İstiqamət: praktiki qabiliyyət-vərdişlər
Mus.VII.1. Şagird improvizasiyalı məşğələlərdə iştirak edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
melodik parçanı sekvensiv yerdəyişmə ilə oxuyursa;
-
müəllim və yaxud sinif yoldaşı tərəfindən başlanmış melodiyanı mahnı ilə tamamlaya, musiqi parçasına, ritmik fiqura cavab verə bilirsə;
-
öyrəndiyi şeirə melodiya seçə bilirsə;
-
sinif yoldaşları tərəfindən oxunan melodiyaya səsi ilə kömək edirsə.
Mus.VII.2. Şagird mahnını sinif yoldaşları ilə birlikdə oxuya bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
xalq və klassik repertuardan bir, iki və sadə üçsəsli mahnıları xor tərkibində oxuya bilirsə;
-
kanon tipli məşğələlərdə mahnılar oxuya bilirsə;
-
musiqi əsərlərini ifa edərkən müxtəlif əksedici üsulları seçə bilirsə;
-
musiqi əsərlərinin parçalarını/mahnıları ifa edir və not yazılarına əsaslana bilirsə.
Mus.VII.3. Şagird musiqili-kompüter proqramlarından istifadə etməklə müxtəlif tapşırıqları yerinə yetirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
musiqili-bəstəkar proqramının müxtəlif imkanlarını (musiqinin köçülürlməsi, fakturanın, tembrin seçilməsi, ritmik müşayiət) tanıyırsa;
-
verilmiş tapşırığı yerinə yetirərkən nəzəri bilikdən (musiqi əlifbası, forma, harmoniya) istifadə edə bilirsə.
Dostları ilə paylaş: |