-ci il erməni-müsəlman davası zamanı müxtəlif vaxt­lar­da Bakı, Nax­çıvan, Yerevan, Yelizavetpol və Şuşa şəhər­lə­rində qırğının dayan­dı­rıl­ması, zərər çəkmiş müsəlmanlara yar­dım edilməsi işinə rəhbərlik etmişdir.

Əlahəzrət tərəfindən 6 oktyabr 1905-ci ildə 3-cü dərəcəli Mü­qəddəs Vladimir ordeninə layiq görülmüşdür.

Ə.Axundzadə 1907-ci il 18 noyabrda vəfat etmiş, Tiflisdə M.F.Axun­dovun dəfn olunduğu “Nəbatat bağı”nda torpağa tap­şırılmış­dır.

3 dəfə ailə həyatı qurub. Üçüncü nigahı Sona xanım Ca­vad­bəy qızı ilədir. Vəfat etmiş birinci həyat yoldaşı Ummu-Sələ­mə Abdul-Əlibəy qızından beş övladı dünyaya gəlmişdir:

1) 28 dekabr 1879-cu il də Əbdül-Lətif bəy (başqa sənətdə 18 av­qust 1877), 2) 28 mart 1880-cı ildə Əbdür-Rəşid bəy, 3) 20 noyabr 1882-ci ildə Asəf bəy, 4) 20 dekabr 1884-cü ildə Validə xanım, 5) 1 may 1887-ci ildə Zabitə xanım.

Vəfat etmiş ikinci həyat yoldaşı Gülarə xanim Hacı Ələkbər qızın­dan 25 sentyabr 1901-ci ildə bir övladı - Asiya xanım anadan olmuşdur. Həyat yoldaşı və uşaqları onunla birlikdə Tiflisdə yaşayıblar.

Ə.Axundzadə vəfat etdikdən sonra ailəsi ağır maddi durum­la üz­lə­şib.

Qafqaz Canişinliyinin 6 yanvar 1908-ci il də Zaqafqaziya Ruhani İdarəsinə göndərdiyi № 47 əmrdə bildirilir:

“Canişinin qərarı ilə Əlahəzrətin sərəncamından rəhmətlik Zaqafqa­ziya Şeyxülislamıının dəfninə və başsız qalmış ailəsi­nə müavinət olaraq 300 manat verilib.

Bu gün rəhmətliyin dul qalmış arvadı Sona xanım və oğlu uni­ver­sitet tələbəsi Rəşid bəy pul yardımı göstərilməsi üçün Canişinə ərizə ilə müraciət etmişlər. Tələbə Rəşid bəy izah etdi ki, rəhmətlik atasını müa­licə etmiş həkimlərin Rudenko, Çudnovsko, Krasovskaya aylıq zəhmət haqqları indiyə qədər ödənilməyib.

Dəftərxana Əbdüssəlam Axundzadənin ağır maddi vəziy­yət­lə üzləş­miş, həyatda hər bir vəsaitlərdən məhrum olmuş ailə­si uçun, 1907-ci ilə İdarənin saxlanılması üçün ayrılmış məb­ləğin qalığının İdarə üzvlərinə paylanılacaq pulundan mü­əy­yən miqdarda vəfat etmiş Şeyxülislamıın ailəsinin ehtiyyac­ları üçün ayrılmasını xahiş edir. Həmçinin, bu ailəyə Tiflis şiə məscidindən pul yardımı göstərilməsinin mümkünlüyü məsə­lə­sinin həllinə baxılsın.

Dəftərxana xahiş edir ki, hesabat üçün nəticəsi bildirilsin.”

İmza edən: Hofmeyster rəhbərliyi (Çar Rusiyasında dəftər­xa­naya, xə­zinəyə rəhbərlik edən yüksək rütbəli məmuru)

Müəyyən yardım göstərilsə də, onun ailəsi maddi və mə­nəvi sıxın­tılar içərisində yaşamışdır.

Şeyxülislamın dul qalmış qadını Sona xanım Cavad bəy qızı tərə­fin­dən 14 yanvar 1908-ci ildə edilən № 790-li xahişna­mə­dən sonra 31 iyun 1908-ci ildə Qafqazdakı canişin dəftər­xa­nasından Zaqafqaziya Şiə Ruhani İdarəsinə № 15233 əmr göndərilmişdir ki, Sona xanıma təcili təqaüd təyin olunsun.



İstİfadə olunmuş arxİv materİalları:
ARDTA -fond № 290 təsvir 1 iş № 1508 ; № 1627

təsvir 2 iş № 2612


Şəfiqə Abdullayeva (Əlyazmalar İnstitutu)
İsmayıl bəy Nakamın əsərlərİndə klassİklərİn yerİ
XIX əsr Şəki ədəbi mühitinin yetirdiyi istedadlı şairlərdən biri də Mirzə İs­mayıl bəy Nakamdır. O, Dərviş Hacı Mə­həm­məd Ağanın oğlu, mayor Sədrəd­din­bəyzadənin isə nəvəsidir. Nakam 1839-1908 illərdə Nu­xada yaşayıb yaratmış, 3 bö­­yük ”Divan” yazmış, “Məcnun və Ley­li”, “Fərhad və Şirin” poe­ma­larını ”Hədisi- Lətif” və ”Niyaznamə” əsər­lərini, qəzəllər­dən ibarət “Şeirlər” kitabının müəllifidir. “Həyat” və “Ziya” qəzetlərində alovlu çıxışları və məktubları var­dır. M-375 şifrli “Divanı-bədii” əsərindəki (6. s.51) qəzəlində yazır:

Diyari-hicrdə, iqlimi-qəmdə, mülki-həsrətdə,

Nə dürlü kim, bəlavü dərdü qəm var, etmişəm hasil.

Fəğan kim, gülşəni-ümiddə nalan olub axır,

Güli-məqsudə vasil olmayıb, xar etmişəm hasil. (6. s.51b)

Yaradıcılığında Nəvai əlaqələri yüksək dərəcədə görünən şairlərdən biri də İs­­mayıl bəy Nakamdır. O, “Fərhad və Şirin” poemasında Nəvai yolu ilə getmiş, Fər­hadı böyük sənətkar kimi ilk plana çəkmişdir. Seç­diyi “gurqac”, “yakulur”, ”kəc”, ”hadis” və s. rədiflərdə ümumilik var­dır. Nakamın da naqabil katiblər haq­qın­da yazdığı qitəsi, Nəvainin ”Səbeyi-Səyyar”ı­nın sonundakı misralarda Füzuli­nin eyni məzmunlu qitəsi ilə nə qədər yaxındır. Nəvai qəzəllərinin birində yazır:

Zohid sanqa hur, manqa conona gerak,

Cannat sanqa bolsun, manqa mayxona gerak. (2. s. 760)

Nakamın “Gərək” qəzəlindəki ifadəyə baxaq:

Ver badə kim sədaqına gənci rəvan verib,

Düxti-rəz ilə könlümü damad edəm gərək.

Müğbəçə təəllül edib badə verməsən,

Bünyadi-dəhri-ah ilə bərbad edəm gərək. (8. s.388)

Nakam Nabinin əsərlərindən bəhrələnməklə bərabər, Nabi­yə məx­sus kəl­mələrdən istifadə etmiş, son misralarda olan qa­fiyə və rədifləri öz misralarında işlətmişdir, bu heç də Nabini təq­lid etmək deyil, əksinə, sevdiyi ustada cavabdır.

Nabi yazır:

Afət, çeşmin gönüldə olmayan halətmi var,

Çeşmi-fəttanın kibi aləmdə bir afətmi var?(1. s.9)

Nakamda isə:

Pay yarə düşməgə əğyardır növbətmi var,

Sayəsində nəxli-ümüdün məgər rahətmi var?(1. s. 9)

Nabinin qəzəlində:

Sənin rüxsarın alın kim, gülü həmrəyə qalıbdır,

Mənim naləmdə, ey gül, bülbüli-şeydayə dəyər. (1. s.10)

Nakam Nabınin qəzəlinə nəzirə olaraq yazır:

Dəm sərdi-ahım zülfi-ənbərsayə qalıbdır,

Ümüd vüsaliylə dildə həva sevdaya qalıbdır. (1. s.10)

Ə.Müznib (1. s.9) səhifədə “Nakam” adlı məqaləsində ya­zır: ”Na­kam Nabi­nin mütaliəsindən də lazımınca istifadə et­miş­dir. (İrəvan, Təş­mir, Keysivan,) Na­biyə məxsus olan kəl­mələr Nakamın da qəzəl­lə­rin­də görülür, həm də yazdığı nəzi­rələr daha çoxdur. Hala Nabiliyi an­latan bir vəzn, bir rədif, bir qa­fiyədə yazılan bir neçə qəzəllərin müta­liələri buraya nəql olunur”.

X.B.Natəvan oğlunun ölümü münasibətilə “Sənsiz” rədifli qə­­zəlini yaz­mış­dır. Nakam Natəvanın kədərinə öz münasibə­ti­ni bu “Sənsiz“ rədifli qəzələ nəzirə ola­raq “Sənsiz” qəzəlini yaz­­mışdır. Bu qəzəl D-379/7668 şifrli cüngdədir. Bu qə­zəl top­luda 157 b vərəqindədir (11. s.13/157). Bu qəzəl B-2708/ 4333 şifrli əl­yaz­manın 2-ci səhifəsində də verilmişdir. Bu qə­zələ S.Ə.Şirvani, Hüzni Baba Hacı Sa­leh, Ə.Ə.Səbur, Məşədi Azərin, və b.da nəzirə yazmışlar. Nakam yazır:

Nigarə aləm olmuşdur bana namehriban sənsiz ,

Günüm qarə, dilim sədparə, halimdir yaman sənsiz. (11. s.13/157)

X.B.Natəvanın qəzəlində isə bu ah-fəğan qəlbi yandıran və üzücü­dür:

Bahar ayamıdır açılıbdı güllər, ey cavan, sənsiz,

Təəssübdür nədən divanə olmaz Natəvan sənsiz.

(11. s. 13/157)

Nakam B-8007/11888 şifrli əlyazmada Nəsimi poeziyasının gözəl­li­yini öz qəzəllərində canlandırmış və B-4175 şifrli əl­yaz­mada (8. s.54a) vərəqindəki qəzə­lində bir qədər dəyişiklik edərək yazır:

Sən bana yar ol ki, könlüm bir dəxi yar istəməz,

Könlümün dildarı sənsən özgə dildar istəməz .(8. s.54a)

Nəsimidə isə bu qəzəl belə yazılmışdır:

Sən sana gər yar isən var, ey könül, yar istəmə,

Yarü dildar ol sana, sən yarü dildar istəmə. (10. s. 197)

Nakam “Eylədi”qəzəlində dəyişiklik etmiş olsa da, məz­mun­da ox­şar­lıq çoxdur:

Firqətin dərdi nigara bağrımı qan eylədi,

Rüzgar oldu müxalif vəsli hicran eylədi.(9. s. 54a)

Nəsiminin qəzəlində isə mənaca oxşarlıq olsa da şəkilcə ayrıdır:

Ayrılıqdan yar mənim bağrımı büryan eylədi,

Özünü bir yana saldı, məni bir yan eylədi. (10. s. 200)

Nakamın Füzuliyə nəzirələrini alimlərimiz F.Qasımzadə, M.Quluza­də, Ə.Müznib və b. epiqonçuluq kimi qiymətləndir­miş­lər. Nakam Füzu­li qəzəllərinə nə­zirə və təzminlər etmişsə də çox ləyaqətli, səliqəli, for­ma, dil, üslub və məzmun baxı­mın­dan öz məhsulunu yaratmış, ustadına olan sevgisini davam etdirməklə klassik ədəbiyyatın davamına nəhayət vermişdir. Professor M.Quluzadə Füzuli lirikasının özbək əlaqələrindən danışarkən yazır: ”Yarışa girişən şair ədəbi fikri irəliyə apar­ma­lı, ondan əvvəl yaradılmış əsərdən yüksəkdə və ya heç ol­maz­­sa onunla yanaşı durmağa layiq orijinal əsər yarat­malı­dır”.(4. s. 213)

