Xlviii musiqi üzrə fənn proqramı Ümumi hissə a Giriş


Mus.V.2. Şagird mahnını tək və ya başqaları ilə birlikdə oxuya bilər



Yüklə 388,71 Kb.
səhifə55/95
tarix28.12.2021
ölçüsü388,71 Kb.
#13196
1   ...   51   52   53   54   55   56   57   58   ...   95
Mus.V.2. Şagird mahnını tək və ya başqaları ilə birlikdə oxuya bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • major və minoru sinif yoldaşları ilə birlikdə oxuyursa;

  • oktava çərçivələrində intervalları sinif yoldaşları ilə birlikdə oxuya bilirsə;

  • xalq və klassik repertuardan bir və ikisəsli mahnıları təkbaşına, cüt halda, xorda oxuya bilirsə;

  • kanon tipli məşğələlərdə oxuya bilirsə;

  • dinamik nüanslara riayət etməklə oxuya bilirsə.

Mus.V.3. Şagird onun üçün maraqlı olan əhval-ruhiyyəni, süjeti, mövzunu müəyyənləşdirə və çatdıra bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • əhval-ruhiyyəni əks etdirmək məqsədi ilə konkret musiqi əsərlərinin/fraqmentin sadə səhnələrini başqaları ilə birlikdə oynaya bilirsə;

  • müəyyən əhval-ruhiyyəni pantomima ilə əks etdirə bilirsə;

  • özünün ifası barədə sinif yoldaşlarının fikrini dinləyirsə;

  • Sinif yoldaşları tərəfindən ifa olunmuş teatr etüdlərini qiymətləndirirsə;

  • personajın xarakterini musiqi fraqmentinə uyğunlaşdıra bilirsə;

  • konkret hadisəni, süjeti ona tanış olan musiqi əsərləri ilə uyğunlaşdıra bilirsə və onu mümkün qədər oynaya bilirsə.


Yüklə 388,71 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin