Mus.V.4. Şagird sadə ritmik parçanı, melodiyanı oxuya və köçürə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
notları skripka, bas açarlarında oxuya və yaza bilirsə;
-
alterasiya işarələrini oxuya bilirsə;
-
oktavaları sadalaya bilirsə;
-
ritmik parçanı yaza, oxuya və əl çalmaqla ifadə edə bilirsə;
-
əsərləri öyrənən zaman not mətninə əsaslanırsa.
Mus.V.5. Şagird özünün dərs fəaliyyətini təşkil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
ayrı-ayrı məsələləri həll etmək üçün icra olunası işləri ardıcıllıqla planlaşdırırsa;
-
dərsin gedişinə fəal qoşulmuşdursa;
-
suallar verirsə;
-
sorğularda iştirak edirsə.
Dostları ilə paylaş: |