Nakamin İbrahim Həqqi şeirlərindən təsirlənməyi də aş­kardır. Böyük sə­nət­karların təsiri Nakamın ədəbi tarixi sima kimi formalaş­ma­sına böyük təsir etmişdir. (M.Rafili) F.b.Kö­çər­li “Azərbaycan ədəbuy­yatı” adlı kitabında (3. 287 )-ci sə­hifə­də yazır: “Nakamın İ.Həqqi həz­rətlərinə bir misraını mütə­zəm­min inşa qıldığı tər­cibənd dəxi şayani-diqqəti-əhli-ürəfa və şüəra olduğundan burada eyni ilə təhrir olunur”:

Nə intizam bulmuş idi nəzmi-kainat,

Nə olmuş idi zatə əta kisveyi-sifat.

Nə gəlmiş idi zahirə eyni təəyyünat,

Nə kambəxş vəsl idi abayə ümməhat.

Nə kəşf idi nükati-müəmmayi-hadisat,

Nə əql idi məşvəşi-rəmzi-təəllüqat.

Nə dil səqimi-keşməkeşi-inü an idi,

Dəmlər o dəmlər idi, zaman ol zaman idi. (3. s. 287-288)

F.b.Köçərli fikrini belə bitirir: “Füzuli dəxi bu mətləb üstündə xeyli gözəl kəlami-bəlağətsənci-ilə rişteyi- nəzmə çəkib nəticeyi-kəlamda bu beyti demişdir”:

Əlqissə , vücud dami-qəmdir,

Azadələrin yeri ədəmdir. (3. s. 289)

Şair bu fikirlərini belə çatdırır:-“Ol zamanda intizami-aləm bir qay­da təhtinə gir­məmişdi, zatə kisveyi-sifat əta olunma­mış­dı, müəmmayi-hadisat kəşf olunma­mışdı, vücudi-insan nəf­si-əmmarə əlində əsirü sərgərdan deyildi, azadə idi. Hal bu üzrə ikən zillət və aşüftəlik zamanı irişdi və vücudi-insanı qeyd etmək üçün min cürə riştələr və zəncirlər tərkib olundu və şair Nakam dəxi aləmi-nasutə xa­rü zar gəlib, küdurət məh­bəsində əsir və muqəyyəd oldu”.(3.s. 289)

Nakamın Həbibi qəzəllərinə tutqunluğu nəzirə olaraq tən­zim qıldığı bu tərci­bəndində şairin nitq dərəcəsini və şeir fən­nində olan məharətini və qabiliyyətini göstərir. Bu kəlamda elə fərd­lər var ki, ən böyük türk şairlərinin kəlamından onları ayı­rıb kənar etmək mümkün deyil. Nakam da eynilə 7 bənddən iba­rət müsəddəs yazmışdır. Bu Həbibinin yaradı­cı­lığının zir­vəsi sayılan ”Dedim-dedi” müsəddəsinə cavabdır. Füzulinin Hə­bibiyə cavab olaraq yazdığı bu müsəddəsdə bədii surətlərin xeyli dərəcədə cilalandığı, sadələşdiyi nəzərə çarpır: Şeirə ba­xaq:

Şiddət bulub könüldə təəşşüq əsərləri,

Çevrəmdə huyü hay ilə ətfal ləşkəri,

Çəkdi hərimi-yarə məni eşq rəhbəri,

Əhvalımı xərab görüb dedi ol pəri:

Divanəsən, nəsən, nə olub sənə?-Dedim:

Məftuni-ceşmi-sahiri-fəttanınam sənin. (3. s.286)

B-4175/5800/ şifrli əlyazmada Nakamın şeirləri içərisində Füzuli­nin:

Sərvi-azad qəddinlə mənə yeksan görünür,

Nəyə sərgəştə olan baxsa xuraman görünür. (9. s.54)

Şair burada “qədinilə” və “eksan” (12. s.68) sözlərində də­yi­­şiklik et­miş və sonda adını dəyişmiş, görünür misraları sax­ta­laşdırmamış, şairin fikirlərinə şərik olduğu­nu bildirmişdir. Bundan əlavə ”Görünür“ rədifli bir neçə qəzəlində isə şair öz usta­lıq məharətini göstərə bilmişdir.

O,”Leyli və Məcnun “ əsərində verdiyi lirik ricətdə deyir:

Can vermə qəmi-eşqə ki, eşq sadiqi candır,

Eşq afəti-can olduğu məşhuri cahandır. (5. s. 68)

Nakam həmin qəzəlin təsiri ilə B-4175/5800 şifrli əlyaz­ma­da yazir:

Can vermə neyim eşqinə ki, eşq afəti candır,

Eşq afəti-can olduğu məşrəsi ruhi rəvandır .

Ey əbrui-xəm qətlinə bir xəncəri xövnəriz,

Hər zülfi-siyah, qəsdi-nigar, əfi ilandır. (9. s. 24)

Molla Pənah Vaqif “Görmədim” rədifli şeirində dövründən şikayət­çi kimi, ittihamçı, hücumçu kimi sözə başlayır:

Mən cahan mülkündə mütləq doğru halət görmədim,

Hər nə gördüm ,əyri gördüm, özgə babət görmədim.

(10. s.369)

Nakamda isə dövrandan və aşiqin şikayəti gözələ xitabən söylənil­mişdir.

Gəzmişəm gülşəndə bu bir sən kimi güli görmədim ,

Qamət mina kibi bir zülfi-sünbüli görmədim.

Oxuyur gülşəndə bülbüllər və xoş dili görmədim,

Fanidə eşq atəşindən üzü müşküli görmədim. (9. s .20 b)

Göründüyü kimi romantik ruhlu, maarifpərvər, saf düşün­cə­yə malik olan, savadlı və tələbkar çıxışları ilə ürəklərdə qorxu yaradan şairin əsər­lərinin üzə çıx­maması, sabahının bu günə qədər parlamadığının sə­bəbləri məhz budur.

Şirin dili, ləhcəsi, məzəli ifadələri ilə seçilən Nakamın D-831/ şifrli əlyaz­ma­sındakı bu maraqlı, məzmunlu misrası diq­qəti cəlb etməyə bil­məz:

Bəni məst eyləyən, bu gözləri xumar imiş, bilirəm,

Bəni nalan edən, bir də xalları gülnar imiş, bilirəm. (7. s.1)

Bu da Nakamı Füzuli ədəbi məktəbinin davamçısı sıralarına daxil etməyə haqq qazandırır. O, “dövrünün fəryadı, üsyan­karı olmuşdur”.

Ədəbİyyat:
1.Əlabbas Müznib. Seçmə parçalar. ( 1928) Bakı. Azərnəşr.

2.Əlişir Nəvai. Əsərləri. (1987) I-cild. Daşkənd.

3.F.B.Köçərli. (1981) Azərbaycan ədəbiyyatı. 2-ci cild. Bakı. ”Elm nəş­riy­yatı”.

4.Quluzadə Mirzağa. Füzulinin lirikası.(1965) Bakı Azərbay­can SSR EA nəşriyyatı.

5.Məhəmməd Füzuli. Seçilmiş əsərləri. (1958) Bakı.

6.Nakam. Divani bədii. (1897) M-375 şifrli əlyazma Nuxa.

7.Nakam. Qazixanə dəftəri (1898-1908) D-831 şifrli əlyazma. Nuxa.

8.Nakam. (1901) B-8007/11888 şifrli əlyazma.

9.Salman Mümtaz Cüng. (1896-1902) B-4175 şifrli əlyazma. Bakı.

10.Ə.Səfərli, X.Yusifov (1982) Qədim və orta əsrlər Azər­bay­can ədə­biyyatı. Bakı Maarif nəşriyyatı.

11.D-379/7668 şifrli əlyazma.

12.M. Füzuli. Seçilmiş əsərləri.1958.Bakı. Dövlət nəşriyyatı.


Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin