Mus.VII.4. Şagird tədris layihəsində iştirak edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
nəzəri material axtarırsa, resurs yaradırsa;
-
konsertin, tamaşanın, tele/radio verilişinin hazırlanmasında, jurnalın tərtibatında iştirak edirsə;
-
layihənin təqdimatında iştirak edirsə.
İstiqamət: kommunikasiya, şərh
Mus.VII.5. Şagird musiqi əsərlərinin təhlilində iştirak edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
musiqi əsərlərinin dinlənilməsi ilə yaranmış təəssüratlar barədə söhbət edirsə;
-
musiqi əsərlərinin janrlarını (opera, balet, simfoniya, instrumental konsert...),üslubunu (klassik, xalq və müasir) müəyyənləşdirə bilirsə;
-
dinləmə zamanı musiqinin təsviredici vasitələrini xarakterizə edirsə;
-
söhbət zamanı musiqi terminlərindən istifadə edə bilirsə;
-
dinləyərkən musiqi əsərlərini tanıya bilirsə.
Mus.VII.6. Şagird musiqi incəsənətinin nümunələrini və ya musiqi yaradıcılığını sinif yoldaşlarına tanış edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Onun üçün maraqlı olan musiqi əsərlərini/ifaçıları/bəstəkarı seçə bilirsə;
-
Musiqi əsərlərinin, bəstəkarın, ifaçının barəsində informasiya toplaya və işləyib-hazırlaya bilirsə;
-
Axtarılıb-tapılmış informasiyanı, musiqi əsərləri barədə, bu və ya digər musiqi barədə öz təəssüratlarını sinif yoldaşlarına tanış edirsə.
Dostları ilə paylaş: |